Çze Çjan: Statistik hesablamada dron texnologiyasının tətbiqi sahəsində Azərbaycanla əməkdaşlığa hazırıq
Icma.az, Azertag saytına istinadən bildirir.
Bakı, 24 sentyabr, AZƏRTAC
Son dövrlər dünyada başverən qlobal xarakterli çağırışlar statistikaya tələbatı artırıb. Cəmiyyət daha çox dəqiq məlumatlar əldə etməyi və gələcəyi qurmağa çalışır.
AZƏRTAC xəbər verir ki, bu sözləri Çinin Əhalinin Siyahıyaalma Mərkəzinin Baş katibinin müşaviri Çze Çjan Bakıda keçirilən 3-cü Beynəlxalq Statistika Forumunun panel iclasında çıxış edərək deyib. O bildirib ki, ümumilikdə cəmiyyətin inkişafı üçün dəqiq statistik məlumatlar əsas amildir. Bu sahədə Çin yeni texnologiyalar yaradır və tətbiq edir. Süni intellektin, dron texnologiyası ilə müşahidələr aparılaraq məlumatlar toplanılır və arxivləşdirilir.
“Biz statistik məlumatların toplanaraq təhlil olunmasında tətbiq etdiyimiz yeni texnologiyaları tərəfdaş dövlətlərlə paylaşa bilərik. Dron sisteminin tətbiqi daha dəqiq məlumat əldə etməyə imkan verir və bu yeniliyi Çin bütün statistik hesablamalarda tətbiq edir” - deyən Çze Çjan Azərbaycanın bu sahədə bir sıra nailiyyətlər əldə etdiyini bildirdi.
Qeyd edib ki, gömrükdə, hava limanlarında və digər oxşar yerlərdə statistik məlumatlar dron texnologiyası ilə əldə edilir.
“Çin ilə Azərbaycan arasında nəqliyyat və tranzit sahəsində əməkdaşlıq əlaqələri var. Bununla yanaşı statistik hesablamalar sahəsində əlaqələrin inkişafına ümid edirəm” - deyən Çin nümayənmdəsi yeni texnologiyaların tətbiqi sahəsində Azərbaycanla əməkdaşlığa hazır olduqlarını nəzərə çatdırdı.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:83
Bu xəbər 24 Sentyabr 2025 23:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















