D 8 Bakıda investisiya əməkdaşlığı üzrə görüş keçirməyi təklif edib
Icma.az bildirir, Azxeber.com portalına istinadən.
D-8 İqtisadi Əməkdaşlıq Təşkilatının Baş katibi İsiaka Abdulqadir İmam investisiya əməkdaşlığının gücləndirilməsi və genişləndirilməsi məqsədilə təşkilata üzv ölkələrin investisiya cəlb edən agentlikləri arasında Bakıda görüş keçirməyi təklif edib.
AZXEBER.COM xəbər verir ki, bu barədə D-8-in Baş katibinin Azərbaycanın iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyevlə görüşünün yekunu üzrə "X” sosial şəbəkəsindəki paylaşımında qeyd olunub.
Məlumatda bildirilib ki, nazir müavini bu təklifi dəstəkləyib və nəqliyyat, kiçik və orta biznes, insan resurslarının inkişafı, İKT, ticarət və investisiyalar da daxil olmaqla müxtəlif prioritet sahələrdə əməkdaşlığı inkişaf etdirməyə hazır olduğunu bildirib.
Danışıqlar zamanı tərəflər elektron ticarət və investisiyalar sahəsində tərəfdaşlıq münasibətlərinin vacibliyini vurğulayıb, təklif olunan tədbirlər üzrə növbəti məsləhətləşmələrin keçirilməsi barədə razılığa gəliblər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:74
Bu xəbər 06 Mart 2025 10:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















