D lisenziyalı məşqçi kursuna yekun vuruldu
Icma.az bildirir, sport24.az saytına əsaslanaraq.
AFFA-nın qəbul etdiyi Futbolun İnkişaf Strategiyasının tələblərinə uyğun olaraq AFFA və Bakı Futbol Federasiyasının (BFF) birgə təşkilatçılığı ilə keçirilən növbəti "D" lisenziyalı məşqçi kursu uğurla başa çatıb. Sport24.az xəbər verir ki, yüksək təşkilatçılığı ilə diqqəti çəkən kursa 25 iştirakçı qatılıb.
Kursun əsas məqsədi məşqçi olmaq istəyən gəncləri bu sahəyə daha da həvəsləndirmək, onları düzgün təməllər üzərində istiqamətləndirmək, nəzəri və praktiki biliklərinin artrmasına yardımçı olmaq, həmçinin müasir məşqçilik metodikasını iştirakçılara aşılamaq, futbolda maarifləndirmə prosesinə töhvə verməkdir.
Üç gün davam edən kursa təltifetmə mərasimi ilə yekun vurulub. BFF-nin prezidenti Tahir Süleymanov, AFFA Futbol Layihələri Şöbəsinin rəhbəri Fərid Nağdaliyev, Texniki Direktorun məsləhətçisi Arif Əsədov, məşqçi-təlimatçılar İlham Əzizzadə və Mehdi İbrahimov kurs iştirakçılarını təbrik edərək gələcək fəaliyyətlərində uğurlar arzulayıblar.
Sonda kursu uğurla başa vuran iştirakçılara AFFA-nın "D" lisenziyalı məşqçi sertifikatları, kursun təşkilində və keçirilməsində əməyi olanlara isə BFF-nin təşəkkürnamələri təqdim edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:88
Bu xəbər 23 Oktyabr 2026 21:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















