D kateqoriyalı məşqçi kursu keçirilir
Sportal.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
AFFA tərəfindən qəbul edilimiş Futbolun İnkişaf Strategiyasına uyğun olaraq noyabrın 10-da Bayıl stadionundakı Futbol İnkişaf Mərkəzində D kateqoriyalı məşqçi kursunun növbəti təlimlərinə start verilib.
Sportal.az xəbər verir ki, kursun açılış mərasimində BFF prezidenti Tahir Süleymanov çıxış edərək D kurslarının mahiyyəti və əhəmiyyəti barədə məlumat verib və iştirakçılara uğurlar arzulayıb.
AFFA və Bakı Futbol Federasiyasının birgə təşkilatçılığı ilə bu mövsümdə dördüncü dəfə keçirilən kursun özəlliyi ondan ibarətdir ki, təşkilatçılar ölkə futbolunda ilk dəfə Region liqası komandalarında çalışan, lakin sertifikatı olmayan məşqçilər, əməkdaşlar və rəsmi şəxslər üçün kateqoriya almaq şəraiti yaradıb. Emin Hüseynov, Elmir Zodanov, Ceyhun Əliyev (hər üçü “Fençinq” FK), Baloğlan Həsənov (“Ramana” FK), Kamran Məmmədli (“Mil” İK), Fərid Şirinzadə (“Cəngi” FK), Elçin Həsənov (“Xan Çinar” FK), Qanı Nəsirov (“Topçular” FK), Zaur Mustafayev (“Mübariz”, Binə), Asiman Cəfərli (“Kaspian” FK), Namiq Teyyubov (“Qaradağ Şıxlar” FK), Yalçın Əliyev (“İnşaatçı Sabirabad” FK) və Elbrus Baxşaliyev (“Qobustan” FK) D kursuna cəlb olunublar.
Təlim AFFA-nın məşqçi-təlimatçıları İlham Əzizzadə və Mehdi İbrahimov tərəfindən aparılır.
Noyabrın 12-ə qədər davam edəcək kursun sonunda təlimi uğurla başa vuran iştirakçılara sertifikatlar təqdim olunacaq.
saytlarin hazirlanmasi
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:38
Bu xəbər 10 Noyabr 2026 17:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















