Icma.az
close
up
RU
“D8ə üzvlük çoxşaxəli perspektivlər vəd edir”

“D8ə üzvlük çoxşaxəli perspektivlər vəd edir”

Xalqcebhesi portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Azərbaycan başqa dövlətlərlə münasibətini beynəlxalq hüququn ümumtanınmış normalarında əksini tapan prinsiplər əsasında qurur və biz konstitusion niyyət olaraq da bəyan etmişik ki, ümumbəşəri dəyərlərə sadiq qalaraq bütün dünya xalqları ilə sülh və əmin-amanlıq şəraitində yaşayaq və bu məqsədlə qarşılıqlı fəaliyyət göstərək”.

Bunu Xalqcebhesi.az-a açıqlamasında Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib.

B.Məhərrəmov qeyd edib ki, ölkəmiz uzun illər ərzində beynəlxalq hüquq normalarına münasibətdə ikili standartların hökm sürdüyü situasiyadan əziyyət çəkən bir dövlət olaraq başqa dövlətlərin müstəqilliyinə qəsd vasitəsi kimi, eyni zamanda, beynəlxalq münaqişələrin həlli üsulu kimi həmişə müharibələri rədd edib və tarixin heç bir dövründə dialoqa inamını itirməyib: “Eyni zamanda, Azərbaycan Respublikası 30 ildən artıq bir müddətdə ərazisi işğal və təcavüzdə olduğu bir dövrdə məruz qaldığı ikili standartların əvəzinə beynəlxalq hüququn işləkliyini arzu edib, öz hərbi-siyasi imkanları və gücü hesabına işğala son qoyaraq suveren haqlarını bərqərar etdikdən sonra belə hüququn aliliyinin rəhbər tutulmasına tərəfdar çıxıb. Fəaliyyət prinsipləri münaqişələr əvəzinə sülh, mübahisələr əvəzinə dialoq, ikili standartlar əvəzinə hüquq, istismar əvəzinə kooperasiyalar, zülüm əvəzinə demokratiya, diskriminasiya hüquq bərabərliyi olan D-8 üzvlük bu dəyərli illər ərzində praktik olaraq bölüşən Azərbaycan üçün xüsusi göstərici tələb etmirdi”.

Deputat həmçinin bildirib ki, eyni zamanda, D-8 üzvlərinin Azərbaycanın bu ali niyyətlər istiqamətinə mövqeyinin səmimi olduğuna şübhə etmirdilər: “Qeyd edilənlər fonunda Azərbaycanın "Müsəlman səkkizliyi"nə daxil olması qarışısında maneənin çıxmayacağı gözlənilən idi. Təbii ki, indiki məqamda qarşıda duran əsas sual D-8-ə daxil olmaqla Azərbaycanın nəyi qazanmasıdır. Öncə qeyd edək ki, İslam dünyasının ən güclü beynəlxalq subyektlərinin, eyni zamanda, əhali, ərazi və təbii sərvətlər baxımından geostrateji imkanlara malik dövlətlərin platforması, heç şübhəsiz ki, Azərbaycan üçün geniş siyasi imkan deməkdir. Bu platformada ortaq qənaətə gəlinən məsələlər üzrə artıq 9 müsəlman dövləti istisnasız olaraq eyni mövqedən çıxış edə biləcək. Bundan başqa, dəyişən geosiyasi reallıqlar fonunda Azərbaycanın orta dəhliz boyu artan rolu və ölkəmizin nəqliyyat habına çevrilməsi D-8 çərçivəsində Azərbaycana investisiya maraqlarının artması, həmçinin iqtisadi əməkdaşlıq şəbəkəsinin genişlənməsi labüd reallıq kimi görünməkdədir. Azərbaycan D-8-ə üzvlüyü birmənalı şəkildə ölkəmizin mühüm naliyyətlərindən biridir və çoxşaxəli perspektivlər vəd edir”.

Röya İsrafilova

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:215
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 20 Dekabr 2024 17:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

01 Oktyabr 2026 09:18see271

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

01 Oktyabr 2026 08:47see189

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

01 Oktyabr 2026 09:49see189

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

01 Oktyabr 2026 11:08see188

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

01 Oktyabr 2026 08:35see180

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

01 Oktyabr 2026 09:00see179

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

01 Oktyabr 2026 10:34see178

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

01 Oktyabr 2026 10:29see177

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

01 Oktyabr 2026 09:12see177

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

01 Oktyabr 2026 12:26see177

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

01 Oktyabr 2026 10:03see176

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

01 Oktyabr 2026 10:36see176

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

01 Oktyabr 2026 10:31see173

ML: 3 cü tur başlayır

01 Oktyabr 2026 10:36see173

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

01 Oktyabr 2026 10:04see172

Ronaldo dönəmi başa çatır

01 Oktyabr 2026 08:43see171

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

01 Oktyabr 2026 10:31see169

Bu gündən əsgərlərin ehtiyata buraxılmasına başlanılıb

01 Oktyabr 2026 09:01see168

Ronaldunun bacısından sərt mesaj: “CR7, sən daha çoxuna layiq idin!”

01 Oktyabr 2026 09:19see168

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

01 Oktyabr 2026 08:42see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri