Icma.az
close
up
RU
Dabaq qorxusu: Ət yeməyənlər vacib vitaminləri haradan ala bilər? Mütəxəssisdən AÇIQLAMA

Dabaq qorxusu: Ət yeməyənlər vacib vitaminləri haradan ala bilər? Mütəxəssisdən AÇIQLAMA

Icma.az, Redaktor.az portalına istinadən məlumat yayır.

Son günlər dabaq xəstəliyinin yayılması səbəbindən bir çox insan ehtiyat məqsədilə ət və ət məhsullarının qəbulunu azaldıb. Lakin mütəxəssislər xəbərdarlıq edirlər ki, ət rasiondan çıxarıldıqda, orqanizmin ehtiyac duyduğu vacib vitamin və minerallar, xüsusilə də B12 vitamini, dəmir və zülal çatışmazlığı yarana bilər.

Bəs bu maddələri ətsiz necə əldə etmək mümkündür?

Mövzu ilə bağlı Redaktor.az-a danışan Qida təhlükəsizliyi Hərəkatının rəhbəri, Sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova bildirdi ki, dabaq xəstəliyi mövsümi xarakter daşıyır və illərdir müəyyən dövrlərdə daha geniş şəkildə yayılır. Onun sözlərinə görə, bu, ilk növbədə kənd təsərrüfatına, sahibkarlara və təbii ki, heyvanlara zərər vurur:

"Xəstə heyvanlarda xəstəlik sürətlə yayıldığı üçün onlardan süd alma və ya ət kimi məhsullardan istifadə çox vaxt mümkün olmur. Belə hallarda, heyvan ətləri və mənşəyi bəlli olmayan məhsullar satışa çıxarılarsa, sanitariya-gigiyena qaydalarına əməl edilməzsə, bu, insan sağlamlığı üçün təhlükəli ola bilər.

Ət zülal mənşəli məhsuldur, yüksək risk qrupuna daxildir və soyuq qida zəncirində daşınmalıdır. Ətin satışı, hazırlanması, saxlanması və bişirilməsi zamanı sanitariya-gigiyena qaydalarına əməl edilməklə yanaşı, temperatur rejiminə də diqqət olunmalıdır. Bu qaydalara əməl edilərsə, heç bir problem yaranmaz. Əsas məsələ ondadır ki, ət mütləq mənşəyi bəlli olan yerdən alınmalı, keyfiyyətinə və baytar nəzarətindən keçməsinə dair arayış olmalıdır. Dövlət nəzarətindən keçən yerlərdən ət almaq, xüsusilə xəstəliyin yayılma dövründə, ən vacib məsələlərdəndir".

Mütəxəssis bildirdi ki, insan orqanizmi genetik olaraq, xüsusilə bizim bölgədə, ət yeməyə meyillidirsə və ya B12, dəmir, mioqlabin kimi faydalı elementləri əsasən ətdən alırsa, bu maddələr orqanizm tərəfindən daha asan mənimsənilir və daha faydalıdır:

"Lakin ətdən imtina olunursa, balanslı qida rasionuna diqqət edilməlidir. B12 vitamini ilə zəngin heyvan mənşəli məhsullar rasiondan çıxarılarsa, qoz, fındıq, badam kimi çərəzlər gündəlik qidalanmaya daxil edilməlidir. Bununla yanaşı, zülal mənşəli paxlalılardan, mərcimək, noxud, lobya, qarabaşaq və s. istifadə vacibdir. Bu məhsullarla birlikdə C vitamini tərkibli tərəvəzlər də qəbul edilməlidir. Çünki dəmir kimi faydalı elementlər C vitamini ilə birlikdə qəbul edildikdə, orqanizm tərəfindən daha yaxşı mənimsənilir. Əgər bu cür qidalanma təmin edilməzsə, uzun müddət sonra vitamin və mineral çatışmazlığından qaynaqlanan xəstəliklər yarana bilər. Bu da bəzən müalicəsi çətin və ya geri dönməz problemlərə gətirib çıxara bilər. Əgər bu balans saxlanmırsa, xüsusilə B12 vitamini əlavə qida əlavəsi kimi qəbul edilməlidir. Çünki B12 ətdə olduğu qədər digər qidalarda mövcud deyil".

Məhsəti Hüseynovanın sözlərinə görə, digər bir məqam isə odur ki, dabaq xəstəliyinin bu şəkildə davam etməsi mümkün deyil.

"Uzun illərin təcrübəsi göstərir ki, bəzi xəstəliklər müəyyən dövrlərdə, əsasən yaz və payız aylarında sürətlə yayılır, sonra isə aradan qalxır. Bu hal heyvandarlığın tam sıradan çıxmasına səbəb olmur. Lakin iqtisadi baxımdan proses uzunmüddətli olarsa, bu, yerli sahibkarlara, fermerlərə və kənd təsərrüfatı ilə məşğul olan insanlara ciddi ziyan vura bilər. Bu səbəbdən qanunvericilik çərçivəsində tədbirlər görülür. Xəstəliyin yayıldığı ərazilərdə bazarların bağlanması, ət kəsim məntəqələrinə nəzarətin gücləndirilməsi və digər yoxlamalar həyata keçirilir. Hazırda satışda xaricdən gətirilən ətlər mövcuddur. Onların əsas hissəsi Monqolustandan, Braziliyadan, Hindistandan, Qazaxıstandan və Pakistandan gətirilir. Bu zaman da bəzi risklər yaranır. Əgər daşıma zamanı soyuq qida zəncirinə riayət edilməzsə və ya nəqliyyat vasitələrində temperatur rejimi pozularsa, ətin tərkibində mikrobioloji çirklənmə baş verə bilər. Bu da insan sağlamlığı üçün təhlükə yaradar. Bu səbəbdən satışa çıxarılan bütün ətlər mütləq şəkildə yoxlanılmalıdır. Xaricdən gətirilən ətlərin üzərində mənşə ölkəsi, kəsim və istehsal tarixi, son istifadə müddəti və müvafiq sertifikatlar olmalıdır. Baytar nəzarətindən keçməsi və laborator müayinələrdən çıxması da zəruridir", - deyə mütəxəssis qeyd etdi.

Nuriyyə NATİQQIZI

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:120
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 04 Noyabr 2025 17:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see311

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see276

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see267

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see264

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see257

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see255

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see253

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see238

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see233

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see228

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see222

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see222

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see221

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see219

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see216

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see214

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see209

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see195

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see184

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri