Icma.az
close
up
RU
Dabaq xəstəliyi ət bazarını çökdürdü Bəs nə yeyək? KONKRET

Dabaq xəstəliyi ət bazarını çökdürdü Bəs nə yeyək? KONKRET

Konkret.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Azərbaycanda heyvanlar arasında dabaq xəstəliyinin yayılması barədə xəbərlər ət bazarında ciddi narahatlıq yaradıb. Virusun iribuynuzlu və xırdabuynuzlu heyvanlar arasında sürətlə yayılması, insanlara keçmə ehtimalının az olmasına baxmayaraq, vətəndaşların inamını zədələyib.

Bir çox insan artıq ət almır, ya da yalnız etibar etdiyi qəssablardan məhsul götürür. Bu isə həm satışa, həm də insanların gündəlik qidalanmasına təsir göstərir. Mütəxəssislər bildirirlər ki, bədən üçün zəruri olan protein və dəmir kimi maddələri yalnız ət deyil, başqa qidalarla da təmin etmək mümkündür. Diyetoloqların fikrincə, ət yemədən də balanslı qidalanmaq mümkündür. Bunun üçün menyuda bəzi məhsullara üstünlük vermək məsləhətdir.

Ekspertlərin sözlərinə görə, ət birdən-birə tamamilə menyudan çıxarıldıqda orqanizmdə dəmir və B12 vitamini çatışmazlığı yarana bilər. Ona görə də bu məhsulların yerinə tədricən alternativlər daxil edilməli, xüsusən uşaqlar və yaşlılar mütləq həkim və ya diyetoloq nəzarətində qidalanmalıdırlar.

Dabaq xəstəliyinə görə ət bazarında yaranan durğunluq hələ bir müddət davam edə bilər. Lakin bu, insanların sağlam və balanslı qidalanma imkanlarını məhdudlaşdırmır. Əsas məsələ təhlükəsiz qida seçimi və düzgün alternativlərin istifadəsidir.

KONKRET.az yenisabah-a istinadən əti əvəzləyəcək ən yaxşı məhsulları təqdim edir:

Yumurta – tam zülal tərkibinə görə ətə ən yaxın məhsuldur.

Balıq – xüsusilə qızılbalıq, skumbriya və kilkə həm protein, həm də Omega-3 mənbəyidir.

Paxlalılar (noxud, mərci, lobya) – bitki mənşəli zülalın əsas qaynağıdır, dəmir və B vitaminləri ilə zəngindir.

Süd məhsulları (pendir, kəsmik, yoqurt) – orqanizmin kalsium və zülal ehtiyacını ödəyir.

Qoz-fındıq və digər çərəzlər – zülal, sağlam yağ və lif baxımından dəyərlidir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:186
embedMənbə:https://konkret.az
archiveBu xəbər 04 Noyabr 2025 11:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see290

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see254

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see241

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see240

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see229

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see226

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see224

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see216

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see212

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see212

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see212

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see201

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see198

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see188

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see187

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see184

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see182

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri