Icma.az
close
up
RU
Dabaq xəstəliyi insana bu hallarda keçə bilər Professor Adil Qeybulladan AÇIQLAMA

Dabaq xəstəliyi insana bu hallarda keçə bilər Professor Adil Qeybulladan AÇIQLAMA

Olke.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Dabaq xəstəliyi adətən heyvanlarda rast gəlinən, lakin insanlarda da müəyyən hallarda müşahidə oluna bilən virus mənşəli infeksiyadır. Son günlər bu xəstəliyin ölkənin bəzi bölgələrində yayılması cəmiyyət arasında “bəs insanlara keçə bilərmi?” sualını gündəmə gətirib.

Tibb elmləri doktoru, professor Adil Qeybulla Ölkə.az-a açıqlamasında bildirib ki, xəstəlik yayılanda həmişə müəyyən karantin tədbirləri görülür, epidemiya lokallaşdırılır və aradan qaldırılır.

Onun sözlərinə görə, virusun insana keçməsi mümkündür:

"Bu o halda baş verir ki, insan xəstə heyvanlara qulluq edir, onlarla təmasda olur. İnsan adətən heyvanların südündən və ətindən qidalananda onları pasterizə edir, bişirir və s. Yəni təxminən 75 dərəcədən yuxarı temperaturda bişmiş məhsullarda bu virus tamamilə sıradan çıxır, yəni onda yoluxma təhlükəsi qalmır. Amma istənilən halda yoluxma təmas yolu ilə mümkündür. Bu baxımdan da fermerlər adətən bu cür xəstəliklər olanda vəziyyət barədə dərhal kənd təsərrüfatı və baytarlıq üzrə müvafiq mütəxəssislərə məlumat verirlər.

Hazırda bu məsələyə Qida Təhlükəsizliyi Agentliyi rəhbərlik edir. Mən hesab edirəm ki, müvafiq mütəxəssislər artıq lazımi karantin tədbirlərini elan ediblər. Düzdür, insanlar, əlbəttə, bu heyvanları itirmək istəmirlər, ətini satışa çıxartmaq istəyirlər. Yəni hər kəs bu halda öz marağını düşünür. Amma bir şeyi nəzərə almaq lazımdır ki, belə situasiyalar ümumrespublika problemidir və ona görə də burada artıq dövlət orqanlarının buna müdaxiləsi şəksizdir. Ona görə də onlara da imkan verilməlidir ki, məsələ yekunlaşsın, lokallaşsın və proses aradan qaldırılsın.

Dabaq xəstəliyi illər boyu həmişə olub və bunluna bağlı Baytarlıq Komitəsi, o vaxtki Sovet dövrünün başqa strukturları, tədbirlər görüblər. Bu gün bu məsələ Qida Təhlükəsizliyi Agentliyi tərəfindən həyata keçirilir. Hesab edirəm ki, bizim sahibkarlar, baytarlar, ət kəsimi ilə məşğul olan mütəxəssislər Qida Təhlükəsizliyi Agentliyinin təlimatları əsasında hərəkət etməlidirlər".

Həmidə İbrahimova

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:251
embedMənbə:https://olke.az
archiveBu xəbər 28 Oktyabr 2025 15:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see287

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see271

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see254

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see253

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see241

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see239

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see234

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see232

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see231

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see228

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see225

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see219

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see218

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see207

Valideynlərinə 5000 manat ziyan vuran oğul saxlanıldı

28 Noyabr 2026 17:55see206

Sultan IV Mehmetin krala göndərdiyi məktub üzə çıxdı

29 Noyabr 2026 08:01see202

PAŞİNYAN RUSİYANI ERMƏNİSTAN SƏRHƏDLƏRİNDƏN ÇIXARIR Moskva nə edəcək?

28 Noyabr 2026 17:02see201

Türkiyədə 10 qız uşağının itkin düşməsi ilə bağlı yeni təfərrüat

29 Noyabr 2026 00:23see191

Üç ildən sonra ilk dəfə: Bu ölkə faiz dərəcələrini artırdı

29 Noyabr 2026 12:43see188

Rassel qalib oldu

28 Noyabr 2026 23:49see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri