Icma.az
close
up
RU
Azərbaycanda ürəktutmasından qəfil ölümlər peyvəndə görə olur? Adil Qeybulladan AÇIQLAMA

Azərbaycanda ürəktutmasından qəfil ölümlər peyvəndə görə olur? Adil Qeybulladan AÇIQLAMA

Baku.ws saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Son zamanlar Azərbaycanda qəfil ürəktutmadan ölüm hallarının artması müşahidə olunur.

Bu, təkcə yaşlı və xəstə insanlarda deyil, həm də gənclər arasında baş verir. Cəmiyyət arasında COVID-19 əleyhinə peyvəndlərin qəfil ürəktutmaya səbəb olması ilə bağlı bəzi mübahisələr də var. 

Bəs görəsən ürəyindən şikayəti olmayan insanların qəfil ürəktutmadan ölməsinə səbəb nədir? COVİD-19 pandemiyası əleyhinə vurulan vaksinlərin ürəktutmaya səbəb olması iddiaları nə dərəcədə doğrudur? Ürəyimizi qəfil gələn ölümdən necə qoruyaq?

Məsələ ilə əlaqədar BAKU.WS-in suallarını cavablandıran tibb elmləri doktoru, professor Adil Qeybulla bildirib ki, ürəktutmadan ölüm hallarının artması bir neçə faktorla bağlıdır. Əlbəttə COVİD-19 pandemiyası ilə əlaqəsi var, lakin birbaşa vaksinlə bağlılığı absurddur, şaiyədir və heç bir elmi əsası yoxdur:

"Çünki bu işlə dünyanın aparıcı mərkəzləri məşğul olurlar. Əgər belə bir məsələ olsaydı onlar rəy verərdilər. İstər COVİD-in, istərsə də onun vaksinasiyalarının nəticələri ilə bağlı araşdırmalar gedir. Ona görə də bu şaiyələrə uymaq yox, real addımlar atmaq lazımdır". 

Həkim ürəyin qəfil dayanmasını ilk növbədə pis həyat tərzi, çox yeyib, az hərəkət etməklə əlaqələndirir:

 "Nəzərə alaq ki, son vaxtlar insanlar daha çox təmbəlləşiblər və çox qida qəbul edirlər. Restoran və şadlıq sarayları əsasən axşam vaxtı fəaliyyət göstərir və burada insanlar çox qida qəbul edib, ardınca evdə uzanıb yatırlar. Heç bir hərəkət etmirlər. Daxil olan kalori ilə sərf edilən kalori arasında disbalans yaranır. Artıq qida maddələri orqanizmdə depolaşır, xolesterin artıqlığı yaranır. Qida damarların daxilini tutur, burada kirəcləşir, nəticədə də beyin və ürək damarlarının tutaraq işemiyaya gətirib çıxarır". 

"Qəfil ölümlərin bir səbəbi də ürəyin elektrik dayanması deyilən hadisədir. Mübadilə pozuntuları, stress və s. ürəkdə ciddi problemlər yarada bilir. Nəticədə ürəkdə elektrik keçiriciliyi pozulması baş verir. İmpluslar gəlib ürək əzələsinə çatmır. Burada da ürək əzələsinin fəaliyyətinin dayanması baş verə bilər. Qəfil ürəktutmaya səbəblər əsasən bunlardır. 

Kök insanlarda, oturaq həyat tərzi keçirənlərdə, trombembaliyalar olur. Ayaqlarda tromblar qopub ağciyər artilleriyasını tutub qəfil ölümlərə gətirib çıxara bilir", - deyə A. Qeybulla əlavə edib. 

Mütəxəssisin fikrincə bu gün qarşıda duran əsas məsələ əhalinin sağlamlıq proqramıdır:

"Bu ondan ibarətdir ki, kütləvi idman olmalıdır, az qida qəbulu, çox hərəkət edilməlidir. Bütün bunlar qəfil ürəktutmaların qarşısını almaqda əsas çıxış yoludur. İnsanlara bunu aşılamaq yaxşı olardı".

Dünya statistikasına nəzər salsaq görərik ki, ürək-damar xəstəlikləri qlobal miqyasda əsas ölüm səbəblərindən biridir. Ürək-damar xəstəlikləri dünya üzrə əsas ölüm səbəblərindən biri olaraq qalır. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, hər il təxminən 10 milyon insan ürəyin işemik xəstəliklərindən həyatını itirir.

Beynəlxalq statistikaya görə, kişilər arasında ürək-damar xəstəliklərindən hər 100 min nəfərə düşən ölüm hallarına görə Azərbaycan dünyada ilk yerlərdədir. 

Azərbaycanda da ürək-damar xəstəlikləri ölüm səbəbləri arasında ilk sıradadır. Məsələn, 2021-ci ildə ölkədə qeydə alınan ölüm hallarının 54%-i (41,708 nəfər) məhz bu xəstəliklərlə əlaqəli olub.

Son 10 ildə Azərbaycanda ölüm hallarının ümumi səviyyəsində müəyyən dəyişikliklər müşahidə olunur. Məsələn, 2024-cü ilin yanvar-sentyabr aylarında ölkədə 43,932 ölüm qeydə alınıb ki, bu da hər 1,000 nəfərə 5.7 ölüm deməkdir. Bu göstərici 2002 və 2015-ci illərdə də eyni olub.

Banu Hüseynli

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:127
embedMənbə:https://baku.ws
archiveBu xəbər 05 Fevral 2025 12:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see205

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see190

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see182

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see182

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see179

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see170

“Biz oraya çatanda onlar qaçdılar” Tramp Rusiya tankerinin ələ keçirilməsindən danışdı

09 Yanvar 2026 11:53see169

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see158

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see143

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see141

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see141

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see140

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see137

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see137

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see136

Qəza, əzab, xəstəlik qaraçılar nasistlərə lənət yağdırıblar və bəziləri ona düçar olub

09 Yanvar 2026 09:20see134

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see134

Xətaidə parkdakı ağaclar gecəylə kəsilib Dövlət Xidməti Baş Prokurorluğa müraciət edib

08 Yanvar 2026 23:31see132

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see132

Tramp Rza Pəhləvi ilə mümkün görüşdən danışdı

08 Yanvar 2026 23:39see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri