Icma.az
close
up
RU
Menu

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

Faciənin 36 cı ildönümü...

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

Azərbaycana Suriyadan kiloqramı 1 manat 7 qəpiyə 1 266 ton kartof idxal olunub

İsrailə yeni qırıcılar verildi

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

Sabah qar yağacaq, şaxta olacaq 19.01.2026

Azərbaycanlı aparıcı özündən gözəl QIZI İLƏ VİDEO

Dabaq xəstəliyi yayılır, bazarlardakı ətlərə diqqət edin!

Dabaq xəstəliyi yayılır, bazarlardakı ətlərə diqqət edin!

Sherg.az saytına istinadən Icma.az xəbər verir.

Ətin rəngi tündləşibsə, üzərində yapışqanlı selik varsa, bu, məhsulun artıq yararsız vəziyyətə düşdüyünü göstərir


Natiq Cəfərli: “Mal-qaranın azalması ətin qiymətini daha da bahalaşdıracaq”

Dabaq xəstəliyi ilə əlaqədar əksər bölgələrdə heyvan bazarları bağlanıb. Artıq bu həftədən həftə sonu mal bazarları qadağan olunub. Heyvan satanlara bazara girişə icazə verilmir. Belə ki, böyük Biləsuvar, Beyləqan, İsmayıllı və digər bölgələrdə bazarlar qapadılıb. Buna səbəb artıq epidemiya həddinə çatan dabaq xəstəliyinin geniş yayılmasıdır. Fermerlərin sözlərinə görə, mal bazarının bağlanması satışa mənfi təsir göstərib. Bu səbəbdən də bazarı bağlamaq yox, nəzarətə götürmək daha labüd qərar olardı. Bakıdan və digər şəhərlərdən mal üçün gedən satıcılar əliboş qayıdıb. İnsanlar tövlələrdə belə heyvanların təhlükəsizliyinə zəmanət verə bilmir. Əksər vaxtlarda da kəsimlik heyvanlar kənar rayonlardan gətirilir ki, yol xərcinin artması ətin qiymətinə də təsir edir. Veteranar-həkim Anar Məmişovun sözlərinə görə, dabaq son bir ay ərzində sürətlə yayılıb. O bildirib ki, vaxtında profilaktik tədbirlər görülmədiyi üçün yoluxma davam edir. Nəticədə heyvanlar arıqlayır və ölüm halları qeydə alınır. Baytarın sözlərinə görə, xəstəliyin əsas ocağı heyvan bazarlarıdır. Satış üçün bazara aparılan iribuynuzlu heyvanlarda bir müddət sonra dabaq xəstəliyinə yoluxma halları müşahidə edilir. Bu da bazar ərazisində virusun sürətlə yayılma ehtimalının yüksək olduğunu göstərir. Həkimin sözlərinə görə, dabaq xəstəliyinə yoluxan heyvanların ağızlarında, burunlarında, süd vəzlərində, dırnaq arasında ağır yaralar olur: “Onun yayılması isə virusla çirklənmiş əşyalar, yemlər, su və nəqliyyat  vasitələrindən ola  bilir. Virus ətraf mühitdə, xüsusən torpaqda, peyində həftələrlə qala bilər. Onu da deyim ki, Azərbaycan üçün dabaq xəstəliyi endemik xəstəlikdir. Bu virus endemik olduğu üçün xüsusi  peyvənd proqramımız var. İldə iki dəfə peyvəndləmə nəzərdə tutulub. Həm iribuynuzlu, həm də xırdabuynuzlu heyvanlar arasında peyvəndləmə tədbirləri aparılır. Dabaq transsərhəd xəstəlik olduğu üçün heç bir ölkə bu xəstəlikdən sığortalanmayıb”. 


Qida təhlükəsizliyi üzrə ekspert Elsəvər Fərzəliyev isə “Şərq”ə açıqlamasında heyvanlarda yayılan dabaq xəstəliyinin insanlar üçün təhlükəsindən bəhs edib. Onun sözlərinə görə, əgər ət emalı zamanı sanitar qaydalara düzgün əməl olunmazsa, dabaq xəstəliyinin törədiciləri insan sağlamlığı üçün ciddi təhlükə yarada bilər: 

“Bu xəstəlik əsasən yoluxmuş heyvanların ətinin, dərisinin və ya digər məhsullarının istifadəsi nəticəsində yayılır. Ətin kifayət qədər yüksək temperaturda və uzun müddət bişirilməməsi bakteriyaların tam məhvinə imkan vermir. Nəticədə həmin törədicilər canlı şəkildə ətin tərkibində qalaraq insan orqanizminə keçə bilir. Dabaq xəstəliyinə yoluxma halında ilk əlamətlər ümumi halsızlıq, bədən temperaturunun yüksəlməsi, ishal və bəzən də dəri səpkiləri ilə müşahidə olunur”. 


E.Fərzəliyev vətəndaşlara xüsusilə ət məhsulları alarkən diqqətli olmağı tövsiyə edib: 

 “Bazarlarda və ya küçə ticarətində satışa çıxarılan, mənşəyi məlum olmayan ətlərin alınması ciddi risk daşıyır. Ətin rəngi tündləşibsə, üzərində yapışqanlı selik varsa və ya kəskin, xoşagəlməz qoxu gəlirsə, bu, məhsulun artıq yararsız vəziyyətə düşdüyünü göstərir. Belə ətlərin istifadəsi dabaq da daxil olmaqla, müxtəlif bakterial infeksiyalara yol aça bilər”.

Ekspert həmçinin əlavə edib ki, dabaq xəstəliyinə qarşı əsas profilaktik tədbir baytarlıq nəzarətinin gücləndirilməsi və ətlərin yalnız sertifikatlaşdırılmış mənbələrdən alınmasıdır: “Heyvanların vaxtında peyvəndlənməsi, kəsim yerlərində dezinfeksiya qaydalarına əməl olunması və ətlərin mütləq qaydada 70–80°C temperaturda bişirilməsi bu təhlükəni minimuma endirir”.


Heyvan bazarlarının bağlanmasının qiymətlərə təsirinə gəldikdə isə iqtisadçı Natiq Cəfərli qeyd edib ki, xəstəliyin artması səbəbindən mal-qaranın sayı azalırsa, bu, qiymət artımı üçün ciddi faktora çevriləcək: 

“Son 5 ilin statistikasına baxsaq, iribuynuzlu mal-qaranın sayı 280-300 min baş, ümumilikdə isə 2 milyona yaxın azalıb. Bu, təbii ki, təklifin azalması və qiymətlərin artması deməkdir. Onsuz da ətin qiyməti Azərbaycanda son aylarda kəskin artıb və bu artım artıq vətəndaşların gündəlik həyatında hiss olunur. Əgər dabaq xəstəliyi geniş yayılarsa və həm iri, həm də xırdabuynuzlu mal-qaranın azalmasına səbəb olarsa, bu proses ətin qiymətində yeni bahalaşmanı sürətləndirə bilər”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:143
embedMənbə:https://sherg.az
archiveBu xəbər 21 Oktyabr 2025 04:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see305

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see210

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see192

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see185

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see176

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see175

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see173

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see172

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see163

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see156

Azərbaycana Suriyadan kiloqramı 1 manat 7 qəpiyə 1 266 ton kartof idxal olunub

18 Yanvar 2026 20:12see154

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see153

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see153

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see151

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see150

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see148

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see145

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see141

Sabah qar yağacaq, şaxta olacaq 19.01.2026

18 Yanvar 2026 13:17see140

Azərbaycanlı aparıcı özündən gözəl QIZI İLƏ VİDEO

18 Yanvar 2026 17:34see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri