Dabaq yayılandan əhali ağartı məhsullarından gen gəzir “Müştəriləri qaytarmaq üçün zamana ehtiyac var”
Yenisabah portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
“Kİçik biznes sahibkarlarının və fermerlərin ən ağır tənəzzül vaxtı artıq geridə qalıb. Dabaq xəstəliyinin inkubasiya dövrü 7-10 gün çəkir. Həmin dövrdə heyvanın qida qəbulu çətinləşir, süd verməsi sıradan çıxır. Ona görə də inkubasiya dövründə kənd təsərrüfatı məhsulları daha qıt idi”.
Bu sözləri “Yeni Sabah”a iqtisadçı Akif Nəsirli deyib.
Onun sözlərinə görə, bölgələrdə dabaq xəstəliyi ilə bağlı elan olunmuş karantin rejimi xəstəliyin yayılma zəncirini sındırıb:
"Yayılan infeksiya epizodik prosesdir. 15-20 gün müddətinə keçib gedir. Təbii ki, bərpa olunma dövrü də müəyyən vaxt alacaq. Dabağa yoluxan heyvanların yenidən sağalması üçün azı 1-2 ay vaxt lazım olur. Həmin müddətdə heyvandarlıq məhsulları bir qədər qıt olacaq”.
Ekspert vurğulayıb ki, məhsulun azalması ilə yanaşı, əhali arasında da ət və ağartı məhsullarına ehtiyatla yanaşma var:
“Üstəgəl, psixoloji təsir nəticəsində ciddi müştəri itkiləri mövcuddur. Cəmiyyətdə müəyyən təlaş atmosferi müşahidə olunur. Artıq qırmızı ət deyil, ağ ətə meyillənmənin şahidinə çevrilmişik. Bu da iqtisadiyyatın heyvandarlıq məhsulları hazırlayan və satan seqment üçün itkisidir. Müştəriləri geri qaytarmaq üçün müəyyən zamana ehtiyac yaranacaq”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:74
Bu xəbər 18 Noyabr 2025 13:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















