Firdovsi Umudov Gürcüstanda ağırlıqqaldırma federasiyalarının prezidentləri ilə görüşüb FOTO
Idman.biz saytına istinadən Icma.az xəbər verir.
Azərbaycan Ağırlıqqaldırma Federasiyasının vitse-prezidenti Firdovsi Umudov Gürcüstanda keçirilən "Kakhi Cup 2025" beynəlxalq turnirinin açılış mərasimində iştirak edib.
İdman.biz xəbər verir ki, mərasimdə Firdovsi Umudov yarışın əhəmiyyətindən danışaraq, turnirin ildən-ilə daha da maraqlı keçdiyini diqqətə catdırıb.
AAF rəsmisi Gürcüstan Ağırlıqqaldırma Federasiyasının prezidenti Laşa Talaxadze və 3 qat Olimpiya çempionu Kaxi Kaxiaşviliyə federasiyamız adından xatirə hədiyyələrini təqdim edib.
Tədbirin sonunda Firdovsi Umudov Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının prezidenti Məhəmməd Calud və Avropa Ağırlıqqaldırma Federasiyasının prezidenti Astrid Hasani ilə görüşüb.
Qeyd edək ki, Azərbaycan Ağırlıqqaldırma Federasiyasının vitse-prezidenti bir neçə gün əvvəl Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının "Məsləhət Qrupu"nun üzvü seçilib.
İdman.biz
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:96
Bu xəbər 13 İyul 2025 17:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















