Icma.az
close
up
RU
Menu

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

Əldə olan pulu artırmaq üçün bunu edin!

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

La Liqa: Valensiyada triller

Rusiya XİN: İran ətrafındakı münaqişə tezliklə başa çatmalıdır

AZƏRBAYCANIN BOŞ QALAN HAVA LİMANLARI... Milyonlar xərclənən region aeroportları niyə işləmir?

Dünyada ən çox satılan kompüter markaları açıqlandı SİYAHI

17 18 ci əsrlərdə körpələrə niyə dəbilqə taxılırdı?

“The Atlantic“: Tramp Ukraynanı təslim olmağa məcbur etməyə çalışacaq

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

Mask ABŞ də seçkilər ərəfəsində respublikaçıların ən böyük donoru olub

Ərəb koalisiyası husilərin Səudiyyə Ərəbistanına atdığı ballistik raketləri ələ keçirib

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

Mikayıl Cabbarov: Ölkəmizdə Mərkəzi Asiya kapitalı əsasında yaradılan 400 dən artıq şirkət fəaliyyət göstərir

Tupak Şakurun qətlini təşkil edən şəxsə 30 ildən sonra yenidən HÖKM OXUNDU FOTO

Səhiyyə Nazirliyində Vətəndaş qəbulu tam rəqəmsallaşdı

Dağ çiçəklərinin şirin cövhəri

Dağ çiçəklərinin şirin cövhəri

Icma.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Lerik səfalı, əsrarəngiz dağlar diyarıdır. Rayonun füsunkar təbiəti, zümrüd meşələri, güllü-çiçəkli çəmənləri, zəngin bitki örtüyü arıçılığın inkişafı üçün əlverişli imkan yaradır. Son illər Zuvand, Piran və digər dağətəyi ərazilərdə arıçılıq sürətlə inkişaf etdirilir.

Hazırda rayonda 700-ə yaxın fermer arıçılıqla məşğul olur. Şəxsi təsərrüfatlarda 20 minə yaxın arı ailəsi bəslənilir. Arılar balı əsasən cökə və akasiya ağaclarından, meşə bitkilərindən, min bir dərdin dərmanı olan dağ çiçəklərindən toplayır. Bu da məhsulun keyfiyyətinə və dadına xüsusi təsir göstərir. Təmiz ekoloji mühitdə istehsal olunan Lerik balı həm də yüksək müalicəvi əhəmiyyətə malikdir.

Rayonda ildə ekoloji cəhətdən təmiz 150 tondan artıq keyfiyyətli məhsul istehsal olunur. Ölkəmizin daxili bazarlarında Lerik brendli ballara, xüsusilə cökə və meşə balına tələbat çoxdur. İyul ayından Lerikdə arıçıların bal mövsümü başlanır. Arıçılar mövsüm boyu əldə etdikləri məhsulu yerli bazarlara və respublika əhəmiyyətli satış yarmarkalarına çıxarırlar.

Mahir Surətovu çoxdan tanıyıram. Piran kəndində yaşayır. Ali təhsilli iqtisadçıdır. İxtisası üzrə müxtəlif vəzifələrdə işləyib. Ömür-gün yoldaşı Mahirə xanım, övladları Yusif və Vasiflə birlikdə arıçılıqla məşğul olurlar. “Bal süfrəsi” adlı ailə təsərrüfatı yaradıblar. Təsərrüfatda 80 arı ailəsi bəslənilir.

Mahir və Yusiflə ailənin bal təsərrüfatına baş çəkirik. Səliqə ilə düzülmüş arı pətəklərindən ətrafa xoş qoxu yayılır. Yusif deyir ki, keçən il hava şəraiti imkan vermədiyindən məhsuldarlıq aşağı oldu. Mövsüm ərzində pətəklərdən 750 kiloqram bal yığıldı. Keyfiyyətinə isə söz yoxdur. Yaxşı məhsul elə qapıdaca alınır.

Mahir isə ömrünün 27 ilini arıçılığa həsr edib. İşə cəmi 3 arı ailəsi ilə başladıqlarına baxmayaraq, sonradan onların sayını 80-ə çatdırdıqlarını bildirən Mahir deyir ki, hazırda dövlətimiz arıçılığın inkişafına xüsusi qayğı göstərir, arıçılar subsidiya və avadanlıqlarla təmin edilir. Prezident İlham Əliyevin son dərəcə vacib və perspektivli sahə olan arıçılıqla bağlı “Arıçılığın da çox böyük ixrac potensialı var. Azərbaycan dünya miqyasında arıçılıq, bal istehsalı sahəsində önəmli yer tuta bilər” fikrini xatırladan Mahir Surətov söhbət əsnasında son dövrdə karnika, karpat, bakfas kimi məhsuldar cinslər hesabına arı ailələrinin sayını xeyli artırdıqlarını bildirdi. Dedi ki, bütün bunlarda məqsəd həm məhsuldarlığı, həm də arıların sayını çoxaltmaqdır.

Onun sözlərinə görə, yerli cinslərdən fərqli olaraq xaricdən gətirilmiş arılar 4-5 dəfə çox, təxminən, bir arı ailəsi 40-50 kiloqram məhsul verir: “May ayında havaların yağıntılı keçməsi arıların pöhrə verməsini gecikdirsə də bu mövsümdə yaxşı nəticə gözləyirik. Təsərrüfatda baldan başqa çiçək tozu, arı südü, qara mum da istehsal olunur. Daxili bazarda həmin məhsullara da tələbat vardır”.

Təcrübəli arıçılar Mahir və Yusif Surətovlar dəfələrlə ölkəmizdə, eləcə də Türkiyə və Gürcüstanda arıçılıqla əlaqədar treninqlərdə iştirak edərək sertifikatlar qazanıblar. Ailə təsərrüfatı “Şəhərdən kəndə” və digər aqrar turizm müsabiqələrinin qalibi olub. “Bal süfrəsi” ailə təsərrüfatı aqroturizmlə də məşğul olur. Hələlik 12 nəfər turistin qəbulu üçün normal şərait yaradılıb.

Keçən il Bakıdan, Rusiya, Belarus və İspaniyadan gəlmiş turistlər bu əsrarəngiz, füsunkar məkandan razılıq ediblər. Ərazidə ikimərtəbəli bal evi, istirahət guşələri tikilib istifadəyə verilib. Turistlərə ballı çay süfrəsi təqdim olunur, onlar 50 növ meyvə ağacının barından istifadə edir və göstərilən nümunəvi xidmətdən, yaradılmış gözəlliklərdən ürəkdolusu zövq alırlar.

Çətinliklərimiz də az deyil, – deyə Mahir Surətov söhbətini davam etdirir. Bələdiyyə, meşə fond torpaqlarında arıları yemləndirmək üçün bir sıra problemlər var. Həmçinin, yonca, xaşa bitkilərinin, cökə və akasiya ağaclarının əkilməsinə, yeni meşə zolaqlarının salınmasına, arıçılığın yem bazasının gücləndirilməsinə ehtiyac duyulur.

Arıçılıqda əsas problemlərdən biri son vaxtlar gənə, akarapidoz və varratoz kimi xəstəliklərin geniş yayılmasıdır. Bu xəstəliklər arıların zəifləməsinə, hətta qırılmasına səbəb olur. Bunun qarşısını almaq üçün xəstəliklərin vaxtında aşkar edilərək arıların müalicə olunmasına, il ərzində mütəmadi profilaktik tədbirlərin görülməsinə və keyfiyyətli dərman preparatlarına ehtiyac vardır. Eyni zamanda, arı ailələrinin cins tərkibinin yaxşılaşdırılması və rayonlaşdırılması, bal emalı və qablaşdırma sexlərinin yaradılması kimi problemlər də öz həllini gözləyir.

Arıçılıq, eyni zamanda, insanların sağlamlığına xidmət edir. Zəhmətkeş, halal zəhmətə söykənmiş Surətovların ailə təsərrüfatı ucqar dağ rayonunda beynəlxalq təcrübəyə əsaslanaraq arıçılığı, aqroturizmi inkişaf etdirir, ölkəmizin ərzaq təhlükəsizliyinə layiqli töhfələr vermək əzmilə çalışırlar.

Əlisəfa HƏSƏNOV,
XQ-nin bölgə müxbiri

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:187
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 11 İyul 2026 11:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see948

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see405

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see356

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see344

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see321

La Liqa: Valensiyada triller

13 Oktyabr 2026 01:11see274

Rusiya XİN: İran ətrafındakı münaqişə tezliklə başa çatmalıdır

13 Oktyabr 2026 05:08see255

AZƏRBAYCANIN BOŞ QALAN HAVA LİMANLARI... Milyonlar xərclənən region aeroportları niyə işləmir?

13 Oktyabr 2026 09:07see218

Dünyada ən çox satılan kompüter markaları açıqlandı SİYAHI

13 Oktyabr 2026 02:44see217

17 18 ci əsrlərdə körpələrə niyə dəbilqə taxılırdı?

13 Oktyabr 2026 02:38see213

“The Atlantic“: Tramp Ukraynanı təslim olmağa məcbur etməyə çalışacaq

13 Oktyabr 2026 00:01see212

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

13 Oktyabr 2026 16:37see207

Mask ABŞ də seçkilər ərəfəsində respublikaçıların ən böyük donoru olub

13 Oktyabr 2026 02:58see207

Ərəb koalisiyası husilərin Səudiyyə Ərəbistanına atdığı ballistik raketləri ələ keçirib

13 Oktyabr 2026 02:36see205

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

13 Oktyabr 2026 19:16see203

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see189

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

14 Oktyabr 2026 00:48see185

Mikayıl Cabbarov: Ölkəmizdə Mərkəzi Asiya kapitalı əsasında yaradılan 400 dən artıq şirkət fəaliyyət göstərir

13 Oktyabr 2026 20:22see180

Tupak Şakurun qətlini təşkil edən şəxsə 30 ildən sonra yenidən HÖKM OXUNDU FOTO

14 Oktyabr 2026 00:39see161

Səhiyyə Nazirliyində Vətəndaş qəbulu tam rəqəmsallaşdı

13 Oktyabr 2026 10:58see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri