Dağlarda azan gənc 13 gün giləmeyvə ilə qidalandı FOTO
Bakupost saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Avstraliya vətəndaşı Kosçiusko Milli Parkında itkin düşüb və sağ qalmağı bacarıb.
Bakupost.az xəbər verir ki, bu barədə The Sydney Morning Herald yazıb.
23 yaşlı Hadi Nazari ötən il dekabrın 26-da dağlara yollanıb. Həmin gün o, dostları ilə çadır şəhərciyində görüşməli idi, lakin ora çatmayıb.
Bundan sonra dostları Nazarinin itdiyii barədə polisə məlumat verib və onlar xilasedicilərlə birgə axtarışlara başlayıblar.
Dekabrın 31-də polislər çayın yaxınlığında Nazariyə məxsus dağ yürüşü çubuqları tapıblar. Yanvarın 5-də isə onlar itkin düşən şəxsə aid alışqan, fotoaparat və çanta aşkar ediblər. Nazari itkin düşdükdən yalnız 13 gün sonra xilas edilib. Belə ki, bir qrup turist dağlarda arıq adama rast gəlib.
Nazari bildirib ki, bu müddət ərzində dağlarda bir daxmada yaşayıb və xilas olunmağı gözləyib. O, özü ilə götürdüyü müsli və topladığı giləmeyvələrlə qidalanıb.
Kişi susuz qalsa da, orqanizmi bundan zərər görməyib. Nazarinin ailəsi onun xilas edildiyi günü həyatlarının ən xoşbəxt günü adlandırıb.
Lalə, BakuPost
Baxış sayı:134
Bu xəbər 09 Yanvar 2025 17:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















