Icma.az
close
up
RU
Menu

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

57 yaşlı Cennifer Lopez belə formada qalır

Haşimoto və hamiləlik: Bu xəstəlik ana olmağa mane olurmu? ARAŞDIRMA

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

Azərbaycan vasitəsilə Şimal Cənub dəhlizi ilə yükdaşımalar 25 % artıb

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

Gündə 5 ədədi qanda şəkəri sala bilər

Kəmalə Qaramollayeva Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdi FOTO

İncəsənət məktəblərinə 199 yeni müəllim qəbul olunub

Göbələkdən düzəltdiyi qayıqla okeana çıxdı

Lavrov ABŞ ı Avropaya nümunə göstərdi: “Siyasi yetkinlik nümayiş etdirirlər” Video

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

Bu şokolad apteklərdə reseptlə veriləcək YE, ARIQLA

Şöhrətin zirvəsindən uçuruma: Hər şeyini itirən məşhurlar haqqında 7 film

İçində partlayıcı olan deserti yeyən kişi öldü

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

Dağlarda gizlənən sehrli dünya: Əsrlərə meydan oxuyan Lahıc

Dağlarda gizlənən sehrli dünya: Əsrlərə meydan oxuyan Lahıc

Icma.az, Olke.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Dövlət Turizm Agentliyinin İsmayıllının turizm potensialının tanıdılması məqsədilə təşkil etdiyi mediaturun ikinci günündə yolumuz Böyük Qafqaz dağlarının qoynunda, əsrlərin sınağından çıxaraq bu günə gəlib çatan Lahıca düşdü.

Lahıca yaxınlaşdıqca insanı valeh edən yalnız dağların əzəməti, təbiətin yaratdığı mənzərələr deyil. Burada təbiətlə tarix bir-birinə elə qovuşub ki, sanki zaman öz axarını dəyişərək keçmişlə bu günü eyni məkanda yaşadır. Qəsəbəyə daxil olan kimi daş küçələrin, qədim evlərin və özünəməxsus memarlığın yaratdığı mənzərə insanı başqa bir dünyaya aparır. Elə bir dünyaya ki, burada hər daşın bir hekayəsi, hər küçənin bir xatirəsi, hər emalatxananın isə nəsildən-nəslə ötürülən bir sənət sirri var.
Lahıcın tarixini, bu gününü və gələcək inkişaf perspektivlərini daha yaxından öyrənmək üçün “Lahıc” Dövlət Tarix-Mədəniyyət Qoruğunun direktoru Nəzər Əliyevlə söhbətləşdik. Onun danışdıqları bir daha göstərdi ki, Lahıcın dəyəri yalnız qədimliyində deyil, bu qədimliyi qoruyub yaşatmaq bacarığındadır.

Daşların danışdığı tarix: Lahıc niyə fərqlidir?
1980-ci ildə yaradılan “Lahıc” Dövlət Tarix-Mədəniyyət Qoruğu Lahıc qəsəbəsinin və Ərəgit kəndinin ümumilikdə 80 hektarlıq ərazisində yerləşən 103 tarix və mədəniyyət abidəsinin mühafizəsini həyata keçirir. Bu abidələrdən biri dünya əhəmiyyətli abidə kimi dövlət qeydiyyatına alınıb.
Lahıc dövlət tərəfindən qorunan qədim yaşayış məskəni olmaqla yanaşı, Azərbaycan memarlıq sənətinin özünəməxsus nümunələrindən biridir. Burada tarix yalnız muzey eksponatlarında və arxiv sənədlərində yaşamır. O, insanların gündəlik həyatında, evlərin quruluşunda, küçələrin daş döşəməsində, qədim qapılarda, məhəllələrdə və əsrlərdir davam edən sənətkarlıq ənənələrində yaşayır.

Lahıcın küçələri ilə addımladıqca bu qəsəbənin niyə fərqli bir cazibəyə malik olduğunu daha yaxşı anlayırsan. Daş döşənmiş yollar, çay daşlarından tikilmiş ikimərtəbəli evlər, qədim taxta qapılar və onların üzərindəki metal döyəclər sanki keçmişi gözlər önündə canlandırır.
Burada evlərin tikintisində istifadə edilən ənənəvi üsullar da diqqət çəkir. Divar hörgüsündə müəyyən məsafələrlə yerləşdirilən taxta elementlər qədim tikinti mədəniyyətinin izlərini qoruyur. Küçələrin daş örtüyü isə qəsəbəyə həm xüsusi gözəllik verir, həm də onun tarixi simasını tamamlayır.
Küçələr, meydanlar, daş döşəmələr, ənənəvi kanalizasiya sistemi (burada kanalizasiya sitemi kerəbənd aldlanır-red), yerli əhalinin adət-ənənələri və sənətkarlıq sahələri də qorunub yaşadılmalı olan ümumi mədəni irsin ayrılmaz hissəsidir. Lahıcın əsas üstünlüyü də məhz bundadır: burada tarix keçmişdə qalmayıb, bu günün içində yaşayır.

Əsrlərin səsini yaşadan küçələr
Lahıcın mərkəzi küçəsi Böyük küçə, yaxud Bazar küçəsi adlanır. Bura qəsəbənin sənətkarlıq həyatının əsas mərkəzidir. Misgər dükanları, emalatxanalar, əl işlərinin nümayiş olunduğu mağazalar və turistlərin üz tutduğu satış məntəqələri əsasən bu küçədə yerləşir.
Bazar küçəsində gəzərkən insan özünü adi alış-veriş məkanında deyil, canlı sənət muzeyində hiss edir. Bir tərəfdə mis qablar, digər tərəfdə əl işi suvenirlər, qədim naxışlarla bəzədilmiş əşyalar... Hər məhsulun arxasında ustanın zəhməti, təcrübəsi və özünəməxsus yaradıcılıq dünyası dayanır.

Turistlər burada yalnız suvenir almaqla kifayətlənmirlər. Onlar sənətkarların iş prosesini izləyir, misin necə döyüldüyünü, necə formaya salındığını və adi metal parçasının necə sənət əsərinə çevrildiyini görürlər.

Qoruq ərazisində 40-a yaxın sənət növünün təqdim olunması Lahıcın zəngin sənətkarlıq ənənələrinin miqyasını göstərir. Bu ənənələr qəsəbənin iqtisadi həyatının bir hissəsi olmaqla yanaşı, onun mədəni kimliyini də formalaşdırır.

Misgərliyin möcüzəsi: Misə naxış, tarixə nəfəs verən ustalar
Lahıc deyəndə ilk yada düşən sənətlərdən biri, şübhəsiz ki, misgərlikdir. Bu sənət qəsəbənin adını Azərbaycanın hüdudlarından kənarda da tanıdıb.

Azərbaycan ərazisində misdən istifadə və metal emalı qədim tarixə malikdir. Orta əsrlərdə müxtəlif şəhərlərdə misgərliyin inkişafı ilə yanaşı, Lahıc da zaman keçdikcə bu sənətin mühüm mərkəzlərindən birinə çevrilib. Xüsusilə XIX əsrdə Lahıc misgərliyinin şöhrəti daha geniş coğrafiyaya yayılıb.

Burada hazırlanan dolçalar, satıllar, sərniclər, güyümlər, teşt və məcməyilər, sinilər, aşsüzənlər, kəfkirlər, kasalar, camlar, qazanlar və çıraqlar yalnız məişət əşyaları olmayıb. Onlar həm də sənətkarların zövqünü, texniki bacarığını və bədii təfəkkürünü əks etdirib.

İncə oyma naxışları ilə bəzədilən mis məmulatları Orta Asiyada, Dağıstanda, Gürcüstanda, İranda və Türkiyədə tanınıb. Tarixi mənbələrdə Lahıc ustalarının hazırladıqları məmulatların yüksək qiymətləndirilməsi barədə məlumatlara da rast gəlinir.
Bu gün həmin sənət ənənəsi hələ də yaşayır. Ancaq zaman dəyişib, insanların məişət ehtiyacları yenilənib. Əvvəllər gündəlik istifadə üçün hazırlanan mis qabların yerini müəyyən qədər müasir məhsullar tutub. Buna görə də əl işləri daha çox dekorativ əşyalar, hədiyyələr və suvenirlər kimi alıcıların diqqətini cəlb edir.

Lakin sənətin əsl dəyəri dəyişməyib. Çünki misgərliyin hər bir mərhələsində ustanın əli, gözü, zövqü və illərlə qazandığı təcrübə iştirak edir.

“Bu emalatxananın təxminən 300 illik tarixi var”
Lahıc səfərimiz zamanı misgər Kəbləmi Əliyevin emalatxanasında da olduq. Usta misin emalından, müxtəlif məmulatların hazırlanma qaydalarından və bu sənətin incəliklərindən danışdı.

Onun sözlərinə görə, fəaliyyət göstərdiyi emalatxananın təxminən 300 illik tarixi var.
Emalatxanada insanı ilk növbədə sənətin özünəməxsus ab-havası cəlb edir. Misə forma vermək, onu döyəcləyərək hamarlaşdırmaq, səthinə naxış salmaq və adi metalı bədii məmulata çevirmək həm fiziki zəhmət, həm də böyük ustalıq tələb edir.
Bu işin texnologiyası əsrlər ərzində müəyyən dəyişikliklərə məruz qalsa da, ənənəvi əritmə və isti döymə üsulları sənətin əsasını təşkil edir. Müxtəlif tutucu, kəsici, deşici, sıxıcı və hamarlayıcı alətlər isə istehsal prosesinin ayrılmaz hissəsidir.

Lahıc misgərliyinin UNESCO-nun Qeyri-maddi mədəni irsin Reprezentativ siyahısına daxil edilməsi də bu sənətin yalnız yerli deyil, beynəlxalq miqyasda əhəmiyyətini təsdiqləyir. 
Misgər Kəbləmi Əliyev deyir ki, bu gün qarşımızda duran əsas məqsəd misgərlik irsini yalnız qorumaq deyil, həm də gənc nəslə ötürmək, sənətkarların fəaliyyətini dəstəkləmək və misgərliyin gələcək nəsillər üçün də yaşamasını təmin etməkdir.

Misgərliyin ardınca gələn dəri sənəti
Lahıcın sənətkarlıq tarixində misgərliklə yanaşı, dəri emalı da mühüm yer tutur. Qəsəbənin qədim peşələrindən olan dabbaqlıq burada müxtəlif dəri növlərinin hazırlanmasına, daha sonra isə onların gündəlik və bədii məmulatlara çevrilməsinə imkan verib.
Lahıc ustaları ənənəvi üsullarla dəri aşılayır, ondan ayaqqabı, kəmər, gödəkçə, kitab üzlüyü, yüyən və digər məmulatlar hazırlayırdılar. Bu sahənin inkişafı sərraclıq, pinəçilik, papaqçılıq və xəzçilik kimi peşələrin də formalaşmasına şərait yaradıb.

Bu gün qəsəbədə xalça toxuculuğu, milli geyimlərin hazırlanması, suvenir istehsalı və digər əl sənətləri də təqdim olunur. Bütün bunlar göstərir ki, Lahıc yalnız misgərliyin deyil, bütövlükdə ənənəvi sənətkarlıq mədəniyyətinin yaşadığı məkandır.

600 ildən artıq yaşı olduğu bildirilən kanalizasiya sistemi
Lahıcın tarixi memarlığı ilə yanaşı, qədim mühəndislik həlləri də diqqət çəkir. Qəsəbənin ən maraqlı xüsusiyyətlərindən biri yerli dildə “kürəbənd” adlandırılan ənənəvi kanalizasiya sistemidir.

Tarixi təxminən 600 ildən artıq dövrə aid edilən bu sistem Lahıcın qədim yaşayış mədəniyyətinin mühüm elementlərindən biri hesab olunur. Kürəbəndin mövcudluğu keçmişdə də insanların yaşayış şəraitinin təşkili, məişət ehtiyaclarının ödənilməsi və ictimai mühitin qorunması məsələlərinə diqqət yetirildiyini göstərir.

Qədim küçələrdə gəzərkən bu sistemin əhəmiyyətini daha yaxşı anlayırsan. Çünki tarixi yaşayış məskəninin davamlılığı təkcə gözəl evlərin tikilməsi ilə təmin olunmur. Su, kanalizasiya və küçə infrastrukturu kimi gündəlik ehtiyacların həlli də şəhər mədəniyyətinin vacib hissəsidir.
Lahıcın bu günə qədər özünəməxsus yaşayış məkanı kimi qorunub saxlanılması onun memarlıq və mühəndislik irsinin birlikdə öyrənilməsini zəruri edir.

Qədim məscidlər və yaşayan mənəvi irs
Lahıcın tarixi simasını tamamlayan mühüm abidələrdən biri də məscidlərdir. Qəsəbədə yeddi məscidin olduğu, onlardan beşinin fəaliyyət göstərdiyi bildirilir.

Ən qədim məscidlərdən biri XVIII əsrə aid edilən Bədöyün məscididir. 1781-ci ildə inşa olunduğu bildirilən bu abidədə müxtəlif dövrlərdə bərpa və təmir işləri aparılıb. Sonuncu bərpa işlərinin Heydər Əliyev Fondu tərəfindən həyata keçirilməsi də tarixi-mədəni irsin qorunmasına göstərilən diqqətin nümunəsidir.
Məscidlər Lahıcın yalnız dini həyatının deyil, həm də ictimai və memarlıq tarixinin bir hissəsidir. Onlar əsrlər boyu formalaşan məhəllə mədəniyyətini, insanların birgəyaşayış ənənələrini və mənəvi dəyərlərini əks etdirir.

Lahıcın cazibəsi: Təmizlik, səliqə və qonaqpərvərlik
Lahıc küçələrində gəzərkən diqqəti çəkən məqamlardan biri də qəsəbənin səliqə-sahmanı və qədim memarlıq görkəminin qorunmasıdır. Daş yollar, ənənəvi evlər, sənətkar dükanları və sakit məhəllələr vahid bir mənzərə yaradır.

Burada insanı yalnız tarix deyil, həyatın öz axarı da cəlb edir. Bir evin qarşısında dayanıb qədim qapıya tamaşa edə, digər küçədə sənətkarın işini izləyə, növbəti addımda isə yerli mətbəxin təamları ilə tanış ola bilərsən.

Lahıcda qədimliklə müasirliyin yanaşı yaşaması qəsəbənin turizm imkanlarını daha da artırır. Burada mehmanxanalar və ev turizmi üçün şərait yaradılıb. Qonaqlar yerli əhalinin yaşayış tərzi ilə tanış olur, evlərə baxır, məişət ənənələrini öyrənir və milli mətbəxin ləzzətlərini dadırlar. Xüsusilə yarpaq dolması kimi yerli təamlar turistlərin maraq göstərdiyi nümunələrdəndir.
Qoruq direktoru Nəzər Əliyevin sözlərinə görə, Lahıca dünyanın müxtəlif ölkələrindən turistlər gəlir. Onların arasında Avstraliya, İsrail və Avropa ölkələrindən olan qonaqlar da var. Hətta Paraqvay, Braziliya və Argentina kimi uzaq ölkələrdən gələn turistlər də qəsəbəyə baş çəkirlər.
Bu maraq təsadüfi deyil. Müasir turist artıq yalnız gözəl mənzərə görmək istəmir. O, yerli mədəniyyəti tanımaq, insanlarla ünsiyyət qurmaq, ənənəvi sənətləri öyrənmək və fərqli həyat tərzini yaxından hiss etmək istəyir. Lahıc isə bütün bunları bir məkanda təqdim edir.

Doqquz ayda 120 mindən çox ziyarətçi
Lahıcın turizm potensialı ziyarətçi statistikalarında da əks olunur.
Qoruq direktoru Nəzər Əliyevin verdiyi məlumata görə, 2026-cı ilin yanvar-sentyabr aylarında “Lahıc” Dövlət Tarix-Mədəniyyət Qoruğunu 120 mindən çox turist ziyarət edib. Onların 26 mindən çoxunu xarici qonaqlar təşkil edib.

Direktorun sözlərinə görə, ziyarətçilərin statistikası gündəlik aparılır və məlumatlar Dövlət Turizm Agentliyinə təqdim olunur. Xarici turistlər əsasən yaz və payız aylarında qoruğa gəlməyə üstünlük verirlər. Avstraliya və İsraildən gələn qonaqlar arasında da Lahıca maraq müşahidə olunur.

Bu rəqəmlər Lahıcın Azərbaycanın turizm xəritəsində tutduğu yerin əhəmiyyətini göstərir. Ancaq turist sayının artması ilə yanaşı, qəsəbənin tarixi simasının qorunması, sənətkarların fəaliyyətinin dəstəklənməsi və yerli əhalinin turizmdən davamlı fayda əldə etməsi də vacibdir.
Çünki Lahıcın əsas sərvəti yalnız daş küçələr və qədim abidələr deyil. Onun əsl sərvəti bu irsi yaşadan insanlardır.

Arıçılıq: Dağların qoynunda zəhmət və təbiətin bəxşişi
Lahıc səfərimiz çərçivəsində yerli sakin, uşaqlıqdan arıçılıqla məşğul olan Ağadadaş Abbasovun həyətində də olduq. Burada arı ailələrinin saxlanılması, arıların yetişdirilməsi və məhsuldarlığın artırılması ilə bağlı proseslərlə yaxından tanış olduq.

Ağadadaş Abbasov bildirdi ki, yerli arı cinslərinin məhsuldarlığının azalması səbəbindən son illərdə xaricdən gətirilən daha məhsuldar sortlara üstünlük verilir. Onun sözlərinə görə, Almaniya və Rusiyanın Soçi bölgəsindən gətirilən arılardan istifadə olunur.

“Bəli, bunların hamısı Almaniyadan, Soçidən gələn sortlardır. Hazırda onlardan istifadə edirik. Yerli arı cinslərimiz əvvəlki kimi qalmayıb, mələzləşmə və digər səbəblərdən xüsusiyyətləri dəyişib. Ona görə də məhsuldar arı sortları ilə işləməyə qərar verdik”, – deyə arıçı bildirib.
A.Abbasovun sözlərinə görə, gətirilən arıların seçilmiş xüsusiyyətlərini qorumaq və arı ailələrinin sayını artırmaq üçün seleksiya üsullarından istifadə edilir. Bu prosesdə uyğun arılardan sürfə götürülməsi, onların yeni ailələrə köçürülməsi və bəzi hallarda süni mayalanma kimi üsullar tətbiq olunur.

Arıçılıq da Lahıcın təbiətlə bağlı həyat tərzinin bir hissəsidir. Dağlıq ərazinin bitki örtüyü, mövsümi çiçəklənmə və yerli iqlim arıların qida toplaması üçün əhəmiyyət daşıyır. Bununla yanaşı, balın keyfiyyəti arıların saxlanma şəraitindən, qida mənbələrindən və məhsulun əldə olunma üsulundan asılıdır.
Beləliklə, Lahıcın zənginliyi yalnız tarixi abidələrində deyil, təbiətlə insan zəhmətinin qovuşduğu gündəlik həyatında da özünü göstərir.

Lahıc - keçmişdən gələcəyə uzanan canlı körpü
Lahıcın küçələrini gəzdikcə bir həqiqəti daha dərindən anlayırsan: tarix yalnız kitablarda qorunanda deyil, insanların həyatında yaşadıqda həqiqi mənasını tapır.
Burada daşlar keçmişi danışır, misgər çəkicinin səsi əsrlərin əks-sədasını yaşadır, qədim məscidlər mənəvi yaddaşı qoruyur, kürəbənd sistemi mühəndislik ənənələrini xatırladır, sənətkarların əlləri isə nəsillərdən miras qalan ustalığı gələcəyə daşıyır.

Lahıc Azərbaycan mədəniyyətinin özünəməxsus siması, milli irsin canlı nümunəsi və turizm potensialımızın qiymətli sərvətidir. Onun beynəlxalq səviyyədə tanıdılması ölkəmizin mədəni irsinin təbliği ilə yanaşı, yerli iqtisadiyyatın inkişafına, sənətkarlıq ənənələrinin yaşadılmasına və yeni nəsillərin bu irsə marağının artırılmasına xidmət edir.

Lahıcda zaman dayanmayıb; - sadəcə, tarix burada başqa cür axır. Dağların əzəməti, daş küçələrin səssizliyi, misgər emalatxanalarının çəkic səsi və insanların qonaqpərvərliyi bir araya gələrək elə bir mənzərə yaradır ki, buradan ayrılarkən insanın yaddaşında yalnız gözəl xatirələr deyil, Azərbaycanın əsrlərdən süzülüb gələn mədəni ruhu qalır.

Mürtəza

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:153
embedMənbə:https://olke.az
archiveBu xəbər 10 Oktyabr 2026 11:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

26 Noyabr 2026 22:05see325

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

26 Noyabr 2026 22:31see324

57 yaşlı Cennifer Lopez belə formada qalır

26 Noyabr 2026 17:27see319

Haşimoto və hamiləlik: Bu xəstəlik ana olmağa mane olurmu? ARAŞDIRMA

26 Noyabr 2026 15:04see310

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

26 Noyabr 2026 19:36see306

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

26 Noyabr 2026 22:21see304

Azərbaycan vasitəsilə Şimal Cənub dəhlizi ilə yükdaşımalar 25 % artıb

26 Noyabr 2026 16:04see301

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

26 Noyabr 2026 18:52see297

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

26 Noyabr 2026 19:50see294

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

26 Noyabr 2026 17:46see289

Gündə 5 ədədi qanda şəkəri sala bilər

26 Noyabr 2026 20:41see265

Kəmalə Qaramollayeva Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdi FOTO

26 Noyabr 2026 21:06see264

İncəsənət məktəblərinə 199 yeni müəllim qəbul olunub

26 Noyabr 2026 18:16see263

Göbələkdən düzəltdiyi qayıqla okeana çıxdı

26 Noyabr 2026 18:03see259

Lavrov ABŞ ı Avropaya nümunə göstərdi: “Siyasi yetkinlik nümayiş etdirirlər” Video

26 Noyabr 2026 21:58see259

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

27 Noyabr 2026 00:14see255

Bu şokolad apteklərdə reseptlə veriləcək YE, ARIQLA

26 Noyabr 2026 20:35see251

Şöhrətin zirvəsindən uçuruma: Hər şeyini itirən məşhurlar haqqında 7 film

26 Noyabr 2026 18:26see249

İçində partlayıcı olan deserti yeyən kişi öldü

26 Noyabr 2026 22:26see246

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see225
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri