Dağlıq ərazidə köməksiz vəziyyətdə qalan şəxs xilas edilib
Avtosfer saytına istinadən Icma.az xəbər verir.
Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Qəbələ rayonunun Duruca kəndində mürəkkəb relyefli dağlıq ərazidə bir nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Bu barədə Avtosfer.az-a FHN-dən məlumat verilib.
Bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Şimal-qərb Regional Mərkəzinin xilasediciləri əraziyə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən, Bakı şəhər sakini olan 1959-cu il təvəllüdlü qadının dağlıq ərazidə yıxılaraq müxtəlif dərəcəli bədən xəsarətləri aldığı və köməksiz vəziyyətdə qaldığı müəyyən edilib. Xilasedicilər çətin keçidli dağlıq ərazidə köməksiz vəziyyətdə qalan şəxsi xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:78
Bu xəbər 14 Avqust 2025 02:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















