Qəbələdə dağlıq meşəlik ərazidə köməksiz vəziyyətdə qalan şəxs xilas edilib
Icma.az, Azertag saytına istinadən bildirir.
Bakı, 6 avqust, AZƏRTAC
Qəbələ rayonunun Laza kəndində mürəkkəb relyefli dağlıq-meşəlik ərazidə bir nəfər köməksiz vəziyyətdə qalıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Bildirilib ki, əraziyə FHN-in Şimal-qərb Regional Mərkəzinin xilasediciləri cəlb olunublar.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən, 1986-cı il təvəllüdlü İbişov Elşən Sevdiyar oğlunun dağlıq ərazidə yıxılaraq müxtəlif dərəcəli bədən xəsarətləri aldığı və köməksiz vəziyyətdə qaldığı müəyyən edilib.
Xilasedicilər çətin keçidli dağlıq-meşəlik ərazidə köməksiz vəziyyətdə qalan şəxsi xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.
Bu mövzuda digər xəbərlər:Qəbələdə mürəkkəb relyefli dağlıq meşəlik ərazidə köməksiz qalan şəxs xilas olunub VİDEO
01 İyul 2025 10:18
Dağlıq ərazidə köməksiz vəziyyətdə qalan şəxs xilas edilib
14 Avqust 2025 02:41
FHN Qəbələdə dağlıq ərazidə köməksiz vəziyyətdə qalanı xilas edib
01 İyul 2025 12:33
Qəbələdə dağlıq ərazidə köməksiz qalan qadın xilas edildi
13 Avqust 2025 22:03
Qəbələdə dağlıq ərazidə hündürlükdən yıxılan şəxs xilas edildi
01 İyul 2025 10:30
Baxış sayı:95
Bu xəbər 06 Avqust 2025 09:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















