Icma.az
close
up
RU
Daha 4 məsələ parlamentin plenar iclasına tövsiyə edilib

Daha 4 məsələ parlamentin plenar iclasına tövsiyə edilib

Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bakı, 4 iyun, AZƏRTAC

İyunun 4-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, komitənin sədri Azər Əmiraslanov gündəliyə 4 məsələnin daxil edildiyini deyib.

O, əvvəlcə Ticarət Gəmiçiliyi Məcəlləsində, “Yol hərəkəti haqqında”, “Nəqliyyat haqqında”, “Dövlət rüsumu haqqında”, “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında”, “Avtomobil nəqliyyatı haqqında” və “Aviasiya haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsini (birinci oxunuş) müzakirəyə çıxarıb.

A.Əmiraslanov məsələ ilə bağlı bildirib ki, son illərdə ölkəmizdə nəqliyyat infrastrukturunun modernləşdirilməsi və bu sahədə qanunvericilik bazasının təkmilləşdirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilir. O, rəqəmsal texnologiyaların tətbiqi fonunda nəqliyyat sektorunda müşahidə olunan inkişaf meyillərinə və bu sahədə meydana çıxan yeni çağırışlara diqqət çəkib. Bildirilib ki, bu qanun layihəsi də nəqliyyat sahəsində rəqəmsallaşma və innovativ texnologiyaların tətbiqinin genişləndirilməsi ilə bağlı qlobal inkişaf meyillərinə uyğun olaraq hazırlanıb.

Sonra rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov qanun layihəsi barədə ətraflı məlumat verib, sənədin konseptual baxımdan əhəmiyyətini diqqətə çatdırıb. Qeyd olunub ki, qanun layihəsi, ilk növbədə, avtomobil, dəmir yolu, metro, tramvay, dəniz və hava nəqliyyatı da daxil olmaqla bütün nəqliyyat növləri üzrə avtonom nəqliyyat vasitələrinin tətbiqi üçün zəruri normativ-hüquqi, texnoloji və institusional bazanın yaradılmasını nəzərdə tutur.

Gündəliyin ikinci məsələsi olan “Yol hərəkəti haqqında” Qanunda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 9 dekabr tarixli 307-VIIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi haqqında qanun layihəsi (birinci oxunuş) ilə bağlı komitənin sədr müavini Azər Badamov məlumat verib. O bildirib ki, təklif olunan dəyişikliklər mopedlərin texniki baxışdan keçirilməsi, dövlət qeydiyyatına alınması, sürücülük vəsiqəsinin verilməsi məsələlərini tənzimləyir, müvafiq dövlət rüsumlarını müəyyən edir, eləcə də qeydiyyatdan keçmiş mopedlərin istifadəsi ilə bağlı üçüncü şəxslər qarşısında mülki məsuliyyətin icbari sığortasını nəzərdə tutur.

Üçüncü məsələ olan “Büdcə sistemi haqqında”, “Sığorta fəaliyyəti haqqında” və “Hesablama Palatası haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) ilə bağlı Hesablama Palatasının Hüquqi təminat və keyfiyyətə nəzarət şöbəsinin müdiri Nuranə Səfərova məlumat verib. Diqqətə çatdırılıb ki, qanun layihəsi Hesablama Palatasının fəaliyyətinin müasir çağırışlara, beynəlxalq audit standartlarına və milli qanunvericiliyin tələblərinə uyğun olaraq təkmilləşdirilməsini nəzərdə tutur. Qeyd olunub ki, layihədəki dəyişikliklərə əsasən, Naxçıvan Muxtar Respublikasının büdcəsinə dair nəzarət mexanizmlərinin qanunvericiliklə uyğunlaşdırılması, kənar dövlət maliyyə nəzarəti tədbirlərinin həyata keçirilməsi zamanı məlumatların əldə olunması qaydalarının dəqiqləşdirilməsi, həmçinin dövlət auditi informasiya sisteminin yaradılması və audit fəaliyyətində rəqəmsal texnologiyaların tətbiqi üçün hüquqi əsasların formalaşdırılması təmin ediləcək.

Dördüncü məsələ olan Torpaq Məcəlləsində, “Torpaq icarəsi haqqında”, “Torpaq bazarı haqqında”, “Dövlət əmlakının özəlləşdirilməsi haqqında”, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” və “Tənzimlənən qiymətlər haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi ilə bağlı İqtisadiyyat Nazirliyinin Layihələrin idarəolunması şöbəsinin müdiri Zamir Dibirov məlumat verib. O bildirib ki, qanun layihəsi “Dövlət-özəl tərəfdaşlığı haqqında” Qanunun tətbiqinin təmin edilməsi, dövlət-özəl tərəfdaşlığı layihələrinin həyata keçirilməsi zamanı torpaq münasibətlərinin və digər əlaqəli hüquqi mexanizmlərin təkmilləşdirilməsi məqsədilə hazırlanıb.

Çıxış edənlər dəyişikliklər haqqında fikirlərini bildiriblər, qeydlərini səsləndiriblər.

İclasda müzakirə olunan qanun layihələrinin hər biri Milli Məclisin plenar iclasında baxılmaq üçün tövsiyə olunub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:173
embedMənbə:https://azertag.az
archiveBu xəbər 04 İyun 2026 18:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see315

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see308

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see297

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see282

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see275

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see272

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see257

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see246

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see240

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see235

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see225

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see221

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see220

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see220

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see216

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see208

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see205

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see202

Məkkə məscidində cinsi əlaqədə oldular edam edildilər

19 Oktyabr 2026 19:59see200

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri