Icma.az
close
up
RU
Daha 4 məsələ parlamentin plenar iclasına tövsiyə edilib

Daha 4 məsələ parlamentin plenar iclasına tövsiyə edilib

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Bakı, 7 oktyabr, AZƏRTAC

Oktyabrın 7-də Milli Məclisin Əmək və sosial siyasət komitəsinin növbəti iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, komitə sədri Musa Quliyev gündəliyə 4 məsələnin daxil edildiyini bildirib.

Əvvəlcə komitə sədri “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə"nin təsdiq edilməsi barədə", "Əmək pensiyaları haqqında", "Hərbi qulluqçuların statusu haqqında", "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin təsdiq edilməsi barədə", "Əmək pensiyaları haqqında" və "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” 2023-cü il 22 dekabr tarixli 1074-VIQD nömrəli və "Diplomatik xidmət haqqında" qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsini (ikinci oxunuş) müzakirəyə çıxarıb. Komitə sədri sənədi Azərbaycanda sosial sığorta prinsiplərinə əsaslanan pensiya təminatı mexanizmlərinin təkmilləşdirilməsi və pensiya təyinatı şərtlərinin müasir tələblərə uyğunlaşdırılması istiqamətində atılan növbəti addım kimi dəyərləndirib. Qeyd olunub ki, dəyişikliklərlə bağlı birinci oxunuşda ətraflı məlumat verilib və layihə deputatlar tərəfindən dəstəklənib. Vurğulanıb ki, sənəd pensiya təminatı sistemində sosial ədalətin daha da gücləndirilməsinə xidmət edir.

Musa Quliyev gündəliyin ikinci məsələsi - Mülki Prosessual Məcəllədə, Cinayət-Prosessual Məcəlləsində, Cəzaların İcrası Məcəlləsində, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında”, “Veteranlar haqqında”, “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında”, “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında”, “Vəkillər və vəkillik fəaliyyəti haqqında”, “Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında”, “İnsan alverinə qarşı mübarizə haqqında”, “Ünvanlı dövlət sosial yardımı haqqında”, “Məişət zorakılığının qarşısının alınması haqqında”, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” və “Uşaq hüquqları haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) ilə bağlı diqqətə çatdırıb ki, sənəd “Pulsuz hüquqi yardım haqqında” yeni qanun layihəsinin müddəalarından irəli gələrək hazırlanıb. Sözügedən qanun layihəsi əsasən həssas əhali qruplarının hüquqi yardım alma imkanlarını genişləndirməyə və onların konstitusion hüquqlarını daha etibarlı qorumağa yönəldiyindən, həmin şəxslərin hüquqi statusunu müəyyən edən əlaqəli qanunlara da müvafiq dəyişikliklərin edilməsini zəruri edir.

Bildirilib ki, gündəliyin üçüncü məsələsi - Əmək Məcəlləsində, Vergi Məcəlləsində, Cinayət-Prosessual Məcəlləsində, "Cinayət prosesində iştirak edən şəxslərin dövlət müdafiəsi haqqında", "Vəkillər və vəkillik fəaliyyəti haqqında", "Korrupsiyaya qarşı mübarizə haqqında", "İnformasiya əldə etmək haqqında", "Fərdi məlumatlar haqqında" və "Vətəndaşların müraciətləri haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) də hazırda Milli Məclisin müzakirəsində olan “Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən şəxslərin həvəsləndirilməsi və müdafiəsi haqqında” yeni qanun layihəsində nəzərdə tutulan mexanizmlərin müvafiq hüquqi aktlarda təsbit olunması məqsədilə hazırlanıb. Vurğulanıb ki, layihə korrupsiya ilə mübarizənin qanunverici əsaslarının gücləndirilməsinə xidmət edir.

Gündəliyin sonuncu məsələsi olan Mülki Prosessual Məcəllədə, Vergi Məcəlləsində, Cinayət-Prosessual Məcəlləsində, “Sosial sığorta haqqında”, “Tibbi sığorta haqqında”, “Məhkəmə ekspertizası fəaliyyəti haqqında”, “İnzibati icraat haqqında”, “Lisenziyalar və icazələr haqqında” və “Məşğulluq haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanunun layihəsi (birinci oxunuş) barədə də komitə sədri məlumat verib. Qeyd olunub ki, təklif olunan qanun layihəsi özəl ekspertiza fəaliyyəti ilə bağlıdır və sənəddə özəl məhkəmə ekspertlərinin vergi, sosial və tibbi sığorta münasibətləri dəqiqləşdirilir, onların peşə fəaliyyətinin təşkilinə dair müddəalar təsbit olunur.

Müzakirələrdən sonra gündəlikdəki qanun layihələri Milli Məclisin plenar iclasına tövsiyə edilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:29
embedMənbə:https://azertag.az
archiveBu xəbər 07 Oktyabr 2026 16:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see1220

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see495

Hədəf 2028 ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir

05 Oktyabr 2026 21:26see389

Bu toplanış bizi daha da birləşdirdi Rəşad Eyyubov

05 Oktyabr 2026 20:52see387

“Əlimizdən gələni edəcəyik” Rəşad Eyyubov

05 Oktyabr 2026 21:20see378

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvandakı iki əsas problemi AÇIQLADI

05 Oktyabr 2026 23:07see337

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq

05 Oktyabr 2026 21:42see320

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see282

3 aylıq olanda nə baş veribsə xatırlayır

05 Oktyabr 2026 18:11see217

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see208

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see202

Toy yasa döndü: Dava zamanı komaya düşən Cavid vəfat etdi Foto

06 Oktyabr 2026 06:25see198

Ceyhun Bayramov və Marko Rubio Azərbaycan ABŞ strateji tərəfdaşlığını müzakirə ediblər

05 Oktyabr 2026 20:39see193

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

06 Oktyabr 2026 19:04see188

Məhəmməd Bədəlbəyliyə töhmət verildi

06 Oktyabr 2026 16:23see184

Antonio Konte Mançester Yunayted və Yuventus un maraq dairəsindədir

06 Oktyabr 2026 00:59see183

Naxçıvanda 400 dən çox imtiyazlı şəxsə mənzil, 635 nəfərə isə avtomobil verilib

05 Oktyabr 2026 21:37see171

“Bu, ciddi bir xəstəlikdir...”

05 Oktyabr 2026 18:07see167

Yamal Golden Boy 2026 namizədləri arasında yoxdur

06 Oktyabr 2026 02:14see166

Rusiyada ölümcül epidemiya: Vəziyyət nə yerdədir?

06 Oktyabr 2026 01:50see159
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri