Daha 5 ölkənin Avroviziya təmsilçisi bəlli oldu Fotolar
Axsham.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
"Avroviziya 2025" mahnı müsabiqəsində Finlandiya, İrlandiya, Ukrayna, Malta və Latviyanı təmsil edəcək şəxslərin kimliyi bəlli oldu.
Axşam.az xəbər verir ki, yarışmada Finlandiyanı Erika Vikman, Ukraynanı "Ziferblat" qrupu, Maltanı Mirana Konte, Latviyanı isə "Tautumeitas" qrupu, İrlandiyanı isə EMMY təmsil edəcək.
Xatırladaq ki, İsveçrənin Bazel şəhərində keçiriləcək yarışmada Azərbaycan təmsilçisi “Mamagama” qrupu olacaq. İştirakçılarımız birinci yarımfinalın ikinci hissəsində çıxış edəcək. Birinci yarımfinal mayın 13-də keçiriləcək.
Azərbaycanla birlikdə həmin gün səhnəyə Estoniya, İslandiya, Polşa, Portuqaliya, Sloveniya, İsveç , Ukrayna, Albaniya, Belçika, Xorvatiya, Kipr, Hollandiya, Norveç, San-Marino təmsilçiləri də çıxacaq.
Yarışmanın ikinci yarımfinalı mayın 15-də, final isə 17-də keçiriləcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:112
Bu xəbər 09 Fevral 2025 14:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















