DAHA BİR DƏHŞƏTLİ TƏYYARƏ QƏZASI 181 cnəfərdən ikisi sağ qalıb + VİDEO AzPolitika onlayn siyasiictimai qəzet
Azpolitika.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
“Jeju Air” şirkətinə məxsus Boeing 737-800 təyyarəsinin Cənubi Koreyanın Muan əyalətinə eniş edə bilməməsi nəticəsində azı 179 nəfər həlak olub. “AzPolitika” xarici KİV-ə istinadla xəbər verir ki, təyyarə yerli vaxtla səhər saat 9:07-də (Bakı vaxtı ilə 04:07) qəzaya uğrayıb. Təyyarə Banqkokdan Muana gedirmiş. Təyyarədə sərnişinlər və ekipaj üzvləri də daxil olmaqla ümumilikdə 181 nəfər olub.
Təyyarə uçuş-enmə zolağından çıxaraq hasara çırpılıb. Koreya Milli Yanğın Xidməti bildirib ki, indiyədək yanğınsöndürənlər iki nəfəri xilas edə biliblər: bir sərnişin və bir ekipaj üzvü. Təyyarədə ümumilikdə 175 sərnişin və 6 ekipaj üzvü olub.
“Yonhap” xəbər agentliyinin verdiyi məlumata görə, Cənubi Koreyada qəzaya uğrayan təyyarədə xilas edilən iki sərnişin istisna olmaqla, bütün sərnişinlər həlak olub.
Sərnişinlər arasında 173 Cənubi Koreya və iki Tailand vətəndaşının olduğu bildirilir.
Qeyd olunur ki, eniş zamanı təyyarənin mühərriklərindən tüstü çıxıb, bundan sonra yanğın təyyrəni bürüyüb.
“AzPolitika.info”
— Newsfeed (@Newsfeed883920) December 29, 2024
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:136
Bu xəbər 29 Dekabr 2024 10:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















