Icma.az
close
up
RU
Daha bir dövlət qurumda strukturlar ləğv olunur: paralel iş yerləri gündəmdə

Daha bir dövlət qurumda strukturlar ləğv olunur: paralel iş yerləri gündəmdə

Icma.az bildirir, Olke.az saytına əsaslanaraq.

Bakı Şəhər İcra Hakimiyyətinin balansında olan mənzil-kommunal xidmətlər departamentlərində (JEK) ciddi struktur dəyişiklikləri planlaşdırıldığı bildirilir.

Qeyd olunur ki, məqsəd bu qurumların fəaliyyətini daha səmərəl etmək və dövlət büdcəsindən asılılığı azaltmaqdır.

Dəyişikliyə əsasən, mənzil-kommunal xidmətlərinin MMC-lərə və ya ictimai hüquqi şəxslərə çevriləcəyi, hazırda tətbiq edilən kirayə haqqının (kvadratmetr üçün ayda 2 qəpiyin) artırılacağı gözlənilir.

Yeni struktur çərçivəsində onlardan yalnız tullantıların yığılması deyil, həmçinin binaların girişlərinin, damların, pəncərə və qapıların, eləcə də fasadların təmiri tələb olunacağı da vurğulanır.

Gözlənilən dəyişikliklərlə bağlı Ölkə.Az-a danışan Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) İdarə Heyətinin yeni sədri Vüqar Oruc dəyişikliyin hansı fərqləri yaradacağından, JEK-lərdə çalışan işçilərin taleyindən, MMC-lər ilə yeni yaradılacaq qurumlar arasında səlahiyyət bölgüsü necə tənzimlənəcəyindən və s. söz açıb.

Onun sözlərinə görə, bu dəyişiklik ölkəmizdə 2018-ci ildən başlanan institusional islahatların davamı olacaq:

“2026-cı il ölkəmizdə bir çox istiqamətdə siyasi, iqtisadi və hüquqi islahatların aparılacağı ildir. Bildiyimiz kimi, Cənab Prezident 2018-ci ildən etibarən ölkənin, dövlətin idarə edilməsində institusional islahatların aparılmasına başlayıb və bu istiqamətdə bir çox adımlar atılıb. Hazırda əsas məqsəd paralel strukturların aradan qaldırılması, dövlət qurumlarının daha çox məhsuldar və faydalı şəkildə fəaliyyət göstərməsinin təmin olunmasıdır. Bu istiqamətdə atılan adımlar bir çox qurumların yenidən strukturlarının formalaşması və ya ləğvini zəruri edəcək. 

Mənzil-istimar sahələrinin strukturlarının dəyişilməsi, hüquqi statuslarının yenilənməsi də məhz bu istiqamətdə atılan adımlardandır. Düşünürəm ki, bu istiqamətdə verilən qərarlar daha çox paralel qurumların yaradılmaması, nəzərə alınmaqla atılmalıdır. Yəni hazırda qeyd olunan rayonların ərazisində bələdiyyə qurumları var və bu qurumların bir çoxu hazırda icra qurumları ilə səlahiyyət bölgüsü istiqamətində problemlər yaşayır. Aparılan islahatlar bir tərəfdən ümumi idarəetmənin sadələşdirilməsi və məhsuldarlığın artırılması xarakterlidir. 

Bu baxımdan düşünürəm ki, JEK-lərin, yəni mənzil-istismar sahələrinin MMC-lərə və yaxud da digər ictimai struktura çevrilməsi müəyyən yeniliyin, islahatların göstəricisi kimi alqışlanmalıdır. 

Amma bu proses həyata keçiriləndə təbii ki, həmin qurumlarda şəffaflığın artırılması və indiyə qədər olan problemlərin aradan qaldırılması əsas məqsəd olmalıdır. Çünki bildiyimiz kimi, JEK-lərdə həddən artıq böyük sayda ştatların bir çoxunun mənzil-istismar sahələrinin fəaliyyətində hər hansı bir aktiv rol almaması baxımdan dövlət büdcəsinə qənaət edilməsinin mümkünsüzlüyünü ortaya qoyur. 

Nəzərə alsaq ki, 2026-cı il eyni zamanda xərclərin optimallaşması və qənaət büdcəsinin formalaşması edilir. Bu istiqamətdə atılan addım imkan verəcək ki, dövlətin paralel strukturlarının ixtisar olunması və onların fəaliyyətinin yeni müasir standartlara və tələblərə uyğunlaşdırılması təmin olunsun”.

V.Oruc deyib ki, icarə haqlarında müvafiq icra strukturlarının payının qeyd olunduğu kimi 2 qəpikdən artırılması bütün istiqamətlərdə baş verən qiymət siyasətinin tərkib hissəsidir:

“Bir çox hallarda həmin məbləğlər yalnız formal xarakter daşıyıb və indi müasir bazar prinsiplərinin tələbi qeyd olunan qiymətlərə yenidən baxılmasını zəruri edir. 

Düşünürəm ki, həmin məbləğlərin artırılması qeyd olunan qurumların ştat cədvəlində yer tutan ölkə vətəndaşlarının əməkhaqlarının ödənilməsi üçün müəyyən baza yaradılmasına xidmət edəcək. Amma düşüncəmə görə, daha yaxşı olar ki, əlavə paralel strukturların formalaşdırılmağındansa, bu səlahiyyətlərin bir qisminin bələdiyyələrə verilməsi və beləliklə, idarəetmə yükünün azaldılması daha məqsədəuyğun olar.

Bu baxımdan həm böyük şəhərlərin idarə olunmasında, həm eyni zamanda regionlarda aparılan islahatlar birmənalı şəkildə idarəetmənin sadələşdirilməsinə və paralelliyin aradan qaldırılmasına xidmət etməlidir”. 

Toqquşma riski varmı? 

MMC-lər ilə yeni yaradılacaq qurumlar arasında səlahiyyət bölgüsü necə tənzimlənəcəyinə gəldikdə isə iqtisadçı bildirib ki, toqquşmaların baş verməməsi üçün səlahiyyət bölgüsünün dəqiq aparılması mütləqdir:

“Dəyişikliklər barədə informasiyaya nəzər yetirdikdə yeni yaranan mexanizmlər səlahiyyət toqquşmasını yarada bilər. Bu olmasın deyə konkret qurumların fəaliyyətini tənzimləyən əsasnamələrin dəqiqliklə işlənilməsi, səlahiyyət bölgüsünün aparılması və sərhədlərin dəqiq müəyyənləşməsi zəruri bir addım kimi tələb olunur. 

Əks təqdirdə səlahiyyət toqquşması ola bilər. Bu da idarəetmənin daha da mürəkkəbləşməsinə gətirib çıxara bilər. Artıq bu istiqamətdə indiyə qədər bir sıra addımlar atılıb. Bilirsiniz ki, artıq bir sıra dövlət komitələri, dövlət xidmətləri, ayrı-ayrı dövlət qurumları publik hüquqi şəxsə çevrilməklə özünü idarə edən təsərrüfat hesablı subyektlər kimi formalaşdırılıb. Eyni proses mənzil-istismar sahələri ilə də baş versə, təbii ki, onların yenidən qurulması və qurumun daxilindəki islahatların aparılması son nəticədə idarəetmə istiqamətində faydalı nəticələrin meydana çıxmasına səbəb ola bilər. Amma bir şərtlə ki, səlahiyyəhtlər dəqiq müəyyənləşdirilsin.

Dünya təcrübəsində mənzil-istismar sahələri mövcud deyil. Bu istiqamətdə müvafiq icra hakkimiyyətini təmsil edən qurumların olmasına daha çox rast gəlinir. Yerli və regional fəaliyyətin daha çox seçkili orqanlar - xüsusilə də bələdiyyələr tərəfindən həyata keçirilməsinin şahidi oluruq. Məsələn, qardaş və qonşu Türkiyədə biz bunun bariz nümunəsini görə bilərik. Əsas ağırlıq məhz bələdiyyələrin üzərindədir. İcra qurumları bu fəaliyyətin tənzimlənməsi və eyni zamanda ümumi iqtisadi, siyasi hüquqi proseslərə nəzarəti həyata keçirir. 

Mənzil-istismar sahələri əvvəlki idarəetmə yanaşmasından yadigar qalan strukturdur. Bütün variantlarda bu strukturun ləğvi və yaxud da ki, yenilənməsi zəruridir”. 

Billurə Yunus

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:170
embedMənbə:https://olke.az
archiveBu xəbər 29 Yanvar 2026 19:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see347

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see331

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see273

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see265

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see243

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see234

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see222

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see214

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see213

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see210

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see206

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see206

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see202

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see188

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see188

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see182

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see177

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see176

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see168

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri