Icma.az
close
up
RU
İranda paralel strukturlar: Azərbaycana münasibətdə ikili xətt...

İranda paralel strukturlar: Azərbaycana münasibətdə ikili xətt...

Icma.az, Sitat.info saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

İranda paralel strukturlar çoxdur və hərəsinin ağzından bir avaz gəlir. İranın ali dini lideri “Amerikaya ölüm” deyərkən, İran Prezidenti ölkəsinin Amerika ilə əlaqələrində qəbahət görmür, hətta İranın Amerika yatırımları üçün açıq olduğunu bəyan edir. İranın müdafiə naziri və ya baş qərargah rəisi ilə İslam Keşikçiləri Korpusu komandanı arasındakı fərqin də nədən ibarət olduğunu anlamaq çətindir. İranın xarici siyasətini müəyyənləşdirənlərdən də bir-birinə zidd açıqlamalar eşitmək olar. Misal üçün, İranın xarici işlər naziri Abbas Araqçının Azərbaycana hər hansı iradının olduğu barədə məlumat və ya açıqlama yoxdur. Buna baxmayaraq, ali dini liderin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayəti Pakistanın daxili işlər naziri Seyid Möhsün Nəqvi ilə görüşdə rəsmi Bakının xarici siyasətindən gileylənərək deyib ki, “Sizin Azərbaycanla yaxın münasibətləriniz var, lakin qeyd etmək lazımdır ki, Azərbaycan hökuməti İslam dünyasının fikirlərinə zidd olan tədbirlər görür”.

Nədir Azərbaycanın islam dünyasına “zidd siyasəti”? Vilayətinin Azərbaycana iki “iradı” var. Birincisi, Bakı Suriya ilə İsrail arasında vasitəçilik edir və bu Vilayətinin yanlış məntiqinə görə İslam dünyasının mənafelərinə ziddir. Halbuki, Tehran özü də İsraillə müharibəni bitirmək üçün üçüncü dövlətlərin vasitəsilə Təl-Əvivə mesajlar göndərirdi. Əgər Bakının vasitəçiliyi sayəsində İsraillə Suriya arasında gərginlik azalacaqsa, bölgə yeni müharibə təhlükəsindən qurtulacaqsa, bunun nəyi pisdir ki? Məgər bölgədə yeni müharibə İslam aləminin maraqlarına xidmət edir? Əslində Vilayəti bu açıqlamasıyla Suriya-İsrail gərginliyinin İrandakı rejimin maraqlarına cavab verdiyini biruzə vermiş olub. Halbuki, bu gərginlik İranda yaşayan xalqların mənafelərinə uyğun deyil. İrandakı xalqlar milyardlarla dolların nüvə proqramına, proksi qüvvələrə xərclənməsinə deyil, sosial problemlərin həllinə yönəldilməsinin tərəfdarıdırlar. Ancaq Vilayət kimiləri bu az narahat edir. Vilayətinin ikinci “iradı” onadır ki, Azərbaycan İsrailə neft satır, bu da köhnə mahnıdır. Azərbaycan nefti Türkiyənin Ceyhan limanı üzərindən satışa çıxarılır, hansı şirkət uyğun qiymət verirsə, Azərbaycan neftini tankerlərə doldurur və istədiyi ölkəyə satır. Vilayəti bunu çox gözəl bilir, sadəcə, illərdir onda formalaşan anti-Azərbaycan mövqeyi ölkəmiz əleyhinə istənilən saman çöpündən yapışmağa sövq edir.

Azərbaycan torpaqları işğal olunarkən, erməni separatçıları Qarabağda məscidləri dağıdarkən, Vilayəti İranın xarici işlər naziri idi. O zaman ondan “tık” səs çıxmadı, bircə dəfə demədi ki, islam dünyası ermənilərin məscidləri dağıtmasına qarşı səsini çıxarmalıdır. Ancaq elə ki, Azərbaycan ərazilərini işğaldan azad etdi və məscidləri bərpa etməyə başladı, Vilayət kimilər bundan narahat olmağa başladılar. Bu onu göstərir ki, Vilayəti kimilər hər zaman İran-Azərbaycan münasibətlərinin normallaşmasının əleyhinə olacaqlar.

Politoloq Elxan Şahinoğlu,

Sitat.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:193
embedMənbə:https://sitat.info
archiveBu xəbər 16 İyul 2025 12:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see523

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see476

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see369

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see317

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see257

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see253

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see235

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see234

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see231

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see224

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see221

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see218

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see208

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see201

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see199

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see194

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see193

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see188

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see183

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri