Daha bir federasiya ruslara “yaşıl işıq” yandırdı
Icma.az, News24 portalına istinadən məlumatı açıqlayır.
Beynəlxalq Gimnastika Federasiyasının (FIG) İcraiyyə Komitəsi rusiyalı idmançıların beynəlxalq yarışlara buraxılması şərtlərinə yenidən baxıb.
News24.az xəbər verir ki, bu barədə Rusiya Gimnastika Federasiyasının (RGF) mətbuat xidməti məlumat yayıb.
FIG İcraiyyə Komitəsinin iclası iyulun 9 və 10-da İsveçrənin Lozanna şəhərində baş tutub.
Rusiya gimnastlarının qəbulu qaydalarında dəyişikliklər:
– Rusiya idmançıları FIG-in himayəsi altında təkcə fərdi deyil, həm də qrup və komanda yarışlarında yarışa biləcəklər;
– əvvəllər bitərəf statusu almaqdan imtina edilmiş idmançıların ərizələrinə yenidən baxılmaq hüququ olacaq;
– ərizələrə baxılması üçün yeni meyarlar tətbiq edilib və yenilənmiş qaydalara FIG dəqiqləşdirmələri təsdiq edilib – bu, qəbul prosedurunun obyektivliyini artırmalı, əsassız imtina hallarını aradan qaldırmalıdır.
Qeyd olunur ki, yaxın vaxtlarda Rusiya Gimnastika Federasiyası məşqçilər və idmançılarla ərizələrin təkrar təqdim edilməsi prosedurları və Beynəlxalq Gimnastika Federasiyasının yeni tələblərinə uyğunluğu ilə bağlı məsləhətləşmələr təşkil etməyi planlaşdırır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:121
Bu xəbər 12 İyul 2025 11:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















