Daha bir itkin şəhid dəfn olundu Fotolar
Icma.az bildirir, Qafqazinfo saytına əsaslanaraq.
Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş şəhid Rəşadət Piriyev torpağa tapşırılıb.
“Qafqazinfo” xəbər verir ki, şəhidlə keçirilən vida mərasimindən sonra o, Yeni Daşkənd kənd qəbiristanlığında dəfn olunub.
Dəfn mərasimi N saylı hərbi hissənin hərbi orkestrinin müşayiəti ilə təşkil edilib. Şəhidin ruhuna ehtiram əlaməti olaraq yaylım atəşi açılıb. Mərasimdə rayon ictimaiyyətinin nümayəndələri, şəhidin ailə üzvləri, döyüş yoldaşları və hüquq-mühafizə orqanlarının əməkdaşları iştirak ediblər. Şəhidin tabutuna bükülmüş Azərbaycan bayrağı qardaşına təqdim olunub.
Qeyd edək ki, R. Piriyev 1992-ci ildən 701 saylı hərbi hissənin 5-ci Bərdə taborunda xidmət edib. O, Laçın, Ağdam və Kəlbəcər istiqamətlərində gedən döyüşlərdə iştirak edib.
Şəhid 1994-cü ilin fevral ayında Kəlbəcərin Qızılqaya istiqamətində gedən döyüşlər zamanı itkin düşüb. 2025-ci ildə döyüş yoldaşlarının iştirakı ilə aparılan axtarışlar nəticəsində onun nəşi şəhid olduğu ərazidə aşkarlanıb.
Ziya Əmirxanlı









Baxış sayı:137
Bu xəbər 22 May 2026 15:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















