Icma.az
close
up
RU
İtkin şəhid Cəlilabadda dəfn edildi FOTOLAR

İtkin şəhid Cəlilabadda dəfn edildi FOTOLAR

Icma.az, Modern.az saytına istinadən bildirir.

Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Quliyev Mahir Abuzər oğlunun nəşinin qalıqları Cəlilabad rayonunda torpağa tapşırılıb.

Modern.az xəbər verir ki, əvvəlcə şəhidin ailə üzvlərinin yaşadığı evdə vida mərasimi keçirilib. Mərasimdə şəhidin doğmaları, yaxınları, rayon sakinləri, qazilər və ictimaiyyət nümayəndələri iştirak ediblər. Şəhidin xatirəsi ehtiramla anılıb, ruhuna dualar oxunub.

Daha sonra şəhidin nəşinin qalıqları izdihamla rayon qəbiristanlığına gətirilib. Dəfn mərasimində Cəlilabad Rayon İcra Hakimiyyətinin məsul şəxsləri, hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər, şəhid ailələri və çoxsaylı rayon sakinləri iştirak ediblər.

Mərasimdə çıxış edənlər şəhidin Vətən qarşısında xidmətlərindən danışıb, onun xatirəsinin daim əziz tutulacağını bildiriblər.

Şəhidin nəşinin qalıqları yaylım atəşi altında torpağa tapşırılıb, Dövlət Himni səsləndirilib. Şəhidin tabutuna bükülmüş üçrəngli Azərbaycan Bayrağı ailəsinə təqdim olunub.

Qeyd edək ki, Quliyev Mahir Abuzər oğlu 1958-ci il oktyabrın 31-də Cəlilabad rayonunda anadan olub. O, 1992-ci ildə Ağdərə rayonu istiqamətində gedən ağır döyüşlər zamanı itkin düşmüşdü. Uzun illər itkin hesab olunan hərbçimizin nəşinin qalıqları aparılan müvafiq ekspertiza və eyniləşdirmə prosedurlarından sonra müəyyən edilərək ailəsinə təhvil verilib.(AzərTac)

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:144
embedMənbə:https://modern.az
archiveBu xəbər 19 Fevral 2026 17:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see485

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see278

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see263

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see254

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see253

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see253

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see246

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see246

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see238

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see224

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see219

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see218

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see218

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see213

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see211

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see209

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see204

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see198

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see197

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri