Icma.az
close
up
RU
Daha bir kredit qalmaqalı: "Pulunu ödədiyim telefon bağlanıb"

Daha bir kredit qalmaqalı: "Pulunu ödədiyim telefon bağlanıb"

Bakupost saytına istinadən Icma.az xəbər verir.


Paytaxt sakini Mələkxanım Qasımova “Myshops” elektronika mağazasından kreditlə aldığı telefonun ödənişlərini etsə, cihazın bağlandığını və şantaj olunduğunu iddia edir

O, bu barədə Bakupost.az -a şikayətində bildirib.

M.Qasımovanın sözlərinə görə, o, 22 yanvar 2024-cü il tarixində “Myshops” mağazasından iPhone 15 markalı telefonu mağazanın maliyyə işlərinə cavabdeh əməkdaşı Hacı Mütəllimovun zaminliyi ilə kreditlə əldə edib.

Şikayətçinin iddiasına görə, tərəflər arasında şifahi razılaşma 18 aylıq ödənişi nəzərdə tutsa da, kredit müqaviləsi 12 ay müddətinə rəsmiləşdirilib. O bildirir ki, 1 il 4 ay ərzində hər ay 130 manat ödəniş edib və bu müddət ərzində ona heç bir xəbərdarlıq edilməyib:

“Lakin 3 iyun 2025-ci il tarixində Hacı Mütəllimov mənə mesaj yazaraq guya 6 ay gecikməm olduğunu və əgər ödəniş etməsəm, telefonumun bağlanacağını bildirdi. Səbəb kimi isə kredit müqaviləsinin 12 ay müddətinə bağlandığını dedi. Halbuki, əvvəldən 18 ay üçün razılaşdığımızı bildirmişdim".

M.Qasımova deyir ki, bu müddət ərzində nə Hacı Mütəllimov, nə də mağaza tərəfindən gecikmə ilə bağlı ona hər hansı xəbərdarlıq olunmayıb. Onun sözlərinə görə, kreditin şərtləri əvvəlcədən aydın bildirilsəydi, bu razılaşmaya getməzdi:

“Əgər belə bir vəziyyət yaranacaqdısa, niyə əvvəlcədən mənə məlumat verilməyib? Bundan əlavə, Hacı Mütəllimov ödənişi birbaşa ona etməyimi istəyib, axı özüm ödəsəydim ayda 192 manat ödəməli olduğumu görəcəkdim. Halbuki mən əvvəldən bildirmişdim ki, 12 ay ərzində 192 manat ödəyə bilmərəm. Yalnız 18 aylıq şərtlə ödəniş edə bilərəm. Əgər bu mümkün deyilsə, ümumiyyətlə, telefonu götürməyəcəyimi də demişdim.Üstəlik, Hacı Mütəllimova etdiyim son ödənişi o, mağazaya köçürməyib. Nəticədə, hazırda “Myshop” mağazasına 1261 AZN borcum qaldığı iddia olunur. Bu isə mənim etibarımın sui-istifadə olunması və aldadılaraq telefonun faktiki olaraq əlimdən alınması deməkdir. Mən ödənişi etdiyim halda vəsait mağazaya köçürülməyib və telefonum bağlanıb. Mövzunu sosial mediada işıqlandırdıqda isə Hacı Mütəllimov tərəfindən vatsap üzərindən şantaj olunmuşam".

Məsələ ilə bağlı Hacı Mütəllimov ilə əlaqə saxladıq.O, Bakupost.az -a açıqlamasında M.Qasımovanın iddialarını təkzib etdi:

"Bunlar yanlış məlumatlardır. Onu məhkəməyə verəcəyəm. Hətta onun mənə 1261 manat şəxsi borcu da var. Bizdə yazışmalar durur. Söz vermişdi ki, mart ayında bitirəcək. Mart ayı oldu aprel ayı, may, iyun ayı... Zəng edirdim, telefonu açmırdı. Mən də bizim kredit əməkdaşlarına dedim, telefonu açmır, onun telefonunu bağlayın. Ona bildiriş gedib. Bildiriş gedən və telefonu bağlanan kimi mənə pul göndərdi. Mən də hazırda ölkədə yoxam.

Hətta gecikməsi olduğu üçün kredit şöbəsindən onu yığırdılar. Mən dedim ki, o mart ayına bağlayacaq. Yazışmalarımız var, demişdi ki, "mənim sıxıntılarım var, mart ayına kimi bağlayacam." Dedim, tamam, eybi yoxdur, gözləyərik. Ona heç bir faiz ödənişi-filan gəlməyib. Sadəcə ödənişi etməliydi, etmədi. Ona görə onun telefonu bağlandı. Sonra başladı bizim şirkət və mənim haqqımda orda-burda yazmağa. Bunlarla bağlı tədbir görəcəm, sadəcə indi ölkədə yoxam. Onun dedikləri əsassız iddialardır, heç bir sənədi, sübutu yoxdur.”

H.Mütəllimov əlavə edib ki, kreditin gecikməsi ilə bağlı vətəndaşa dəfələrlə zəng olunub və onun xahişi ilə zamin durduğunu bildirib:

“Deyir, mənə zəng olunub bildirilməyib, halbuki neçə dəfə ona zəng edilib. Sonra mən ortaya girdim ki, mənim tanışımdır, eybi yoxdur. Onsuz da ona kredit vermirdilər, yalvarırdı ki, mənə kredit verin. Bir adam var, ortaq tanışımızdır. O, məndən xahiş etdi, dedim, tamam, köməklik göstərək. Ödənişi müəyyən müddət 100-120 manat olmaqla az-az edirdi, gecikməyə düşürdü. Onun bizdən qabaq da kredit gecikməsi var idi, heç kim ona kredit vermirdi. Ona görə mən zamin durdum, öhdəliyimə götürdüm. Sonra bu mənlə prinsipə düşdü. Amma halbuki zəng edirdim, telefonumu götürmürdü."

Məsələ ilə bağlı “Myshops” elektronik mağazası ilə də əlaqə saxladıq. Mağazanın hüquq departamentinin direktoru İlqar Mahmudov Bakupost.az -a açıqlamasında bildirib ki, M.Qasımova əvvəllər onların ofisində çalışıb və telefon kreditini ödəməkdə çətinlik çəkib:

"Hacı bəyə xahiş edib ki, sən ödə, mən sonra verərəm. İndi bu xanım özü əl-ayağa düşüb. 22-ci polis bölməsinə də şikayət edib. Həmin bu yoldaş da yoxdur, Avropadadır, axşam gələcək. O xanımın onda yazışmaları, sözləri var. Bizdə 1 ildən artıq kredit yoxdur. Ya 6 ay var, ya 1 il var. Yəni bizdə 18 ay kredit yoxdur. O ki, qaldı H.Mütəllimovun xanımın son ödənişini mağazaya verməməsinə, bu, həyatı boyu ola bilməz.”

İ.Mahmudov qeyd edib ki, tərəflər arasında yaranmış problemin həlli üçün polisə məlumat verilib:

“İndi polis də yığmışdı, dedim gözləyin, Hacı bəy gəlsin, üzbəüz oturun, söhbət edin. Bu xanım Allah deyil ki, hər şeyi düzgün danışsın."

Lalə Novruz,

BakuPost


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:90
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 11 İyun 2025 17:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see660

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see275

Vasif Məhərrəmli Elarizin adının Epşteyn dosyesində çəkilməsindən danışdı Açığı deyim ki...

02 Fevral 2026 16:42see250

Keçmiş həbsxana rəisinin iylənmiş meyiti tapıldı YENİLƏNİB

02 Fevral 2026 19:40see229

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see219

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see210

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see187

Nikosayağı həmin paylaşımını da sildi VİDEO

02 Fevral 2026 10:36see187

Bakıda özünü 17 mərtəbədən atan qızın anası DANIŞDI TƏFƏRRÜAT VİDEO FOTO

02 Fevral 2026 05:25see183

Müharibə bölgəsindən qaçan və sığınacaq axtaran şəxslər ilk fürsətdə qonşu ölkələrə axın edir, orada məskunlaşırlar

02 Fevral 2026 15:03see170

Gənclər Fondu süni intellekt üzrə təqaüd proqramı elan edib

01 Fevral 2026 20:04see166

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see159

Natiq Cəfərli: “Gürcüstanda benzin ucuzlaşır, çünki dövlətdən yox, bazardan asılıdır”

03 Fevral 2026 13:42see155

Tahir Salahovun ev muzeyində START layihəsi çərçivəsində sərgi keçirilib

03 Fevral 2026 02:50see153

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see151

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see146

Bakı Quba magistralında ağır qəza olub

02 Fevral 2026 00:47see146

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see145

Bakıda 15 yaşlı qız atasını bıçaqladı

03 Fevral 2026 01:51see139

Mallar gömrükdə qalıb: “Temu” Azərbaycan bazarından çıxır?

02 Fevral 2026 14:52see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri