Icma.az
close
up
RU
Daha bir müharibə başladı Bizi nə gözləyir?

Daha bir müharibə başladı Bizi nə gözləyir?

Demokrat.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Pakistan ilə Əfqanıstan arasında dünəndən başlayan silahlı qarşıdurma qısa müddətdə tammiqyaslı müharibə mərhələsinə keçib. Pakistanın müdafiə naziri Khawaja Asif İslamabadın Əfqanıstanda hakimiyyətdə olan Taliban hökumətinə qarşı “açıq müharibə” elan etdiyini bəyan edib. Nazir tərəflər arasında artıq qanlı toqquşmaların başladığını və Pakistan ordusunun genişmiqyaslı əməliyyatlara hazır olduğunu vurğulayıb. Son həftələrdə Əfqanıstan ərazisində yerləşdiyi iddia edilən silahlı qrupların Pakistanda hüquq-mühafizə orqanlarına qarşı həyata keçirdiyi hücumlar vəziyyəti daha da gərginləşdirib. Buna cavab olaraq Pakistan Əfqanıstan ərazisində bir sıra hədəflərə hava zərbələri endirib. Taliban isə Durand xətti boyunca bir neçə istiqamətdə əməliyyatlara başladığını açıqlayıb.
Politoloq Zeynal Əmrəliyev Demokrat.az-a açıqlmasında deyib ki, Pakistan və Əfqanıstan arasında baş verən qarşıdurmanın əsas səbəblərindən biri Əfqanıstanda hakimiyyətdə olan Taliban hərəkatının ideoloji və siyasi ambisiyaları ilə əlaqələndirilir:
“Taliban yalnız Əfqanıstanda hakimiyyət qurmaqla kifayətlənməyən, daha geniş miqyasda “İslam əmirliyi” modeli formalaşdırmaq iddiası ilə çıxış edən hərəkat kimi qiymətləndirilir. Tarixi baxımdan Talibanın təşəkkül prosesi Pakistan ərazisində əsasən dini məktəblərdə təhsil almış tələbələr arasında formalaşıb və 1990-cı illərdə Əfqanıstandakı vətəndaş müharibəsi fonunda siyasi-hərbi qüvvə kimi meydana çıxıb. Eyni zamanda, Pakistan daxilində fəaliyyət göstərən və “Pakistan Talibanı” kimi tanınan Tehrik-i-Taliban Pakistan (TTP) adlı silahlı qruplaşma da mövcuddur. Bu təşkilat 2007-ci ildə Pakistanın keçmiş baş naziri Benazir Bhutto-nun sui-qəsd nəticəsində qətlə yetirilməsinə görə məsuliyyəti üzərinə götürmüşdü. Həmin dövrdə təşkilata Baitullah Mehsud rəhbərlik edirdi”.
O bildirib ki, hazırda Əfqanıstanda Talibanın hakimiyyətə qayıdışından sonra regionda ideoloji təsir və təhlükəsizlik balansı məsələsi yenidən aktuallaşıb:
“Rəsmi İslamabad hesab edir ki, TTP-nin Əfqanıstan ərazisində mövcudluğu və fəaliyyət imkanları Pakistanın daxili sabitliyi üçün təhdid yaradır. Pakistanın güclü və institusional orduya malik olması, eləcə də möhkəm siyasi sisteminin mövcudluğu Talibanın birbaşa siyasi hakimiyyət iddiasını reallaşdırmasını çətinləşdirən əsas amillər kimi göstərilir. Mövcud qarşıdurma genişmiqyaslı müharibədən daha çox lokal və təhlükəsizlik yönümlü toqquşmalar formatında qalacaq. Ümumilikdə, tərəflər arasındakı gərginliyin uzunmüddətli regional sabitliyə təsiri, eləcə də bunun hansı ssenari üzrə inkişaf edəcəyi yaxın dövrdə Cənubi Asiyanın əsas geosiyasi məsələlərindən biri olaraq qalır”.
Leyla Turan
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:118
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 27 Fevral 2026 16:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see379

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see310

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see309

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see269

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see253

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see205

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see198

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see185

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see184

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see183

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see175

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see172

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see171

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see170

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see169

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see168

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see167

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see167

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see167

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri