Icma.az
close
up
RU
Yeni ildə bizi nə gözləyir? Müharibə, devalvasiya, yoxsa?..

Yeni ildə bizi nə gözləyir? Müharibə, devalvasiya, yoxsa?..

GlobalInfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

2025-ci ilin gəlməsinə saylı günlər qalır. İnsanları daha çox siyasi, hərbi, iqtisadi sahədə baş verə biləcək hadisələr maraqlandırır. Yeni ildə bizi nə gözləyir? Müharibə, devalvasiya, yoxsa sabitlik, sülh?

Globalinfo.az-a danışan iqtisadçı Elçin Qurbanov 2025-ci ildə devalvasiyanın gözlənilmədiyini deyib.

O, hökumətin lazımi addımlar atdığını vurğulayıb:

Elçin Qurbanov

“Dünya bazarında Azərbaycan neftinin bareli üç gündür ki, bahalaşır. Belə ki, 0,83 faiz bahalaşaraq 76,54 ABŞ dollar təşkil edib. Devalvasiyanın olması üçün partlayış doğuran hadisə baş verməyib. Hazırda hökumət devalvasiyanın qarşısını ala biləcək ehtiyatlara və vasitələrə malikdir”.

Məsələnin siyasi tərəfini şərh edən siyasi şərhçi Yusif Bağırzadənin sözlərinə görə, 2025-ci ilin ilk siyasi hadisəsi sözsüz ki, bələdiyyə seçkiləri olacaq:

“Bu il ilk dəfə olaraq bələdiyyə seçkiləri 685 bələdiyyə vahidində keçiriləcək. Məlumdur ki, bu istiqamətdə qanunvericiliyə dəyişiklər edildi və kiçik bələdiyyələrin birləşdirilməsi yolu ilə bələdiyyələrin sayı azaldıldı. Bu məqam təbii ki, bələdiyyələrin işinə öz təsirini göstərəcək, problemlərin daha tez həlli üçün real imkanlar verəcək. Dünyada cərəyan edən siyasi proseslərin dolayısı ilə Azərbaycana da təsirlərini nəzərə alaraq demək olar ki, ABŞ-da Donald Trampın andiçməsindən sonra Ağ evin Cənubi Qafqaz siyasətində baş verə biləcək yanaşma da Azərbaycan-ABŞ münasibətlərində müsbət istiqamətdə dəyişikliklərə səbəb ola bilər”.

Yusif Bağırzadə

Y.Bağırzadə deyib ki, Türkiyənin sabiq XİN rəhbəri və ölkənin BMT yanında keçmiş daimi nümayəndəsi Feridun Sinirlioğlunun ATƏT-in yeni Baş katibi seçilməsi də 2025-ci ildə ATƏT və Azərbaycan arasında mövcud olan gərginliyin aradan qaldırılması üçün yeni imkanlar açır:

“Siyasi sahədə ən böyük gözlənti təbii ki, Azərbaycan və Ermənistan arasında aparılan danışıqlar prosesi ilə bağlıdır. Düşünürəm ki, yeni ilin ilk aylarında delimitasiya və demarkasiya prosesinin sürətlənməsi və hələ də anklavda olan kəndlərimizin geri qaytarılması ilə bağlı atılacaq addımlara da şahidlik edəcəyik”.

Siyasi şərhçi son olaraq onu da qeyd edib ki, hazırda istər dünyada, istərsə də regionda hadisələr elə sürətlə inkişaf edir ki, hər an yeni situasiyalarla üz-üzə qalmağımız mümkündür.

Hərbi ekspert Cəlil Xəlilov 2025-cildə üzləşəcəyimiz hərbi hadisələr haqda danışıb. O deyib ki, Azərbaycan ordusu dünya ölkələri sırasında 29-cu yerdədir:

“Ordumuzun gələn ilə olan planı genişmiqyaslıdır. Həm təlimlərin keçirilməsi, həm ordunun təminatı ilə bağlı yeniliklər olacaq, həm də orduda xidmət edən zabit və əsgərlərin sosial şəraitinin yaxşılaşdırılması gözlənilir. Bir sözlə, yenilənmə işləri baş tutacaq. Əsasən də ordunun yüksək hazırlığa malik olması, dünyada gedən proseslər və Ermənistanın silahlanması ilə bağlıdır. Bütün bunlar Azərbaycanı məcbur edir ki, o, daha yüksək hərbi gücə malik olsun. Ona görə də bu sahədə geniş işlər görülür”.

Cəlil Xəlilov

Hərbi ekspert deyib ki, ordunun gələcəkdə də güclənməsi üçün ölkə başçısının xüsusi tapşırıqları var:

“Ali Baş Komandanın xüsusi tapşırıqlarının həyata keçməsi üçün böyük işlər görüləcək. Bildiyiniz kimi, parlamentdə yaxın vaxtlarda büdcə ilə bağlı qərar təsdiq edildi. Ordu büdcəsinin təsdiqlənməsi onu göstərir ki, gələcəkdə böyük layihələr həyata keçiriləcək”.

C.Xəlilov 2025-ci ildə sülh müqaviləsinin imzalanması məsələsinə də toxunub:

“17 bənddən ibarət olan sülh müqaviləsinin demək olar ki, çoxu razılaşdırılıb. Bir-iki məqam qalıb. Fikrimcə, Ermənistan artıq addım atmalıdır. Onlar da qonşuluq münasibətlərini bərpa etmək, diplomatik, humanitar əlaqələr qurmaq istəyirlər. Eyni zamanda Ermənistan sülhə imza atmalıdır ki, Qafqazda dayanıqlı sülh yaransın, bir daha münaqişə olmasın”.

Zaira Akifqızı
Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:200
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 12 Dekabr 2024 19:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see356

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see325

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see316

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see316

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see301

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see287

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see283

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see266

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see257

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see248

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see247

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see238

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see228

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see221

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see211

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see198

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see192

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see191

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see183

Azərbaycan Esvatiniyə təxminən 100 milyon dollar investisiya yatırmağı planlaşdırır

09 Noyabr 2026 21:18see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri