Daha bir neçə futbolçu transfer etmək istəyirik, lakin... Cavid Heseynov
Icma.az, Footbal-plus saytına istinadən bildirir.
"Səbail" Misli premyer-liqasının 19-cu tur matçında "Sumqayıt"ın meydanından qələbəylə ayrıldı - 2:0.
"Football-plus.az" xəbər verir ki, "dənizçilər"in baş məşqçisi Cavid Hüseynov oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavabladı.
- Mövsümün ikinci yarısının ilk matçını geridə qoyduq. Turnir cədvəlində təhlükəli pillədəyik. Komandamda ümidverən futbolçular var. Bu gün oyunumuz yaxşı alındı. Qış fasiləsindən maksimum yararlanmağa çalışdıq. Çox şükür, istədiyimiz qələbəni qazana bildik.
- Sizcə, rəqibi hansı komponentlərdə üstələdiz?
- Daha təmkinli çıxış etdik. Həmçinin müdafiə xəttində səhvlərə yol vermədik.
- Heyət komandanı premyer-liqada saxlamaq üçün yetərlidimi?
- Düzü, daha bir neçə futbolçu transfer etmək istəyirik. Lakin maddi durumla əlaqədar sıxıntılar var. Alınıb-alınmayacağını demək çətindi. O bəllidi ki, güclənməliyik.
- Meydana başqa qapıçıyla çıxdız. Bunun xüsusi səbəbi varmı?
- Bütün oyunlarda Hüseynəli Quliyevə şans vermişik. "Araz-Naxçıvan"la yoxlama matçında Əlirzanı da sınadıq. Məncə, bütün futbolçular şans qazanmalıdı. Əlirza özünü yaxşı tərəfdən göstərdi. Bütün futbolçularımıza inanırıq.
KƏNAN BAHADIR
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:125
Bu xəbər 18 Yanvar 2025 21:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















