Icma.az
close
up
RU
“Daha bir iki futbolçu transfer etmək istəyirik” Azər Məmmədov

“Daha bir iki futbolçu transfer etmək istəyirik” Azər Məmmədov

Qol.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Daha bir-iki futbolçu transfer etmək istəyirik” - Azər Məmmədov

Misli Premyer Liqasında 2026/27 mövsümünün ilk turu çərçivəsində "Kəpəz" "Sabah"a 0:2 hesabı ilə məğlub olub.

QOL.az xəbər verir ki, bölgə təmsilçisinin baş məşqçisi Azər Məmmədov oyundan sonra keçirilən mətbuat konfransında oyun barədə fikirlərini bölüşüb və jurnalistlərin suallarını cavablayıb.

Mövsümə məğlubiyyətlə başladınız. İlk oyunda çempionatın güclü komandalarından biri olan “Sabah”la qarşılaşdınız. Matçı necə dəyərləndirirsiniz?

- İlk növbədə, çempionatın başlaması münasibətilə bütün futbol ictimaiyyətini və sizi də təbrik edirəm. Əlbəttə, hazırda çempionatımızın ən yaxşı komandalarından birinə qarşı oynayırdıq. İstənilən halda hər bir komanda ilə qarşılaşmalıyıq. Bizim bəxtimizdən ilk turda “Sabah”la oynadıq.

Futbolçularımıza təşəkkür etmək istəyirəm. “Sabah”ın çox güclü komanda olmasına baxmayaraq futbolçularımız çəkinmədilər. Meydanda çalışdılar ki, özlərini yaxşı tərəfdən göstərsinlər. Ümumiyyətlə, komandamdan, futbolçularımdan razıyam. Bu oyuna görə onlara təşəkkür edirəm. Çempionat uzun marafondur, qarşıda hələ çox oyunlarımız var. İnşallah, hər şey yaxşı olar".

- “Kəpəz”ə qayıdışınızdan sonra komandaya yeni futbolçular qoşuldu. Ümumi potensialı necə dəyərləndirirsiniz?

- Bilirsiniz ki, hər klubun müəyyən büdcəsi var və komanda həmin büdcəyə uyğun komplektləşdirilir. Bizim də müəyyən büdcəmiz var. Rəhbərliklə birlikdə çalışdıq ki, həmin imkanlardan maksimum yararlanaq. Düşünürəm ki, bundan pis istifadə etməmişik. Hələlik transferlərimizdən narazılığımız yoxdur. İnşallah, gələcək göstərəcək ki, etdiyimiz transferlər bizim üçün nə dərəcədə uğurlu alınıb.

- “Kəpəz” üçün transferlərin başa çatdığını deyə bilərik, yoxsa hələ yeni futbolçuların cəlb olunması planlaşdırılır? Hansı mövqelərə oyunçu axtarırsınız?

- Düşünürük ki, daha bir-iki mövqeyə, xüsusilə hücum xəttinə futbolçu transfer edək. Bu, yerli futbolçu da ola bilər. Düzdür, hazırda yerli futbolçu tapmaq bir qədər çətindir. Ona görə də digər istiqamətlərə də müraciət edəcəyik. Hücum xəttinə bir-iki futbolçu cəlb etmək istəyirik.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:119
embedMənbə:https://qol.az
archiveBu xəbər 15 Avqust 2026 23:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see401

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see379

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see358

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see344

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see340

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see318

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see301

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see232

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see226

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see225

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see221

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see220

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see215

Dərmanlar da icbari tibbi sığortaya daxil edilir Kimlər faydalanacaq?

20 Noyabr 2026 22:21see210

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see204

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see204

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see201

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see201

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see201

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri