Daha bir nəfər qeyri etik hərəkətləri ilə məşhur həkimin qurbanı olub VİDEO
Bakivaxti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
"Dr.Gülü" kimi tanınan Gülbadə Abdullayevadan yenidən şikayət var.
Bakıvaxtı.az xəbər verir ki, pasiyent Babayeva İnci Həsən qızı "Büllur" klinikasında üzgərdirmə əməliyyatından sonra problemlərlə rastlaşdığını bildirib.
Onun sözlərinə görə, Gülbadə Abdullayevanın əməliyyatından sonra üz sinirləri zədələnib, ağrıları güclənib. İ.Babayeva həkimin qəbuluna düşə bilmədiyini deyir. O, əməliyyatdan sonra üz tikişlərinin ümumiyyətlə bağlanmadığını bildirib.
Qeyd edək ki, diplomu və lisenziyası olmayan Gülbadə Abdullayeva "estetik cərrah" kimi fəaliyyətini davam etdirir. Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzindən bildirilmişdi ki, Abdullayeva Gülbadə Əlqismət qızının adı tibb işçilərinin vahid reyestrində mövcud deyil və tibbi fəaliyyətlə məşğul olmaq səlahiyyəti yoxdur. "Dr Gülü " kimi tanınan G.Abdullayeva xəstələrin üzərində qeyri-etik hərəkətləri ilə də tanınır. Dəfələrlə onunla bağlı şikayətlər səsləndirilsə də, hələ ki heç bir hüquqi addım atılmayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:155
Bu xəbər 19 İyun 2026 18:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















