Abort zamanı vəfat edən Yeganə həkimin qurbanı olub? VİDEO
Redaktor.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Şəmkirdə abort zamanı həyatını itirən qadının yaxınları danışıblar.
Redaktor.az xəbər verir ki, mərhumun yaxınları 35 yaşlı Yeganə Əhmədovaya tibbi yardımın vaxtında göstərilmədiyini iddia edirlər.
Onların sözlərinə görə, Şəmkir şəhər sakini hamiləliyini sonlandırmaq məqsədilə rayon ərazisində yerləşən özəl tibb müəssisəsinə müraciət edib. Burada terapevtik və cərrahi müdaxilələr aparılıb. Lakin prosedur zamanı qadının vəziyyəti ağırlaşıb və o, Şəmkir Rayon Mərkəzi Xəstəxanasına aparılıb.
Mərhumun ailəsi iddia edir ki, xəstə bir tibb müəssisəsindən digərinə yönləndirilib, lakin vaxtında lazımi yardım göstərilməyib. Onların sözlərinə görə, qadının vəziyyəti ağırlaşdıqdan sonra qan köçürülməsinə ehtiyac yaranıb.
Yaxınları həkimlərin müdaxiləsinin gecikdiyini və ölüm hadisəsində tibbi səhlənkarlıq olduğunu düşünürlər.
Ətraflı Xəzər TV-nin süjetində:
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:23
Bu xəbər 22 Noyabr 2026 12:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















