Icma.az
close
up
RU
Daha bir nümunəvi ənənənin əsası qoyuldu

Daha bir nümunəvi ənənənin əsası qoyuldu

Icma.az bildirir, Turkstan.az saytına əsaslanaraq.

CASCFEN sədrindən rəhbər heyətə, tərəfdaşlara və dəstəkçilərə təşəkkür

BAYRAQDAR MEDİA – İdarəçilik modeli və fəaliyyəti dövründə formalaşdırdığı müsbət ənənələri ilə seçilən “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” (CASCFEN) İctimai Birliyi daha bir nümunəvi ənənənin əsasını qoyub. Təşkilatın yenidən seçilən sədri, Əməkdar jurnalist Nadir Azəri ötən hesabat dövründə CASCFEN-in fəaliyyətinə töhfə vermiş şəxslərə, təşkilatın rəhbər strukturlarında təmsil olunmuş üzvlərə, regional nümayəndələrə, sədrin müşavirlərinə, həmçinin mediaya, səfirliklərə, tərəfdaş qurumlara və dəstəkçilərə təşəkkür məktubu ünvanlayıb.

CASCFEN-in Mətbuat xidmətindən verilən məlumata görə, məktubda qeyd olunub ki, son iki il ərzində təşkilatın inkişafı, fəaliyyət coğrafiyasının genişlənməsi və beynəlxalq əlaqələrinin möhkəmləndirilməsi istiqamətində mühüm işlər görülüb. Bu fəaliyyətlərdə xüsusi xidmətlərinə görə İdarə Heyətinin, eləcə də Nəzarət-Təftiş Komissiyasının ötən dövrdəki üzvlərinin xidmətləri yüksək qiymətləndirilib.

Təşəkkür məktubunda CASCFEN-in regionlarda təşkilatlanmasına verdikləri töhfələrə görə Naxçıvan və Quba–Xaçmaz iqtisadi rayonu üzrə təmsilçiliklərinin rəhbərlərinin fəaliyyəti ayrıca vurğulanıb. Həmçinin Güney Azərbaycan, Türkiyə ilə əlaqələr, Beynəlxalq təlim proqramları və təhsil layihələri, eləcə də Orta Asiya ölkələri, Yaxın Şərq ölkələri ilə əlaqələr üzrə müşavirliklərin fəaliyyəti yüksək dəyərləndirilib.

Bundan başqa Nadir Azəri məktubunda Azərbaycan Respublikası QHT-lərə Dövlət Dəstəyi Agentliyinə, müxtəlif dövlət təşkilatları və özəl qurumlara, Türkiyənin, Qazaxıstanın, Kuzey Kıbrıs Türk Cümhuriyyətinin Azərbaycandakı səfirliklərinə, CASCFEN-in dostu olan Azərbaycanın millət vəkillərinə, təşkilatın fəaliyyətini işıqlandıran Azərbaycanın və digər türk dövlətlərinin media qurumlarına, eləcə də İctimai Birliyin yerli və beynəlxalq tərəfdaşlarına göstərdikləri dəstəyə görə minnətdarlığını ifadə edib.

Məktubda eyni zamanda, Türkiyəninın Daşkənddəki Səfirliyinin mətbuat müşaviri Prof. Dr. Mehmet Yüce, Türkiyənin Azərbaycandakı keçmiş səfiri Hulusi Kılıç və Türkiyənin Azərbaycandakı sabiq hərbi attaşesi, ehtiyatda olan general Dr. Yücel Karauz başda olmaqla Türk dünyasının dəyərli ziyalılarına, həmçinin, CASCFEN-in rəsmi xarici tərəfdaşları olan Türkiyənin Diplomatiya və Strateji Araşdırmalar Mərkəzinə və İzmir Azərbaycan Dərnəyinə, o cümlədən təşkilatla əməkdaşlıq edən Eskişehir Azərbaycanlılar Dərnəyi, Azərbaycan-Kıbrıs Dostluq Cəmiyyəti, TADEF, Manisa Azərbaycan Mədəniyyət və Həmrəylik Dərnəyinə xüsusi təşəkkür ifadə olunub.

Məktubun sonunda bildirilib ki, qarşıdakı dövrdə də Türk dünyasında həməryliyin daha da gücləndirilıməsi, həmçinin qarşılıqlı etimad, dostluq və ortaq dəyərlər əsasında əməkdaşlığın daha da genişlənməsi istiqamətində birgə fəaliyyət davam etdiriləcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:98
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 22 İyun 2026 18:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see368

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see353

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see312

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see278

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see261

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see228

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see218

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see215

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see213

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

20 Oktyabr 2026 05:49see199

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see193

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see192

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see183

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see182

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see181

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see181

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see177

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see176

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see176

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri