Müasirliklə ənənənin harmoniyası FOTOREPORTAJ
Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Bakı, 23 yanvar, Azər İbrahimov (foto), Süleyman Qaradağlı, AZƏRTAC
Bu yerlər uzun illər paytaxtın ən çirkli və üfunətli ərazilərindən biri kimi tanınıb. Neft sənayesi tullantıları və gölməçələrin çoxluq təşkil etdiyi ərazinin “Qara şəhər” adlandırılması tamamilə təbii idi.
On beş il əvvəl Bakının çirkablarla örtülü və sakinlərin həmin yerlərdən keçəndə xoşagəlməz qoxunu hiss etməmək üçün çox vaxt burunlarını tutduğu ərazidə yeni bir layihə uğurla həyata keçirilir. Ekoloji cəhətdən təmiz, dayanıqlı və “ağıllı şəhər” prinsipləri əsasında həyata keçirilən layihə əsasında inşa edilən ərazi dünya miqyasında nadir ekoloji layihəyə, müasir yaşayış massivinə çevrilib. İndi “Bakı Ağ şəhər” paytaxtın iş, yaşayış və istirahət üçün ən müasir, gözəl və yaraşıqlı məkanıdır.
Burada memarlıq və dizayn müasirliklə ənənənin harmoniyasına əsaslanır. Fasadlar və ictimai məkanlar şəhərin tarixi ruhunu əks etdirir, eyni zamanda, funksionallığı ilə seçilir. Ərazidə velosiped yolları və geniş piyada zonaları salınır. Bu, ekoloji nəqliyyat vasitələrinin istifadəsini təşviq edir və şəhər sakinlərinin sağlam həyat tərzini dəstəkləyir. Yaşayış məhəllələri arasında parklar, göllər və rekreasiya zonaları yaradılır. Bu, həm şəhərin havasının təmizlənməsinə, həm də sakinlərin rifahının yüksəlməsinə kömək edir.
Yaşayış məhəllələri arasında parklar, göllər və rekreasiya zonaları yaradılır. Yeni biznes mərkəzləri, ticarət zonaları və yaşayış kompleksləri, inşa edilən məktəblər, uşaq bağçaları və səhiyyə mərkəzləri gözəlliyi və baxımlılığı ilə göz oxşayır. Yeni ictimai məkanlar və parklar sakinlərin bir araya gəlməsinə imkan yaradır. Yeni istifadəyə verilən Zaman meydanı 8 min kvadratmetrə yaxın ərazini əhatə edir. Gözəl landşaft və fəvvarələr kompleksi ilə diqqəti cəlb edən meydanda bir çox yerli və xarici sənətkarların əsərləri nümayiş olunur. Buradakı piyada körpüsü yeni yaşayış massivinə gözəllik və rahatlıq bəxş edir. Körpünün uzunluğu 234 metr, eni 7-13 metrdir. Körpüdə quraşdırılan eskalator və liftlər metronun yeni "Ağ Şəhər" stansiyasına keçidi təmin edəcək.
Ağ şəhərdəki dairədən Babək prospektinə qədər dördzolaqlı yol yenidən qurulub. Hazırda Süleyman Vəzirov küçəsini Babək prospekti ilə birləşdirən, eni 32 metr olan iki əlavə yol qovşağının tikintisi işləri davam etdirilir. Həmin küçə boyu piyadaların rahat hərəkəti üçün eni 7 metr olan geniş səkilər salınıb, ağac və gül kolları əkilib, yerüstü piyada keçidləri, elektrik avtomobilləri üçün enerjidoldurma məntəqəsi, yanacaqdoldurma məntəqəsi və digər zəruri infrastruktur yaradılıb.
Vətən müharibəsindəki Qələbəyə həsr edilən “Qarabağ atları” heykəltaraşlıq kompleksində 7 at heykəli var.
AZƏRTAC-ın fotomüxbirinin lentə aldığı kadrlar da “Bakı Ağ şəhər”in paytaxtın sosial simasının ən füsunkar naxışlarından biri olduğunu göstərir. Burada tikinti, abadlıq və quruculuq işləri uğurla davam edir. Ərazisi 31 hektar olan Babək kvartalında yeni park, məktəb binası, metronun bənövşəyi xəttində yeni stansiya, sərnişinlərin rahat hərəkəti üçün böyük nəqliyyat qovşağı, həmçinin çoxfunksiyalı qeyri-yaşayış, ictimai və yaşayış binalarının inşası planlaşdırılır. Ərazidə kafelər, uşaq oyun meydançası və digər sosial infrastruktur yaradılacaq. Bundan başqa, yaxınlıqda 2, 3, 6, 8 və 20 mərtəbəli binalar tikiləcək.
Hər gün simasına yeni naxışlar vurulan “Bakı Ağ şəhər” yaşayış kompleksi “Memarlıq və şəhərsalma” ilində paytaxtın sosial xəritəsinə gözəllik bəxş edir. Burada çəkilən yol, tikilən hər bina, əkilən hər gül kolu və ağac xüsusi zövqlə seçilir və müasir paytaxtın gözəllik xəritəsinə füsunkarlıq və cazibədarlıq gətirir...
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:21
Bu xəbər 27 Yanvar 2026 13:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















