Daha bir ölkədə yeniyetmələrə sosial media qadağası gətirilir
Yeniavaz portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Cənubi Koreya hakimiyyəti 14 yaşdan kiçik uşaqların sosial mediadan istifadəsini qadağan etməyi nəzərdən keçirir.
Yeniavaz.com “Yonhap” agentliyinə istinadla xəbər verir ki, bunu Cənubi Koreya Kütləvi Kommunikasiya və İnformasiya Texnologiyaları Komissiyasının sədri Kim Çon Çxol açıqlayıb.
Qadağaya görə, 14 yaşdan kiçik uşaqların sosial media hesabları yaratması məhdudlaşdırılacaq. Həmçinin, 14 yaşdan yuxarı (xüsussilə 19 yaşa qədər) yeniyetmələrin isə bu cür platformalardan istifadəsinə hədd qoyulacaq.
Kim Çon Çxol qeyd edib ki, parlamentdə yetkinlik yaşına çatmayanların sosial mediadan istifadəsinə dair təxminən yeddi qanun layihəsi təklif olunub.
Rəsmi şəxs əlavə edib ki, qanun layihələri hazırlanarkən yeniyetmələr üçün gecə vaxtı onlayn oyunların qadağan edilməsi ilə bağlı məsələ də nəzərə alınıb. Belə ki, Cənubi Koreya 2011-ci ildə 16 yaşdan kiçik şəxslərin gecə saat 00:00-la səhər saat 06:00 arasında onlayn oyun oynamasını qadağan edən qanun qəbul edib. “Yonhap” agentliyinin məlumatına görə, 2022-ci ilin yanvar ayında bu qanun oyun sənayesinə mənfi təsir göstərdiyi və insanların əsas hüquqlarını pozduğu üçün ləğv edilib.
Bu mövzuda digər xəbərlər:Daha bir ölkədə hicab qadağası
31 Yanvar 2025 09:21
Bu ölkədə uşaqlara sosial media və AI qadağası gündəmdədir
28 Aprel 2026 05:28
Qanun layihəsi təsdiqləndi: Bu ölkədə sosial media qadağası qüvvəyə mindi
29 Noyabr 2024 14:55
Bu ölkədə də uşaqlara sosial şəbəkə qadağası olacaq
16 İyul 2026 13:55
Bu ölkədə uşaqlara sosial şəbəkə qadağası rədd edildi
18 Avqust 2026 21:02
Baxış sayı:160
Bu xəbər 16 İyul 2026 17:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















