Icma.az
close
up
RU
Daha bir ölkədə hicab qadağası

Daha bir ölkədə hicab qadağası

Icma.az, News24 portalına istinadən məlumat yayır.

Mərkəz-sağ Xalq Partiyasından (ÖVP) olan Aşağı Avstriya əyalətinin prezidenti Mikl-Leitner, dövlət başçısının müavini Udo Landbauer ilə mətbuat konfransında, dövlət sərhədləri daxilində "siyasi İslamla mübarizə" çərçivəsində atılacaq addımları sadalayıb.

News24.az TRT-yə istinadən xəbər verir ki, Mikl-Leitner uşaq bağçaları, ibtidai məktəblər və dövlət qurumlarında tətbiq olunacaq yeni qaydalara toxunarkən, uşaq bağçaları və ibtidai məktəblərdə uyğunlaşmaq istəməyən ailələrin olduğunu iddia edib.

Bəzi valideynlərin əl sıxmaqdan çəkindiyini, qızlarını üzgüçülük dərslərinə göndərmədiyini bildirən Mikl-Leitner uşaq bağçalarında məcburi valideyn yığıncağı keçiriləcəyini və bu görüşlərə gəlməyən ailələrin 2500 avroya qədər cərimələnəcəyini, eyni zamanda, sözügedən ailənin uşaqları da məktəbdən xaric edilə biləcəyini bildirib.

Mikl-Leitner “Avstriyanın dini və mədəni dəyərləri”nin daha qabarıq şəkildə görünəcəyini qeyd edərək, məktəblərdə xaç simvolunun qalacağını, Müqəddəs Martin və Santa Klaus festivallarının keçiriləcəyini bildirib.

Federal hökuməti bu istiqamətdə addımlar atmağa çağıran Mikl-Leitner 10 yaşından kiçik qızlara hicab qadağasının qoyulmasını tələb edib.

Mikl-Leitner dövlət qurumlarında burka və çarşab kimi paltarların geyilməsinin işin dayandırılması üçün əsas olacağını da söyləyib və Aşağı Avstriya əyalətində belə paltar geyinən heç kimin olmadığını əlavə edib.

Onu da qeyd edək ki, 2017-ci ilin yanvar ayından ölkədə burka və buna bənzər geyimlərin qadağan olunduğu, dövlət müəssisələrində sözügedən paltarı geyinənlərin olmamasına baxmayaraq, dövlət başçısının bu məsələni gündəmə gətirməsi diqqət çəkib.

ÖVP-nin dövlət başçısı Mikl-Leitner yanvarın 6-da verdiyi açıqlamada "İslamla mübarizədə müəyyən tədbirlər görülməlidir" dedi. O, bu ifadəni işlətdiyinə görə tənqid atəşinə tutulub və sonra “siyasi İslam”ı nəzərdə tutduğunu bildirib.

Günel Məlikzadə

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:191
embedMənbə:https://news24.az
archiveBu xəbər 31 Yanvar 2025 09:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see428

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see421

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see299

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see278

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see267

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see261

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see259

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see255

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see253

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see238

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see225

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see219

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see215

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see215

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see212

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see211

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see210

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see206

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see206

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see204
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri