Icma.az
close
up
RU
Daha bir şirkət tenderlərdə “zerkalnı” məbləğlər udur SİYAHI

Daha bir şirkət tenderlərdə “zerkalnı” məbləğlər udur SİYAHI

Icma.az, Pravda.az portalına istinadən məlumat yayır.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Azərbaycan yaşıllaşdırma və landşaft quruluşu” ASC tərəfindən keçirilən tender müsabiqəsinin qalibi “Texnopark AS” MMC (VÖEN -1306544151) olub. Yeniavaz.com xəbər verir ki, ASC “Texnopark AS” MMC-dən istixana kompleksi üçün tələb olunan mal-material və avadanlıqlar alacaq və qarşılığımda 144 min 444 manat 44 qəpik ödəyəcək.

Nizamnamə kapitalı 1000 manat olan “Texnopark AS” MMC -nin qanuni təmsilçisi Gülməmmədov Ayxan Şakir oğludur.

Məlumat üçün bildirək ki, “Texnopark AS” MMC bu günə kimi çoxsaylı dövlət qurumlarının keçirdiyi tender müsabiqələrində qalib olub. Bu müsabiqələrdə diqqət çəkən məqamlardan biri odur ki, tender müsabiqələrinin dəyəri bəzi hallarda eyni, ya da qoşa rəqəmlərdən (“zerkalnı”) ibarət olur.

Həmin tender müsabiqələrindən bəzilərini təqdim edirik:

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tenderi – 144 444,44 AZN;
M.Ə.Əfəndiyev adına Xətai Tibb Mərkəzinin tenderi – 3 888,88 AZN;
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tenderi – 333 333,13 AZN;
Mingəçevir Şəhər İşıqlandırma İdarəsinin tenderi – 233 333,33 AZN;
Mingəçevir Şəhər Yaşıllaşdırma və Sanitar-Təmizlik İdarəsinin tenderi – 155 555,55 AZN;
Bakı Şəhər İcra Hakimiyyətinin tenderi – 79 999,99 AZN;
“Layihələrə İctimai Nəzarət” MMC-nin tenderi – 34 444,44 AZN;
Qazax Kommunal Müəssisələr Kombinatının tenderi – 75 555,55 AZN;
Naxçıvan Yaşıllaşdırma Xidmətinin tenderi – 37 777,77 AZN.

Onu da bildirək ki, dövlət qurumlarının keçirdiyi tender müsabiqələrində “zerkalnı” məbləğlər udan yeganə şirkət “Texnopark AS” MMC deyil. Daha əvvəl “Smart Supplıer” MMC (VÖEN - 1804790291) adlı şirkət də tender müsabiqələrində “zerkalnı” məbləğlər udub.

“Smart Supplıer” MMC-nin qalib olduğu tender müsabiqələrinin bəziləri aşağldakı kimi olub:

Lerik rayon Mərkəzi Xəstəxanasının tenderi – 33 333,33 AZN;
Metrologiya İnstitutunun tenderi – 58 888,88 AZN;
Bank Aktivlərinin İdarə edilməsi Agentliyinin tenderi – 14 141,14 AZN;
Aqrar Kredit və İnkişaf Agentliyinin tenderi – 26 299,96 AZN;
Şabran rayon Mərkəzi Xəstəxanasının tenderi – 31 888,88 AZN;
Göygöl rayon Mərkəzi Xəstəxanasının tenderi – 33 333,33 AZN.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:118
embedMənbə:https://pravda.az
archiveBu xəbər 30 Noyabr 2024 23:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bizə “avtobus müxalifəti” deyənlər bir həqiqəti qulaqlarına sırğa etsinlər ki...”

08 İyun 2025 19:43see138

Rostov vilayətində miqrantlar rus təqaüdçüyə hücum edib..?

09 İyun 2025 19:07see123

Levan Davitaşvili: Tbilisi Quru Limanı Orta Dəhlizin inkişafında mühüm rol oynayacaq

08 İyun 2025 20:50see122

Kim deyər ki, 78 yaşı var? Video

08 İyun 2025 23:30see121

Moskvada anbar kompleksində baş verən yanğın nəticəsində iki nəfər ölüb

08 İyun 2025 22:34see121

Cəlilabadda minik avtomobilləri toqquşub

08 İyun 2025 18:47see121

Yadplanetlilərə meydan oxuyan media əhlimiz…

10 İyun 2025 00:13see120

Vens artıq Maskı tənqid etməyəcək Tramp YASAQLADI

08 İyun 2025 19:39see119

Dünyanın ən uzun balığı hansıdır?

09 İyun 2025 02:33see118

Ağstafada qardaş qardaşın qanını tökdü

09 İyun 2025 05:26see118

Qazaxıstan Prezidentindən yeni müdafiə nazirinə TAPŞIRIQ

08 İyun 2025 19:25see118

Ayxan Abbasov: “Gələcəyə nikbin baxırıq”

08 İyun 2025 22:34see118

Almaniya Fransa matçının ən yaxşı oyunçusu bilindi

08 İyun 2025 20:25see117

Bu nəhəng ölkə husilərə kömək edir: ABŞ yə hücum

09 İyun 2025 03:31see117

Davit Volkovlu Gürcüstan millisi son 4 oyunda üç qələbə və bir heç heçə

08 İyun 2025 22:57see117

Bu vitamin xərçəngi 10 günə öldürür

09 İyun 2025 02:04see117

Yeniyetmə fortepianoçumuz Londonda beynəlxalq müsabiqənin qalibi OLDU

08 İyun 2025 23:49see117

Bakı şəhəri üzrə HƏFTƏNİN İDMAN AFİŞASI

09 İyun 2025 15:24see116

Ukrayna üçün şad xəbər Rəsmən elan edildi

09 İyun 2025 01:27see115

Qazaxıstan müdafiə nazirini dəyişib...

08 İyun 2025 19:14see114
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri