Icma.az
close
up
RU
Bu şirkət tenderlərdə zerkalnı məbləğlər udur SİYAHI

Bu şirkət tenderlərdə zerkalnı məbləğlər udur SİYAHI

Redaktor.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində fəaliyyət göstərən "Azərbaycan yaşıllaşdırma və landşaft quruluşu” ASC tərəfindən keçirilən tender müsabiqəsinin qalibi "Texnopark AS” MMC (VÖEN -1306544151) olub.

Redaktor.az xəbər verir ki, ASC "Texnopark AS” MMC-dən istixana kompleksi üçün tələb olunan mal-material və avadanlıqlar alacaq və qarşılığımda 144 min 444 manat 44 qəpik ödəyəcək.

Nizamnamə kapitalı 1000 manat olan "Texnopark AS” MMC -nin qanuni təmsilçisi Gülməmmədov Ayxan Şakir oğludur.

Məlumat üçün bildirək ki, "Texnopark AS” MMC bu günə kimi çoxsaylı dövlət qurumlarının keçirdiyi tender müsabiqələrində qalib olub. Bu müsabiqələrdə diqqət çəkən məqamlardan biri odur ki, tender müsabiqələrinin dəyəri bəzi hallarda eyni, ya da qoşa rəqəmlərdən ("zerkalnı”) ibarət olur.

Həmin tender müsabiqələrindən bəzilərini təqdim edirik:

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tenderi – 144 444,44 AZN;

M.Ə.Əfəndiyev adına Xətai Tibb Mərkəzinin tenderi – 3 888,88 AZN;

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tenderi – 333 333,13 AZN;

Mingəçevir Şəhər İşıqlandırma İdarəsinin tenderi – 233 333,33 AZN;

Mingəçevir Şəhər Yaşıllaşdırma və Sanitar-Təmizlik İdarəsinin tenderi – 155 555,55 AZN; 

Bakı Şəhər İcra Hakimiyyətinin tenderi – 79 999,99 AZN;

"Layihələrə İctimai Nəzarət” MMC-nin tenderi – 34 444,44 AZN;

Qazax Kommunal Müəssisələr Kombinatının tenderi – 75 555,55 AZN;

Naxçıvan Yaşıllaşdırma Xidmətinin tenderi – 37 777,77 AZN.

Onu da bildirək ki, dövlət qurumlarının keçirdiyi tender müsabiqələrində "zerkalnı” məbləğlər udan yeganə şirkət "Texnopark AS” MMC deyil. Daha əvvəl "Smart Supplıer” MMC (VÖEN - 1804790291) adlı şirkət də tender müsabiqələrində "zerkalnı” məbləğlər udub.

"Smart Supplıer” MMC-nin qalib olduğu tender müsabiqələrinin bəziləri aşağldakı kimi olub:

Lerik rayon Mərkəzi Xəstəxanasının tenderi – 33 333,33 AZN;

Metrologiya İnstitutunun tenderi – 58 888,88 AZN;

Bank Aktivlərinin İdarə edilməsi Agentliyinin tenderi – 14 141,14 AZN;

Aqrar Kredit və İnkişaf Agentliyinin tenderi – 26 299,96 AZN;

Şabran rayon Mərkəzi Xəstəxanasının tenderi – 31 888,88 AZN;

Göygöl rayon Mərkəzi Xəstəxanasının tenderi – 33 333,33 AZN. (Yeniavaz.com)

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:271
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 30 Noyabr 2024 10:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see320

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see286

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see278

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see274

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see269

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see265

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see263

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see248

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see243

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see239

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see229

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see228

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see225

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see225

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see223

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see220

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see216

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see202

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see197

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri