Icma.az
close
up
RU
Vüqar Rəhimzadə: Ölkədə siyasi həmrəylik mühiti siyasi gündəliyin əsas tərkib hissəsinə çevrilib

Vüqar Rəhimzadə: Ölkədə siyasi həmrəylik mühiti siyasi gündəliyin əsas tərkib hissəsinə çevrilib

Icma.az, Demokrat.az portalına istinadən məlumat yayır.

Siyasi sistemin təkmilləşdirilməsi, sağlam dialoq mühitinin formalaşdırılması dövlətimizin siyasətində prioritet məsələlərdən biridir. Tarixi Zəfərimizdən sonra bu istiqamətdə atılan davamlı addımlar bu prioritetliyi bir daha sübut edir. Bu fakt inkaredilməzdir ki, hər bir  ölkənin inkişafında siyasi partiyaların rolu böyükdür.  Azərbaycan dövlətinin demokratik cəmiyyətin varlığını təsdiqləyən amillərdən biri kimi   siyasi partiyaların formalaşdırılamsı, demokratik şəraitdə fəaliyyəti üçün yaratdığı şərait göz önündədir. “Siyasi partiyalar haqqında” yeni Qanunun qəbulu, partiyaların dövlət tərəfindən maliyyələşdirilməsi, qanunvericilikdə mütəmadi olaraq dövrün çağırışlarına uyğun əlavə və dəyişikliklərin edilməsi və sair kimi mühüm addımlar da deyilənlərin təsdiqidir. Tarixi Zəfərimiz ölkədə vətəndaş birliyinin, həmrəyliyinin daha da möhkəmləndirilməsində də öz sözünü dedi.
Bu faktı xüsusi qeyd etmək istərdik ki, hələ 44 günlük İkinci Qarabağ müharibəsinin davam etdiyi dövrdə 50-yə yaxın siyasi partiya dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin yürütdüyü siyasətə dəstəyin ifadəsi olaraq Bəyanatla çıxış etdi. Həmçinin tarixi Zəfərimizin reallıqlarının tələblərinə uyğun olaraq siyasi partiyalar arasında mütəmadi təşkil edilən dialoqlar, görüşlər də bu birilyin, həmrəyliyin möhkəmləndirilməsində tərəflərin maraqlı olduğunu təsdiqləməklə yanaşı, onların sağlam dialoq mühitinin formalaşdırılmasına öz töhfələrini vermək istəklərini nümayiş etdirdi. Tarixi Zəfərimizin reallıqları fonunda Yeni Azərbaycan Partiyasının 2021-ci ildə keçirilən VII qurultayında 6 siyasi partiyanın YAP-a qoşulmaq ilə bağlı qərarı  ölkə ictimaiyyəti tərəfindən yüksək dəyərləndirildi. İqtidar-müxalifət münasibətlərinin sağlam təməl üzərində inkişaf etdirilməsi bu gün Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin mühüm istiqamətlərindən biridir. Dövlət başçısı, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev 2021-ci ildə partiyanın VII qurultayında 6 siyasi partiyanın YAP-a qoşulmasını təqdir edərək bildirdi ki, bu da siyasi sistemimizin təkmilləşdirilməsi istiqamətində atılan növbəti addımdır və eyni zamanda, göstərir ki, partiyamızın həm məramı, həm proqramı, fəaliyyəti və əldə etdiyi nailiyyətlər dost partiyalar üçün də cəlbedicidir. Prezident İlham Əliyev dəfələrlə müxalifət partiyalarını siyasi dialoqa, həmrəyliyə dəvət edib,  ərazi bütövlüyümüzün və suverenliyimizin təmin edilməsində  həmrəylik nümayiş etdirməyə səsləyib. Ölkədə siyasi islahatların davamlılığı əsasında Prezident Administrasiyasında Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin yaradılması da özündə mühüm məqamları ehtiva edir. Yarandığı gündən bu şöbənin məqsədyönlü fəaliyyətinin uğurlu nəticələri bugünümüzün reallıqlarında özünün aydın ifadəsini tapır.
Demokrat.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.
Millət vəkili qeyd edib ki, Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə iş şöbəsinin müdiri Ədalət Vəliyev mütəmadi olaraq siyasi partiya liderləri ilə görüşür, onların fikirlərini, təkliflərini dinləyir. Məhz bütün bu konstruktiv addımların sayəsində ölkədə yaradılmış siyasi dialoq mühiti nəticəsində cəmiyyətdə bu prosesə yeni yanaşma müşahidə olunmaqdadır. Siyasi partiya rəhbərlərinin azad edilmiş ərazilərə  mütəmadi səfərlərinin təşkili də bu yanaşmanın tərkib hissəsidir. Bu səfərlər həmrəylin göstəricisidir.  Əqidəsindən, siyasi mənsubiyyətindən asılı  olmayaraq partiya sədrləri işğaldan azad olunmuş ərazilərimizə səfər edərək həm erməni vandalizminin, həm də dövlətimizin başçısının təşəbbüsü ilə reallaşan bərpa-quruculuq işlərinin şahidi olurlar.
Vüqar Rəhimzadə vurğulayıb ki, tarixi Zəfərimiz, ərazi bütövlüyüüzün və suverenliyimizin tam bərpa edilməsi regionda və dünya siyasətində yeni reallıqlar yaratdı. Bu reallıqlar ölkədə də mühüm islahatların həyata keçirilməsini bir zərurətə çevirdi. İqtisadi və siyasi islahatların vəhdətinin qorunması əsasında Azərbaycanın qarşıya qoyduğu hədəflərə yüksək səviyyədə nail olması inkaredilməz faktdır. Ölkəmizdə vətəndaş həmrəyliyi yüksək səviyyədədir. Onu da qeyd edək ki, hələ 1993-cü ildə, Azərbaycanın ən çətin günlərində xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyevin əsas çağırışlarından biri məhz vətəndaş birliyinin yaradılması və inkişaf etdirilməsi idi. Ulu Öndər tərəfindən bu çağırış da xüsusi səsləndirilirdi ki, nə qədər partiya olur olsun, onların hamısı bir məqsədə - Azərbaycanın  müstəqilliyini qorumaq, torpaqlarımızı düşməndən azad etmək işinə  xidmət etməlidir. Son 21 ildən artıq dövrdə Heydər Əliyev siyasətini bütün sahələrdə uğurla davam etdirən Prezident İlham Əliyevin sağlam dialoq mühitinin formalaşdırılması istiqamətində atdığı addımların xronologiyası Ümummilli Liderin bu çağırışlarının real həyatda əksini tapdığını sübut edir. Son parlament seçkilərinə diqqət yetirsək, yeni rəhbərlikdə, komitə sədrləri arasında müxtəlif siyasi partiyaların təmsilçiləri kifayət qədərdir. Reallıq budur ki, daxildə milli birliyə və həmrəyliyə nail olan  ölkələr bütün sahələrdə dinamik inkişafı ilə diqqətdə olur. Yeni dövrün reallıqlarına uyğun olaraq müəyyənləşdirilən hədəflərə zamanında və yüksək səviyyədə nail olmaq üçün bu birliyin və siyasi həmrəyliyin qorunması vacib amillərdən biridir.
Milli Məclisin deputatı bildirib ki, siyasi partiya sədrlərinin işğaldan azad olunmuş ərazilərimizə birgə səfərləri Azərbaycan cəmiyyətində  formalaşmış demokratik ənənənin təsdiqidir. Artıq bu səfərlər ölkəmizin  siyasi gündəliyinin əsas tərkib hissəsinə çevrilib. İyunun əvvəlində  Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin təşkilatçılığı ilə ölkədə fəaliyyət göstərən siyasi partiya sədrlərinin sayca yeddinci səfərinin ünvanı Cəbrayıl və Zəngilan rayonları oldu. Bundan öncə belə səfərlər iki dəfə Şuşaya, Ağdama,  Zəngilana, Xocalıya, Əsgərana, Xankəndiyə və Laçına edilmişdi. İşğaldan azad edilmiş ərazilərimizin hər biri bu gün quruculuq meydanına çevrilib. 30 illik işğal dövrünün dağıntılarını bu gün müasir tələblər səviyyəsində bərpa işləri əvəzləyir. Siyasi partiyaların rəhbərlərinin, politoloqların, media nümayəndələrinin iştirakı ilə bu ərazilərimizə  davamlı səfərlər Böyük Qayıdış Proqramı çərçivəsində görülən işlərin, həmçinin 30 il davam edən erməni vəhşiliklərinin təqdimatında öz sözünü deyir. Cəbrayıl və Zəngilan səfərində, 70 nəfərdən artıq şəxs, 24 siyasi partiyanın sədr və nümayəndələri,  politoloq, siyasi şərhçilər, media nümayəndələri iştirak etdilər. Bu səfər də təsdiq etdi ki, tərəflər arasında  əməkdaşlıq münasibətlərinin qurulması təqdirəlayiqdir. Bir daha bu reallıq təsdiqlənir ki, yalnız ölkələr arasında deyil, hər bir cəmiyyətin daxilində də qarşılıqlı etimad mühitinin qorunması hədəflərə yüksək səviyyədə nail olmağa, səyləri birləşdirməyə stimul verir. Azərbaycanda sağlam siyasi mühit mövcuddur.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:65
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 10 İyun 2025 18:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see347

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see284

Yeni yaradılan Komando briqadasının komandiri kimdir? VİDEO

27 Yanvar 2026 05:37see236

Dəhşətli müharibənin astanasındayıq: ölkə sərhədlərini aşacaq Türk ekspert

28 Yanvar 2026 01:54see234

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see195

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see192

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see190

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see177

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see175

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see173

Liverpul Qarabağ la oyunun hazırlığını başa vurdu FOTOLAR

27 Yanvar 2026 19:28see164

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see161

Əhalinin faktiki yaşayış yerinə əsaslanan məlumat bazası hazırlanır Zaur Əliyev

27 Yanvar 2026 10:58see156

Pinqvin hekayəsi Azərbaycanda gəlirə çevrildi FOTO

27 Yanvar 2026 12:23see156

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see153

“Everton” “Lids”lə oyun məğlubiyyətdən qurtarıb VİDEO

27 Yanvar 2026 02:12see151

Məhyəddin Aydəmirov vəfat etdi Foto KONKRET

27 Yanvar 2026 00:38see151

İsrail İrana cavab zərbəsinə hazırlaşır

27 Yanvar 2026 13:54see146

“Qarabağ” “Enfild Roud”da Fotolar+Video

27 Yanvar 2026 22:58see140

Əvvəl bir birlərinə qədəh atırdılar, indi isə... VİDEO

27 Yanvar 2026 22:38see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri