Icma.az
close
up
RU
Daha bir stomatoloqdan şikayət: “Bütün gecəni dəhşətli ağrı içində keçirdim”

Daha bir stomatoloqdan şikayət: “Bütün gecəni dəhşətli ağrı içində keçirdim”

News24 saytından alınan məlumata görə, Icma.az bildirir.

Redaksiyamıza diş həkimi adı altında fəaliyyət göstərən şəxs barədə şikayət daxil olub.

Şikayətçi Tural Qoca News24.az-a açıqlamasında bildirib ki, “TikTok” platformasında özünü stomatoloq kimi təqdim edən Nicat Həsənov adlı şəxsin qəbulunda olub və sağlamlığına ciddi zərər dəyib:

“Videolarda guya çətin dişləri də asanlıqla çəkdiyini iddia edirdi. Mən də reklamına aldanaraq getdim, çünki problemli ağıl dişim vardı. Əksər həkimlər bu dişin yalnız cərrahi üsulla çıxarıla biləcəyini demişdi. Amma o, - həkimlər bacarmır, mən isə rahat çıxaracağam, - dedi.

İynə vurdu, dişim keyimədi. Təkrar iynə vurdu, lakin yenə effekt olmadı. Dəfələrlə ağrı hiss etdiyimi desəm də, - əsəbisən, ona görə keyimir, -  cavabını verdi. Ardınca dişimi yonmağa başladı. Ağrı dözülməz idi, çənəm sanki sınacaqdı. Dayandırmağımı tələb etsəm də, - döz, bir şey olmaz, - deyə israr etdi. Nəticədə siniri açdı, damağa və çənə sümüyümə ciddi zərər verdi. Sonra antibiotik yazıb evə göndərdi, - iki gün iç, sonra gəl çıxardım, - söylədi. Bütün gecəni dəhşətli ağrılar içində keçirdim. Səhəri gün normal klinikaya getdim və dişim yalnız cərrahi yolla çıxarıldı. Nicat Həsənovun əməli isə sadəcə səriştəsizlik deyil, açıq cinayətdir".

Şikayətçi iddia edib ki, Nicat Həsənovun stomatoloq kimi fəaliyyət göstərmək üçün heç bir diplomi yoxdur və fəaliyyət göstərdiyi yer tibbi müəssisə tələblərinə cavab vermir:

“Nicat Həsənovun işlədiyi yerdə nə klinika var, nə avadanlıq, nə də sanitariya şəraiti. Köməkçisi belə yoxdur. Sadəcə adi ev şəraitində, sanki bazarda diş çəkir Bu, qanunsuz fəaliyyət və insan həyatı ilə oynamaqdır". 

Məsələ ilə bağlı Nicat Həsənovla əlaqə saxladıq. O, şikayətçi ilə birbaşa danışmaq istədiyini bildirdi, lakin suallarımızı ətraflı cavablandırmadı. Diplomu olmadığı barədə iddianı isə təkzib etdi. Ancaq sənədin surətini təqdim etməkdən imtina etdi.

Məsələ ilə bağlı Analitik Ekspertiza Mərkəzinə ünvanladığımız sorğuya cavab olaraq bildirildi ki, Nicat Həsənovun adı “Tibb kadrlarının vahid reyestri”ndə mövcud deyil.

Xeyrənsə Piriyeva

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:57
embedMənbə:https://news24.az
archiveBu xəbər 29 Sentyabr 2025 12:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see325

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see242

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see233

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see219

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see186

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see167

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see166

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see161

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see158

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see154

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see152

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see151

Moldovada da “Rus Evi” bağlanır Azərbaycan bu addımı ilin əvvəlində atıb

28 Dekabr 2025 20:46see150

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see147

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see145

DİN Baş İctimai Təhlükəsizlik İdarəsinə rəis təyin edilib

29 Dekabr 2025 03:50see145

Belarus qapıçı Azərbaycanda rekorda imza atıb

28 Dekabr 2025 16:54see144

Zelenski: İlin ən gərgin diplomatik günləridir

28 Dekabr 2025 16:54see133

Dünyanın ən yaxşı hücumçusu bilindi

29 Dekabr 2025 02:22see132

İKİ SABİQ NAZİR İNSTİTUT DİREKTORU VƏZİFƏSİNDƏN ÇIXARILDI: yeni institut yaradıldı Misir Mərdanovla Əli Abbasov yola salındı

28 Dekabr 2025 22:42see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri