Icma.az
close
up
RU
Gecəni döşəmədə keçirdim... Diplomat dəhşətli hücumdan DANIŞDI

Gecəni döşəmədə keçirdim... Diplomat dəhşətli hücumdan DANIŞDI

Modern.az saytına istinadən Icma.az xəbər verir.

Rusiya ordusu sentyabrın 7-nə keçən gecə Ukraynanın müxtəlif şəhərlərinə kütləvi hava hücumu həyata keçirib.

Modern.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, Kiyev, Kremençuk, Krivoy Roq, Odessa, Dnepr, Sumı və Zaporojye hücuma məruz qalıb.

Ukrayna tərəfinin məlumatına görə, hücum nəticəsində paytaxt da daxil olmaqla bir sıra yaşayış məntəqələrində ölənlər və onlarla yaralı var.

Ukrayna ordusu bildirir ki, gecə ərzində Rusiya 810 pilotsuz uçuş aparatı və 13 raket buraxıb. Hava Hücumundan Müdafiə Qüvvələri 747 dronu və dörd raketi vurub. Kiyevdə Nazirlər Kabinetinin binasına zərbə endirilib, yaşayış binasına raket düşməsi nəticəsində isə qadın və iki aylıq körpəsi həlak olub.

Avropa İttifaqının Ukraynadakı səfiri Katerina Maternova hücumu dəhşətlə xatırladığını bildirib:

“Gecə partlayış səslərindən yatmaq mümkün olmadı, sirenlər çalınanda və xaricdə dünya dağılarkən, otelin vanna otağının döşəməsində - sığınacağımda gecələdim. Bu, müharibənin ən dəhşətli gecələrindən biri idi”, - deyə diplomat qeyd edib.

Onun sözlərinə görə, bu hücum Ukraynaya qarşı sadəcə hərbi əməliyyat deyil, insanlara, demokratiyaya və bütövlükdə Avropanın ruhuna qarşı “terror aktıdır”. Maternova daha sərt sanksiyaların tətbiqini, xüsusilə Rusiya nefti və qazına embarqo qoyulmasını, həmçinin Ukraynaya daha çox silah verilməsini tələb edib.

Latviyanın prezidenti Edqars Rinkeviçs də hücumu “Kreml sülh yox, müharibə istəyir” sözləri ilə qiymətləndirib. Baş nazir Evika Siliņa Rusiyanın daha çox aqressiya və əzab gətirmək niyyətində olduğunu bildirib.

Çexiya xarici işlər naziri Yan Lipavski Rusiyanın məqsədinin “mümkün qədər çox ukraynalını öldürmək” olduğunu deyib və Ukraynaya dəstəyin dayandırılmasını “aqressorun tərəfini saxlamaq” kimi qiymətləndirib. Estoniyadan həmkarı Marqus Tsaxkna isə “Rusiyanın yeni antirekordlarının sərt cavab tələb etdiyini” vurğulayıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:179
embedMənbə:https://modern.az
archiveBu xəbər 07 Sentyabr 2025 15:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see346

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see330

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see325

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see324

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see323

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see294

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see289

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see281

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see264

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see256

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see243

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see238

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see236

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see214

Xırdalanda tıxac səbəbindən evlər satışa çıxarılır VİDEO

24 Oktyabr 2026 22:40see205

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see194

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see189

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see188

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see187

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri