Icma.az
close
up
RU
Daha bir sülh müqaviləsi Rus fin müharibəsinin sonu KONKRET

Daha bir sülh müqaviləsi Rus fin müharibəsinin sonu KONKRET

Konkret.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

19 sentyabr 1944-cü il. Moskva. Andrey Jdanov SSRİ və Böyük Britaniya adından Finlandiya ilə atəşkəs sazişini imzalayır.

Finlandiya ilə bir tərəfdən, SSRİ və Böyük Britaniya ilə digər tərəfdən imzalanan bu saziş faktiki olaraq 1941–1944-cü illər Sovet-Fin müharibəsini başa çatdırdı.

1944-cü ilin iyulunda sovet qoşunları Vıborqu ələ keçirdikdən sonra hücum dayandırıldı. Sovet komandanlığı qoşunların bir hissəsini Almaniya istiqamətinə keçirməyə başladı və Finlandiya ilə danışıqları sürətləndirmək qərarına gəldi.

Avqustun 4-də Finlandiya ordusunun baş komandanı, marşal Karl Qustav Emil Mannerheym ölkə prezidenti oldu. Beləliklə, hərbi və siyasi hakimiyyət faktiki olaraq onun əlində cəmləşdi. Avqustun 24-də Mannerheym hökumətin yeni formalaşdırılmış üzvlərini Helsinkiyə səfərləri zamanı demək olar ki, yaşadığı salon-vaqona dəvət etdi. Məqsəd müharibəni mümkün qədər tez başa çatdırmağın yollarını müəyyənləşdirmək idi.

Sülh danışıqlarının şərtlərini öyrənmək üçün İsveçdəki SSRİ-nin fövqəladə və səlahiyyətli səfiri Aleksandra Kollontaya müraciət edildi. Beş gün sonra Stalin tərəfindən cavab gəldi. Sovet hökuməti Finlandiya nümayəndə heyətini yalnız bir şərtlə qəbul etməyə razı idi: Finlandiya Almaniya ilə diplomatik münasibətləri rəsmən kəsməli və alman qoşunlarının ölkə ərazisindən çıxarılmasını tələb etməli idi.

Finlandiyanın şimalında 200 mindən çox alman hərbçisi yerləşirdi. Onların cəmi iki həftə ərzində ölkədən çıxarılması və ya internə edilməsi faktiki olaraq mümkün deyildi. Beləliklə, Finlandiya dolayısı ilə Almaniya ilə yeni müharibəyə sövq edilirdi. Bu isə strateji baxımdan SSRİ üçün əlverişli idi.

Mannerheymin əsas narahatlığı atəşkəs əldə olunmazdan əvvəl fin qoşunlarının Kareliya istiqamətindən Laplandiyaya keçirilməsi ilə bağlı idi.

Müşavirəyə yeni hökumətin üzvləri ilə yanaşı, keçmiş prezident Risto Ryuti, keçmiş baş nazir Edvin Linkomies və keçmiş xarici işlər naziri Henrik Ramsay da dəvət olundu. Demək olar ki, yekdilliklə Moskvanın şərtlərini qəbul etmək qərara alındı. Çünki alternativ yol görünmürdü.

Sentyabrın 2-də Mannerheym Almaniya ilə diplomatik münasibətlərin kəsildiyini rəsmən elan etdi. Ertəsi gün isə qoşunların ölkənin şimalına keçirilməsi barədə əmr verdi.

Mannerheym Stalinə təklif etdi ki, fin qoşunlarının 1940-cı il sərhədlərinə geri çəkilməsi sentyabrın 6-dan başlasın. O, həmçinin alman hərbi hissələrinin Finlandiyadan çıxarılmasına və ya internə edilməsinə finlərin özlərinin nəzarət edəcəyinə söz verdi. Sentyabrın 4-nə keçən gecə Mannerheym Stalinin bu təklifləri qəbul etdiyini öyrəndi.

Atəşkəs həmin gün qüvvəyə minməli idi. Səhər saat 7-də fin qoşunları razılaşmaya uyğun olaraq atəşi dayandırdılar. Lakin sovet qoşunları bəzi istiqamətlərdə döyüşləri daha bir sutka – sentyabrın 5-dək davam etdirdi.

Sentyabrın 7-də Mannerheymin yalnız etibar etdiyi şəxslərdən ibarət böyük Finlandiya nümayəndə heyəti Moskvaya yola düşdü. Nümayəndə heyəti danışıqların başlaması üçün bir həftə gözləməli oldu. Gərginlik artırdı. Sovet tərəfi artıq sülh müqaviləsindən deyil, atəşkəs sazişindən danışırdı.

Əvvəlcə atəşkəs şərtlərinin 1940-cı ildə imzalanmış Moskva sülh müqaviləsinin şərtlərinə yaxın olacağı güman edilirdi. Lakin Moskvanın irəli sürdüyü tələblər Finlandiyanın gözləntilərindən daha ağır oldu.

Finlandiya qarşısında əsasən bu şərtlər qoyuldu:

– 300 milyon ABŞ dolları məbləğində təzminatın səkkiz il ərzində mallarla ödənilməsi;
– Finlandiya ordusunun iki ay yarım ərzində sülh dövrü səviyyəsinə endirilməsi;
– Finlandiya ərazisindəki alman qoşunlarının tərksilah edilməsi, alman hərbi əsirlərin SSRİ-yə təhvil verilməsi, alman və macar vətəndaşlarının internə edilməsi;
– Almaniya və onun müttəfiqləri ilə diplomatik münasibətlərin kəsilməsi;
– 1920 və 1940-cı illərdə imzalanmış sülh müqavilələri ilə Finlandiyaya verilmiş Petsamo (Peçenqa) bölgəsinin SSRİ-yə qaytarılması;
– SSRİ-yə və müttəfiqlərə qarşı düşmən təbliğatı aparan, o cümlədən fa tərəfdarı siyasi, hərbi və hərbiləşdirilmiş təşkilatların buraxılması;
– kommunist təşkilatlarının fəaliyyətinə qoyulmuş qadağanın ləğv edilməsi;
– SSRİ vətəndaşlarının, o cümlədən estonların və təxminən 60 min inqermanlandlının Sovet İttifaqına qaytarılması;
– hərbi cinayətkarların müəyyənləşdirilməsi və məhkəmə qarşısına çıxarılması.

Ən gözlənilməz tələblərdən biri isə Hanko burnunun əvəzinə Porkkala yarımadasının və ətraf ərazilərin 50 il müddətinə SSRİ-yə icarəyə verilməsi və burada hərbi baza yaradılması idi. Moskva bununla Finlandiya körfəzinə nəzarəti gücləndirməklə yanaşı, Helsinkiyə yaxın ərazidə hərbi mövcudluq əldə etməyə çalışırdı. Porkkala paytaxt Helsinkidən cəmi 17 kilometr məsafədə yerləşirdi.

Finlandiya nümayəndə heyətinin rəhbəri, baş nazir Antti Hakzell bu tələb barədə Molotovdan danışıqların başlamasına cəmi bir neçə saat qalmış xəbər tutdu. Bundan sonra onun insult keçirdiyi bildirilir. Hakzelli xarici işlər naziri Enkell əvəz etdi.

Bundan başqa, 1940-cı il sülh müqaviləsi ilə Finlandiyaya verilmiş Kareliya ərazilərinin bir hissəsi, Salla bölgəsi və Finlandiya körfəzindəki bir sıra adalar da SSRİ-yə keçdi.

Atəşkəs sazişi 19 sentyabr 1944-cü ildə Moskvada imzalandı.

Sazişi SSRİ və Böyük Britaniya hökumətlərinin səlahiyyətli nümayəndəsi Andrey Jdanov, Finlandiya hökumətinin səlahiyyətli nümayəndələri Karl Enkell, Rudolf Valden, Erik Heynrixs və Oskar Enkell imzaladılar.

Beləliklə, 1941-ci ildə başlayan Sovet-Fin müharibəsi başa çatdı və Finlandiyanın müharibədən çıxması üçün yeni mərhələ başladı. Ardınca Finlandiya ilə Almaniya arasında Laplandiya müharibəsi baş verdi və fin qoşunları ölkə ərazisindəki alman qüvvələrini çıxarmağa başladılar.

Hazırladı: Ağagül Mürsəlov,
KONKRET.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:97
embedMənbə:https://konkret.az
archiveBu xəbər 20 Sentyabr 2026 12:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!

26 Noyabr 2026 02:11see304

“Sabah” 5 turdan sonra ÇL də neçəncidir?

26 Noyabr 2026 04:01see282

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

26 Noyabr 2026 22:31see277

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

26 Noyabr 2026 22:05see269

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

26 Noyabr 2026 18:52see264

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

26 Noyabr 2026 17:46see255

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

26 Noyabr 2026 19:36see251

Haşimoto və hamiləlik: Bu xəstəlik ana olmağa mane olurmu? ARAŞDIRMA

26 Noyabr 2026 15:04see244

57 yaşlı Cennifer Lopez belə formada qalır

26 Noyabr 2026 17:27see243

Azərbaycan vasitəsilə Şimal Cənub dəhlizi ilə yükdaşımalar 25 % artıb

26 Noyabr 2026 16:04see237

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

26 Noyabr 2026 22:21see236

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

26 Noyabr 2026 19:50see236

Kəmalə Qaramollayeva Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdi FOTO

26 Noyabr 2026 21:06see221

İncəsənət məktəblərinə 199 yeni müəllim qəbul olunub

26 Noyabr 2026 18:16see219

Gündə 5 ədədi qanda şəkəri sala bilər

26 Noyabr 2026 20:41see215

Göbələkdən düzəltdiyi qayıqla okeana çıxdı

26 Noyabr 2026 18:03see210

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

27 Noyabr 2026 00:14see210

T. Edison, S. Dali və A. Eynşteyn yeni ideyalar üçün bu dalğalardan istifadə edib

26 Noyabr 2026 12:32see204

Lavrov ABŞ ı Avropaya nümunə göstərdi: “Siyasi yetkinlik nümayiş etdirirlər” Video

26 Noyabr 2026 21:58see201

Bu şokolad apteklərdə reseptlə veriləcək YE, ARIQLA

26 Noyabr 2026 20:35see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri