Icma.az
close
up
RU
Əvvəlcə sülh müqaviləsi, sonra rus qoşunları

Əvvəlcə sülh müqaviləsi, sonra rus qoşunları

Cebheinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

İyunun 7-də Ermənistanda keçirilmiş parlament seçkilərinin yekun nəticələri iyunun 14-də elan olunacaq.

Bu barədə Ermənistanın Mərkəzi Seçki Komissiyasının sədri Vaaqn Ovakimyan bildirib.Parlament seçkilərində bülletenlərin 100 %-nin emalının yekunlarına əsasən, baş nazir Nikol Paşinyanın "Vətəndaş Müqaviləsi" Partiyası seçicilərin 49,83 % səsini toplayıb.

İkinci yeri iş adamı Samvel Karapetyanla əlaqəli olan və 23,28 % səs toplayan "Güclü Ermənistan" Partiyası tutub. Keçmiş prezident Robert Köçəryanın rəhbərlik etdiyi "Ermənistan" bloku isə 9,93 % səs alıb.

Cənubi Qafqazda geosiyasi proseslərin sürətlə dəyişdiyi bir vaxtda Ermənistanda keçirilən parlament seçkilərinin nəticələri Azərbaycanla münasibətlərin gələcəyi ilə bağlı müzakirələri gündəmə gətirib. 

Çünki tərəflər arasında bağlanacaq sülh müqaviləsi regionun gələcək siyasi mənzərəsinə təsir edəcək mühüm hadisələrdən biri hesab olunur. Bəs Nikol Paşinyanın siyasi mövqeyini qoruması tərəflər arasında sülh müqaviləsinin imzalanmasını sürətləndirəcək, yoxsa ləngidəcək? 

Mövzu ilə bağlı politoloq Qabil Hüseynli “Cebheinfo.az”-a açıqlamasında bildirib ki, leç bir ləngimə olmayacaq. Onun sözlərinə görə, Paşinyanın qələbəsi sülh prosesinin sürətlənməsinə şərait yaradır: 

“Paşinyanın parlament seçkilərində qələbə qazanması həm Ermənistan-Azərbaycan münasibətləri, həm də bütövlükdə region üçün çox böyük əhəmiyyət kəsb edir. Artıq bölgədə revanşist qüvvələrin və Rusiyanın “beşinci kolon”unun müxtəlif qarışıqlıqlar yaratması, etnik münaqişələrə sövq edilməsi və revanşist mövqelərdən çıxış etməsi ən azı bir neçə il müddətinə təxirə düşdü. 

Ona görə də mən əminəm ki, Paşinyan Ermənistanı Avropa Birliyinə doğru aparacaq. Bəlkə də ən azından qarşıdakı beş il ərzində o, Ermənistanın Avropa İttifaqına namizəd edə biləcək”. 

Politoloq vurğulayıb ki, Ermənistanın gələcəyi Azərbaycanla sülh müqaviləsindən keçir: 

“Bundan sonra Ermənistan bu uğurlu başlanğıc üçün mütləq sülh müqaviləsinin imzalanması prosesini sürətləndirməlidir. Hazırda dünyada Ermənistanın imici Azərbaycanla bağlanacaq sülh müqaviləsi ilə ölçülür. 

Ermənistan ilk növbədə ən böyük problemlərindən biri olan sülh müqaviləsini bağlayıb, bundan sonra “əlini, qolunu çırmalayıb” rus qoşunlarının ərazilərindən çıxarılması, Avropa ilə inteqrasiyanın dərinləşdirilməsi və Avropa İttifaqının müəyyən etdiyi yol xəritəsinin həyata keçirilməsi istiqamətində addımlar atmalıdır. 

Bu seçkilər Ermənistan üçün çox şey vəd edir. Əgər ölkə qarşısında duran vəzifələri düzgün yerinə yetirə bilsə, gələcəkdə dünyanın daha firavan və inkişaf etmiş dövlətlərindən birinə çevrilmək imkanı qazana bilər”. 

Əfsanə Rəcəb 
“Cebheinfo.az”

Açar sözlər: seçki Qabil Hüseynli

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:193
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 09 İyun 2026 14:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see306

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see285

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see262

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

03 Noyabr 2026 12:24see257

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

03 Noyabr 2026 10:40see251

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see232

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see227

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see216

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see212

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see211

Yüksək qan təzyiqi yaddaşı pozur

03 Noyabr 2026 11:31see208

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see206

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see200

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see193

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see192

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see189

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see187

Dabanlarda quruluq varsa nə etmək lazımdır? AÇIQLAMA

03 Noyabr 2026 14:27see177

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see175

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri