Daha bir tiktoker 10 sutkalıq həbs olundu
Icma.az, Yenisabah portalına istinadən məlumatı açıqlayır.
Sosial şəbəkələrdə cəmiyyətə qarşı hörmətsizlik, mənəvi dəyərlərə uyğun olmayan qeyri-etik davranışlar və yayımlar edən daha bir tiktoker həbs edilib.
"Yeni Sabah" xəbər verir ki, "TikTok"da "Çevik" ləqəbi ilə tanınan Bağırov Məqsəd Məcid oğlu polis əməkdaşları tərəfindən saxlanılıb.
O, sosial media vasitəsi ilə Radikal Dini təbliğat və Ateismə qarşı çağırışlar etməsi tanınır. Dominos pizza
Qəbələ Rayon Polis İdarəsi tərəfindən tiktoker barəsində protokol tərtib edilib və ona qarşı İnzibati Xətalar Məcəlləsinin 510.2-ci (İnternet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində kütləvi nümayiş etdirildiyi halda ictimai mənəviyyatı təhqir edən, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərin edilməsinə, yəni əxlaqsız ifadələrin səsləndirilməsinə və ya belə məzmun təəssüratı yaradan jestlərin edilməsinə, yaxud insan bədəninin hissələrinin əxlaq normalarına və milli-mənəvi dəyərlərə zidd formada göstərilməsi) maddəsi ilə ittiham irəli sürülərək məhkəməyə göndərilib.
Məhkəmənin qərarına əsasən Məqsəd Bağırov 10 sutkalıq həbs edilib./unikal.az
Baxış sayı:125
Bu xəbər 27 İyul 2026 23:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















