Tolik şikayət etdi, tiktoker 10 sutkalıq həbs olundu
Icma.az bildirir, Qafqazinfo saytına əsaslanaraq.
Aparıcı Tarix Əliyevi (Tolik) təhqir edən tiktoker Zaur Qasımov inzibati qaydada həbs edilib.
“Qafqazinfo”nun məlumatına görə, Nərimanov Rayon Məhkəməsi aparıcının şikayəti əsasında belə qərar çıxarıb.
Protokolda yazılıb ki, Zaur Qasımov “TikTok”da canlı yayım zamanı Toliki təhqir edib. Daha sonra hirsi soyumayan şəxs aparıcıya zəng edərək şəxsinə qarşı nalayiq sözlər işlədib.
Tarix Əliyev bu barədə polisə rəsmi qaydada müraciət edib. Şikayətçi olduğu şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.
Hakim Xalidə Əlisoyun qərarı ilə Zaur Qasımov xırda xuliqanlıqda təqsirli bilinərək inzibati qaydada 10 sutka müddətinə həbs edilib.
Sail Ağasəlim
Bu mövzuda digər xəbərlər:Daha bir tiktoker 10 sutkalıq həbs olundu
27 İyul 2026 23:35
Tolik Səidəni polisə şikayət etdi
23 Fevral 2026 00:19
Tolik Səidəni polisə şikayət etdi VİDEO
23 Fevral 2026 12:34
Tiktoker Benizin zərəçəkəni hüquqmühafizə orqanlarına müraciət etdi Şikayət
20 Dekabr 2024 11:25
“Sako” ləqəbli tiktoker 60 sutkalıq həbs edildi
26 Noyabr 2024 13:23
Baxış sayı:103
Bu xəbər 08 Oktyabr 2025 13:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















