Daha bir uşaq avtomobil qəzasının qurbanı oldu
Qafqazinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Bakı-Quba yolunda ölümlə nəticələnən qəza baş verib.
“Qafqazinfo” Bizim.Media-ya istinadən xəbər verir ki, hadisə Qubanın Mirzəqışlaq kəndindən keçən hissəsində olub.
Belə ki, 30 yaşlı Təbriz Qürbətovun idarə etdiyi “Kia” markalı avtomobillə 50 yaşlı həmkəndlisi, Salman Əmirovun idarə etdiyi “Vaz-2109” markalı avtomobil toqquşub.
Nəticədə S.Əmirovun 13 yaşlı qızı Aytən Əmirova hadisə yerində həyatını itirib.
Sürücünün özü isə müxtəlif dərəcəli xəsarətlərlə Quba Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
Xatırladaq ki, bu gün Lənkəranda da məktəblilərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 8 və 9 yaşlı bacı-qardaş “Mercedes” markalı avtomobillə vurulub və hər ikisi dünyasını dəyişib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:33
Bu xəbər 19 Sentyabr 2025 15:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















