Bakıda iki qadın avtomobil qəzasının qurbanı olub
Icma.az, Sfera.az portalına istinadən məlumat yayır.
Bakıda iki piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.
Sfera.az xəbər verir ki, hadisələrdən biri ötən gün saat 05 radələrində Xəzər rayonu Qala-Pirallahı yolunda qeydə alınıb.
Belə ki, Ənvər Əliyev idarə etdiyi “Chevrolet” markalı avtomobillə İlhamə Əliyar qızı Ağayevanı vurub. Ağır xəsarətlər alan qadın vəfat edib.
Oxşar hadisə dünən saat 12 radələrində Xəzər rayonu Buzovna qəsəbəsi Zuğulba şosesində də qeydə alınıb.
Samid İslamov idarə etdiyi “Kia Sorento” markalı avtomobillə İsmayılova Zöhrə Faiq qızını vurub. Piyada hadisə yerində vəfat edib.
Hər iki faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
Bu mövzuda digər xəbərlər:Bakıda 2 qadın yol qəzasının qurbanı oldu Yenilənib
31 Oktyabr 2025 11:34
Daha bir uşaq avtomobil qəzasının qurbanı oldu
19 Sentyabr 2025 15:58
Bakıda qadın dəm qazının qurbanı oldu
14 Yanvar 2026 10:48
Bakıda iki avtomobil TOQQUŞDU
15 Noyabr 2024 20:55
Bakıda iki avtomobil toqquşub
04 Dekabr 2024 19:24
Baxış sayı:178
Bu xəbər 21 Yanvar 2025 10:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















