Icma.az
close
up
RU
Daha böyüyü gözlənilir:  12 günlük savaş İsrail İran müharibəsinin ilk testi idi

Daha böyüyü gözlənilir:  12 günlük savaş İsrail İran müharibəsinin ilk testi idi

Icma.az, Sherg.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Samir Hümbətov: Bir neçə gün və ya bir neçə aya yeni İsrail-İran müharibəsinin şahidi ola bilərik

Yaxın Şərqdə güc balansının dəyişməsi, regional aktorlar arasında gərginliyin dərinləşməsi və xüsusilə İran-İsrail münasibətlərində artan qarşıdurma tendensiyaları bölgəni yeni müharibə təhlükəsi ilə üz-üzə qoyur. 

“J-Feed” İsrail rəsmisinə istinadla məlumat yayıb ki, İran və İsrail 12 günlük müharibədən daha böyük bir toqquşmaya doğru gedir. Həmçinin rəsmi deyib ki, İsrail Donald Trampın ABŞ-də prezidentlik müddəti başa çatmamış İranın hazırkı rejimini devirməyi planlaşdırır.

Politoloq Samir Hümbətov Sherg.az-a açıqlamasında İsrail-İran arasında daha genişmiqyaslı müharibənin gözlənildiyini söyləyib:

"12 günlük müharibə bitmədən fikir səsləndirdim ki, bu müharibə dayanacaq, amma daha böyüyü, geniş miqyaslısı gözlənilir. 12 günlük müharibə İsrail-İran müharibəsinin ilk testi idi. İsrail bir növ özünü test edirdi. Yoxlayırdı ki, Təl-Əviv bu müharibəni sona qədər apara biləcək ya yox. Əgər yeni qarşıdurma yaranacaqsa, burada İsrailin boşluğu nə olacaq, İrana haradan daha çox hücum edə bilər kimi sualların cavabı axtarıldı. Tərəflər artıq bir-birlərini yaxşı tanıyırlar. Xüsusilə bu müharibə, onlara çox məsələləri başa saldı. Burada artıq yeni bir addım atılmalıdır. Donald Tramp söylədi ki, o müharibələri dayandırıb. Amma faktiki olaraq növbəti İran-İsrail müharibəsi başlayacaqsa, bunu dayandırmaq Tramp üçün asan olmayacaq. Çünki bir tərəfdə yəhudi lobbisi var. Bu, Trampın bağlı olduğu güclərdən biridir. İkinci bir tərəfdə isə olan İran dövləti Trampla danışmaq istəmir, Çin və Rusiya ilə münasibətləri formalaşdırıb. Belə olan halda bu müharibəni dayandırmaq asan olmayacaq". 

Politoloq vurğulayıb ki, tezliklə-bir neçə gün və ya bir neçə aya yeni İsrail-İran müharibəsinin şahidi ola bilərik.

"Böyük ehtimal müharibəni İsrail başladacaq. İsrail İrana bağlı olan proksi qrupları sıradan çıxartdıqdan sonra Tehrana hücum etdi. Artıq bu proksi qruplar çox zəif durumdadırlar. Belə olan halda İrana yeni hücumun edilmə ehtimalı yüksəkdir. Yeni qarşıdurma olarsa, bu, İranın mövcud hakimiyyəti olan molla rejimi üçün asan başa gəlməyəcək".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:66
embedMənbə:https://sherg.az
archiveBu xəbər 01 Dekabr 2025 15:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see257

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see236

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see162

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see156

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see151

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see148

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see146

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see145

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see144

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see139

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri