Icma.az
close
up
RU
Daha çox hansı bank kartlarından pul oğurlanır?

Daha çox hansı bank kartlarından pul oğurlanır?

Cebheinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Ötən həftənin şənbə və bazar günlərində vətəndaşların bank kartlarından 41 min 48 manat oğurlanıb. 

Bu barədə Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib. Bildirilib ki, aprelin 12 və 13-də ayrı-ayrı vətəndaşların müxtəlif kiber üsulla 11 min 100, 10 min 283, 4 900, 2 537, 2 520, 2 183, 1 500, 900, 711, 530, 500, 480, 425, 393, 387, 381, 330, 142, 120, 100, 100, 96, 95, 68, 50, 50, 50, 50, 20, 19, 15, 13 manat pul vəsaitləri bank kartlarından oğurlanıb. "Bir daha vətəndaşlara şübhəli zənglərdən gələn cəlbedici qazanc, sığorta, bank hesablarının möhkəmləndirilməsi, mədaxil üzrə ödənişlərlə əlaqəli təkliflərə diqqətlə yanaşmağı tövsiyə edirik. Qəti formada şəxsi bank məlumatlarını naməlum şəxslərə verməyin, təhlükə var", - DİN vətəndaşlara bir daha müraciət edib. 

Bəs, daha çox hansı bankların kartından pul oğurlanır? Sosial şəbəkələrdəki narazılıq dolu paylaşımlarda daha çox nədənsə “Kapital Bank”ın adına rast gəlinir. İnformasiya kommunikasiya texnologiyaları üzrə ekspert Elvin Abbasov kiberdələduzluq halları ilə mübarizənin vacibliyinə və təhlükəsizlik tədbirlərinin artırılmasına dair fikirlərini “Cebheinfo.az”-la bölüşüb. Onun sözlərinə görə, müəyyən bank kartlarında daha çox pul vəsaitinin oğurlanması həmin bankların istifadəçi sayının çoxluğu ilə bağlıdır: 

“Həftəsonu vətəndaşların bank kartlarından 41 min manatdan çox vəsaitin oğurlanması faktı kiberdələduzluq hallarının ölkədə nə qədər aktual və təhlükəli olduğunu bir daha göstərdi. Ən çox yayılan üsullar fişinq, sosial mühəndislik və telefonla aldadıcı zənglərdir ki, bu üsullarla şəxsi bank məlumatları əldə olunaraq vəsaitlər oğurlanır. Bu halların müəyyən banklarla daha çox əlaqələndirilməsi əsasən həmin bankların istifadəçi sayının çoxluğu ilə bağlıdır. Daha geniş istifadəçi bazasına sahib olan banklar dələduzlar üçün potensial hədəf olaraq seçilir, bu isə onların adlarının daha tez-tez hallanmasına səbəb olur”. 

O bildirib ki, burada əsas məsələ bankın adı deyil, riskin kütləviliyidir:

“Ən effektiv müdafiə vasitəsi isə vətəndaşların şəxsi məlumatlarını paylaşmamaq vərdişini formalaşdırması, bankların isə təhlükəsizlik sistemlərini davamlı olaraq yeniləməsi və ictimai maarifləndirməni gücləndirməsidir. Şübhəli zəng və mesajlara cavab verməmək, bank məlumatlarını heç kəslə paylaşmamaq bu halların qarşısını almaqda vacib addımlardır”. 

Əfsanə Rəcəb 
“Cebheinfo.az”

Açar sözlər: Bank kartları oğurluq Elvin Abbasov

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:143
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 15 Aprel 2025 16:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see379

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see310

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see309

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see269

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see253

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see205

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see198

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see185

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see184

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see183

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see175

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see172

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see171

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see170

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see169

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see168

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see167

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see167

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see167

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri